2011/01/21

Gizli səmimiyyətsizliklər


Bu saytda bəhs etdiyimiz müxtəlif xarakterli insanlar həm Qurana uyğun davrandıqlarını söyləyirlər, həm də cahiliyyə əxlaqını gizli şəkildə, hiyləgərcəsinə yaşayırlar . Ancaq bütün bunları müəyyən bir sərhəd daxilində reallaşdırırlar.Bəlli bir sərhədin mənasi isə belədir : bu cür insanlar hər cür gizli səmimiyyətsizliyi isbat edilə bilməyəcək və Qurana açıq şəkildə zidd olmayacaq şəklə salaraq həyata keçirirlər.

2011/01/19

Haqsızlığa uğradığını düşünmək

Allahın ədalətini, inanan qulları üzərindəki mərhəmətini, eyni şəkildə mömin əxlaqındakı gözəllikləri lazımı kimi qavramayan  kəslər, bir xəbərdarlıqla qarşılaşdıqlarında, bunu özlərinə qarşı  haqsızlıq hesab edirlər. Xəbərdarlıq edən kəslərin, heç bir  mənfəət axtarmadan, yalnız qarşı tərəfin dünya və axirət həyatını gözəlləşdirmək  üçün səmimi səy göstərdiklərini  görə bilmirlər. Allahın,

 "Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə Surəsi,50) 

2011/01/18

SƏMİMİYYƏTSİZLİYİN DANIŞIQDAKI ƏKSİ


Danışma tərzi də, insanların səmimiyyətsizliklərini biruzə verən mövzuların ən diqqət çəkənidir.Belə insanlara Quran ayələri xatırladıldığında söz və davranışlarıyla
təslimiyyətləri dərhal görünən möminlərin əksinə, səmimiyyətsiz şəxslər çox vaxt Quran əxlaqıyla uyğun olmayan bir üslubda danışmağa başlayırlar.İnsanın özünü ifadə etməsində sanki bir ayna vəzifəsi görən danışıq üslubuna, Allah Quranda

 "Əgər Biz diləsək, sənə onları əlbəttə göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin söyləniş tərzindən də tanıyarsan. Allah, əməllərinizi bilər." (Məhəmməd Surəsi, 30) 

ayəsiylə diqqət çəkir.

Etiraz etmək psixologiyası


Cahiliyyə cəmiyyətində insanların böyük əksəriyyəti hər hansi bir insanin sözü və davranışı onlari hirsləndirdiyində evin və şkafların qapılarını çirpmaq, qarşısındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, edilməsi lazım olan işi etməmək kimi hərəkətləri heç çəkinmədən edə bilirlər. Quran əxlaqınıb ilən insanlar isə bu davranışların mömin əxlaqına yaraşmadığını bildiklərindən bu tərz hərəkətlərə yol vermirlər. Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına uyğun olmadığını bilə-bilə etirazlarina davam etməkdən çəkinmirlər.

2011/01/14

Səmimiyyətə dəvət edildikdə səmimiyyətsizliklə cavab verənlər


 Allaha qarşı gerçək bir təslimiyyətin necə olması lazım olduğunu qavrayan kəslərin, bu gerçəkləri başqalarına da izah edə bilmək üçün əllərindən gələn bütün səyi göstərdiklərindən bəhs etdik. Ancaq mövzuya bir də öyüd verilən kəslər baxımından baxıldığında, bəzən bəzi insanların bu xatırlatmalara eyni şövq ilə yaxınlaşmadıqlarını və bunlara Qurana uyğun olmayan reaksiyalar verə bildiklərini görərik.

Tez ümidsizliyə qapılmaları

Səhvlərinə görə tənqidlərlə qarşılaşan insanlar əgər Quran əxlaqını lazımi kimi yaşamırlarsa onların göstərdikləri ən əsas reaksiyalardan biri də tez ümidsizliyə qapılmalarıdır. Ümidsizliyə qapılmaq, Allahın sonsuz gücünü, inanan qulları üzərindəki rəhmətini və bağışlayıcılığını qavrayan insanların heç bir şəkildə etməyəcəyi davranışdır.
Allah, Quranda Hz. Yaqubun ümidsizlik haqqındakı bu sözlərini bildirir:

Duşünməmələri və ya düşünmək istəməməkləri


Şeytan iman edən insanları öz yoluna çəkmək  üçün əlindən gələn hər cür imkandan istifadə edən bir varlıqdır. Ən sevmədiklərindən biri də, iman edənlərin mütləq səmimiyyəti qazanıb, Allahın razı olacağı əxlaqa yiyələnmələridir. Bu səbəblə, insan həqiqi imana dəvət edildiyində şeytan mütləq ona əks təsir göstərməyə başlayir.
Şeytanın bu istiqamətdə olan fəaliyyəti belədir ki, insanların düşünmələrinə yəni təfəkkur etmələrinə  mane olur.

Davranışlarındakı qüsurlar

İman etdiklərini söylədikləri halda səmimiyyətsizlikdən tamamilə xilas ola bilməyən insanların, səmimiyyətə dəvət edildiklərində göstərdikləri reaksiyaların əhəmiyyətli bir hissəsi səsdə, danışıq üslubunda və baxışdakı mənfi ifadələrlə özünü göstərir. Bu kəslər dünyada Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli bir məsələ olmadığını çox yaxşı bildikləri halda, insanlar arasındakı imiclərini ön plana çəkərək daha çox buna əhəmiyyət verirlər.

2011/01/10

Baxışlardakı pozuqluq

 Danışıq qədər insanların xarakterlərini, duyğularını, düşüncələrini ya da səmimiyyət dərəcələrini biruzə verən bir başqa göstərici də baxışlardır. İnsan daxilən nə yaşayırsa, ürəyində nə saxlayırsa, ya da ağlından hər nə keçirirsə bu çox vaxt baxışlarına əks olunur. Bu, əslində xalq arasında da bilinən bir gerçəkdir və "gözlər ürəyin aynasıdır" deyimiylə ifadə edilir. Bu səbəbdən insanların bir-birlərini tanıyıb anlamalarında baxışların əhəmiyyətli bir yeri vardır.

Səsdə əmələ gələn reaksiyalar

İnsanların duyğu və düşüncələrini insanlara çatdıran ən əhəmiyyətli vasitələrdən biri heç şübhəsiz ki, səsdir. İnsan sevincini, coşğusunu sevgisini, maraqlarını, qorxularını, narahatlığını, ya da hüzur və rahatlığını çox vaxt istər istəməz səs tonu ilə ətrafa bildirir.