2010/12/23

Allahdan başqa ilah olmadığını unutmamaq


Kainatda meydana gələn hər b ir hadisə ancaq Allahın istəyilə, Onun gücü və Onun iradəsilə həyata keçir. Allahdan başqa heç bir güc yoxdur. Quranda bu həqiqəti Allah bu sözlərlə bildirir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə Surəsi, 255)

Dünya həyatının faniliyini düşünmək


İnsanların bir qismi dünya həyatının faniliyini düşünməkdən qaçır. Amma əslində bu vəziyyət onların bu həqiqəti qavramadıqlarından irəli gəlmir. Çünki demək olar ki hər gün bu həqiqəti göstərən bir çox hadisə ilə üzləşirlər. Bəzən yaxın bir adamının iflasa uğradığına, bəzən qəzaya düşdüyünə, bəzən də həyatını itirdiyinə şahid olurlar. Ən mühüm olanı isə, başda özləri də olmaqla, bütün tanışlarının hər keçən gün ölümə daha da yaxınlaşdıqlarını şəxsən yaşayaraq görürlər. Yaşlılıqla birlikdə itən gözəllikləri, zaman ərzində üzə çıxan xəstəliklər, acizliklər və zəifliklər insanların dünya həyatının faniliyini anlamaları üçün kifayətdir.

DÜNYAYA BAĞLILIĞI ARADAN QALDIRAN MÖVZULARI DÜŞÜNMƏMƏK


Bəzi insanların imanı qavradıqları halda həyatlarının bəzi anlarını sıxıntı içində keçirmələrinin ən mühüm səbəblərindən biri dünyəvi istəklərə çox meylli olmaları və bu istəklərdən soyudan mövzuları düşünməkdən qaçmalarıdır.
Qurana baxdıqda insanların dünya həyatı ilə əlaqədar bağlandıqları məsələlərin hər zaman eyni olduğunu görürük. Var-dövlət toplama istəyi, yaşamaq istəyi, insanların gözündə hörmət qazanmaq istəyi və etibar qayğısı bu mövzuların ən əsaslarıdır.

2010/12/05

Duyğusallıq

Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görə bilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında  bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı  olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək  hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar.

2010/12/03

Maddi-mənəvi çirkab

Səmimiyyətsizliyin insanlar üzərində meydana gətirdiyi başqa bir dəyişiklik Quranda bu ayə ilə bildirilməkdədir:

Allah  anlamayanları əzaba (kəsafətə) düçar edər. (Yunus Surəsi, 100)

Mənəvi və fiziki problemlər


 Ağlında bulanıqlıq olan və  səmimiyyətsizliyinə davam edən insanların məruz qaldığı zərərlərdən biri də onlarda yaranan sıxıntıdır. Bu sıxıntı, vicdanlarının səsindən bilə-bilə üz çevirmələri səbəbiylə  meydana gələn təzyiqdən qaynaqlanır. Vicdan əzabının verdiyi mənəvi sıxıntı, həmin insanın həm ruh halına, həm də bütün fiziki funksiyalarına təsir edir. Belə insan, dünyanın ən gözəl, ən komfortlu evində, istədiyi hər neməti həmin an əldə edə biləcək qədər imkanlar içində, ən gözəl əxlaqlı insanlarla birlikdə yaşasa, sağlamlığı, gözəlliyi, zənginliyi dünyada ola biləcək ən mükəmməl səviyyədə olsa, yenə də içindəki bu sıxıntıdan xilas ola bilməz.

Səmimiyyətsizliyin İnsanlar Üzərində Meydana gətirdiyi Təxribatlar

Səmimiyyətsizlik insanlar üçün gizli bir bəladır; yalnız insanların həyatlarını çətinləşdirməklə, sıxıntı və bədbinliyə salmaqla qalmaz, eyni zamanda onları həm fiziki, həm də mənəvi cəhətdən sürətlə solğunlaşdırar. Bu insanlar onlarda yaranan bu problemdən bəzən xəbərsiz olurlar. İçlərindəki gizli səmimiyyətsizliklərinə görə problem yaşamadıqlarını hesab etdikləri üçün bunu bir həyat tərzi olaraq davam etdirirlər.

İNSANLAR ÖZLƏRİNİ NECƏ ALDADIRLAR?

İnsanları dünyada çətinliyə və görünməyən əzablara yönləndirən davranışlardan biri, özlərini aldatmaları və həqiqi olmayan şeylərə inanmalarıdır. İnsan təlqin yoluyla inanmaq istədiyi bir şeyə özünü istədiyi şəkildə inandıra bilər; hadisələri görmək istədiyi kimi şərh edər. Nəticədə  buna elə inanar ki, əksini müdafiə edənlər doğru söylədikləri açıq-aşkar bilindiyi halda yanıldıqarını düşünərlər.

Bunu belə bir misalla açıqlaya bilərik: Bir insan, öz-özünə etdiyi təlqin ilə,
dostlarının onu kifayət qədər sevmədiyini düşünə bilər. Qarşılaşdığı bütün hadisələri bu düşüncə ilə şərh edib haqlı olduğuna dair bir çox dəlil  tapar. Qarşı tərəf onun bu fikirlərinin tam əksini  izah  etsə belə, özünü düşüncəsinin doğruluğuna inandıran bir insan, bunların heç birinə inanmaz.

Qısqanclıq

Qısqanclıq, insanların dünyaya olan bağlılıqlarından yaranan əhəmiyyətli bir əxlaq pozuqluğudur. Allah Quranda
 "... Doğrusu, nəfslər xəsislik etməyə hazırdır...." (Nisa Surəsi, 128)
ayəsiylə insanların nəfsində belə bir duyğu olduğunu bildirmişdir.
 "Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. " (Şəms Surəsi, 9)

2010/11/19

Yalançılıq

Yalan danışmaq cahiliyyə cəmiyyətində son dərəcə məşhur olan pis əxlaq xüsusiyyətidir. İnsanların böyük əksəriyyəti, qarşı tərəfin anlamayacağı şəkildə yalan danışmağı məharət hesab edir. Çünki bu kəslər  yalnız insanlara qarşı  məsuliyyətləri olduğunu və insanları aldadıb razı saldıqdan sonra  hər hansı bir problemin olmayacağını düşünürlər. Halbuki insanın bütün məsuliyyəti Allaha qarşıdır və Allah Quranda,
"... yalan söz­­lərdən də çəkinin;" (Həcc Surəsi, 30)
ayəsiylə insanlara yalan danışmaqdan çəkinmələrini əmr edir.

İnciklik və Küskünlük

İnsanların gizli əzab çəkmələrinə səbəb olan mənfi davranış xüsusiyyətlərdən biri də inciməkdir. Belə kəslər, heç bir səbəb olmamasına baxmayaraq, düşdükləri  duyğusal ruh halının təsiriylə, şahid olduqları hər hadisədən,eşitdikləri hər sözdən küsə  bilirlər. Halbuki deyilən sözlərin onlarla heç bir əlaqəsi yoxdur və ya bu kəslər özlərinə deyilən sözləri, incidikləri üçün  tamamilə fərqli şəkildə qəbul edirlər. Özlərinə bildirilən hikməti görmək əvəzinə, heç əlaqəsi olmayan nəticələr çıxararaq özlərinə inciyəcək  vasitələr taparlar və sonra da küsərlər.

İnsanı Yoran və Narahat Edən Xüsusiyyət: Sünilik

İnsanları süni davranmağa məcbur edən şey, ürəklərində insanlardan gizli saxladıqları bəzi düşüncələrin olmasıdır. Daxili ilə xarici bir olmadığı üçün, içindən gəldiyi kimi təbii və səmimi davrana bilməzlər. Hər zaman nəyisə kamuflyaj etmək, nəyisə təqlid etmək və insanları  razı salmaq üçün səy göstərirlər. Bu səbəblə də üzləri heç bir zaman öz gerçək üzləri, səsləri öz təbii səsləri olmaz və söhbətləri səmimi düşüncələrini əks etdirməz. Süni davranışları səbəbiylə bu insanlarla səmimi əlaqə qurmaq mümkün deyil.

2010/11/17

Kin və Qəzəbin İnsanlara Yaşatdığı Stress

İnsanların çətinlik və narahatlıq yaşamalarına  səbəb olan əxlaq xüsusiyyətləri arasında kin və qəzəbin  yeri də olduqca böyükdür. İnsanlar gündəlik həyatları boyunca xoşlarına gəlməyən bir çox hadisə, ya da münasibətlə qarşı-qarşıya qala bilərlər. İnsanların çoxu  isə, bu cür hallarda dərhal hirslənər, hətta bununla da kifayətlənməyib qəzəblərini  daxili  bir kinə çevirərlər.

EQOiSTLiK

Allah, Quranda
 "Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır,  bir xeyir nəsib olduqda isə xəsislik edir.." (Məaric Surəsi, 19-21)
ayələriylə insanların nəfsində olan bir zəifliyi xəbər verir. İnsan arzularına qapılmağa meylli varlıqdır; hər fürsətdə özünü önə çıxarmağa, öz mənfəətlərini qorumağa və özünü hər kəsdən çox sevməyə meyllidir. İnsan, əgər Allah qorxusu ilə gözəl əxlaqını qorumazsa, nəfsi insanı davamlı olaraq 'yalnız mən sevilim', 'mən təriflənim',  'mən təqdir edilim' kimi eqoist istəklərə yönəldər.

2010/11/14

ALLAH, SƏMİMİYYƏTSİZLİKDƏN ƏL ÇƏKMƏYƏNLƏR ÜÇÜN DÜNYA ƏZABINI ARTIRA BİLƏR

Rəbbimiz,
"Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər..." (Nisa Surəsi, 17)
 ayəsiylə, Öz qatında qəbul olunacaq tövbənin necə olması lazım olduğunu açıqlayır.

2010/11/13

MÖMİNLƏR, İNSANLARI SƏMİMİYYƏTƏ DƏVƏT EDƏRLƏR

Allah Quranda,
 "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali İmran Surəsi, 104)
ayəsiylə insanları yaxşılığa və gözəlliyə çağırmağı, onları etdikləri səhvlərdən çəkindirməyin möminlərin vəzifəsi olduğunu ifadə edir. Bir başqa ayədə isə Allah,
"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. " (Tövbə Surəsi, 71)
 sözləriylə möminlərin, bir-birlərinin qoruyucusu  olduğunu xatırladır.

2010/11/11

NANKORLUQ

Allah Quranda, "...Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. " (Şura Surəsi, 48)
 ayəsiylə, insanların çoxunun sahib olduğu pis əxlaq xüsusiyyətinə diqqət çəkir. Həqiqətən də bəzi insanlar, içərisində yaşadıqları sayısız nemətə baxmayaraq, Allaha qarşı nankorluq edirlər.

Qədərin Mükəmməlliyini və Hər şeydə Xeyir Olduğunu Düşünməmək

Allah Quranın bir ayəsində "...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. " (Bəqərə Surəsi, 216) deyə bildirməkdədir. İnsanlar həyatda bəzən gözlənilməz, istəmədikləri,  ya da xoşlanmadıqları hadisələrlə qarşılaşa bilərlər.

2010/11/07

SƏMİMİYYƏTSİZLİYİN ANLAŞILMASI: 6-cı HİSS

 İçində gizlicə əxlaqsızlıq yaşayan insanlar, bu hallarını möminlərdən gizləmək üçün əllərindən gələn hər şeyi edərlər. Müşahidə edilərsə həyat tərzləriylə, söhbətləriylə, davranışlarıyla, ya da etdikləri işlərlə saleh möminlərin həyatını xatırladan bir həyat yaşayarlar.

2010/10/30

səmimiyyətsiz davrananlar Axirətdə kor olaraq həşr edilməkdən qorxmalıdırlar

 Möminlərin bütün xatırlatmalarına və xəbərdarlıqlarına baxmayaraq Allaha olan imanlarını və bağlılıqlarını göstərmək yerinə səmimiyyətsizliklərini ifadə edənlər bu davranışlarına görə axirətdə hesaba çəkilə biləcəklərini unutmamalıdırlar.

Səmimiyyətsizlikdən qorxmalıdırlar

Quranda bildirilən səhv davranışları açıq şəkildə  deyil, gizli baxışları ilə, üz ifadələri ilə, ya da mimikalarla etməyə  çalışan insanlar bunun axirətdəki qarşılığını düşünməlidirlər.

2010/10/29

ALLAH Cəhənnəm əhli ilə danışmayacaq

 Ümumiyyətlə, ağla gələ biləcək hər mövzuda istədikləri kimi danışa bildikləri halda, nəfslərinə zidd olan bir mövzuda  möminlərə etiraz etmək üçün susanlar bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxa biləcəyini düşünməlidirlər. Allah axirətdə cəhənnəm əhlinin danışmasına icazə verməyəcək və onlarla danışmayacaq. Ayələrdə cəhənnəm əhlinin vəziyyəti bu sözlərlə izah edilir:

BƏDƏN ÜZVLƏRİNİN DİL AÇIB DANIŞMASI

 Onlara öyüd verən, gözəl əxlaqa çağıran insanları müxtəlif bəhanələr uyduraraq aldatdıqlarını düşünənlər bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxacağını bilməlidirlər. Dünyada ikən gizlədiklərini sandıqları hadisələr axirətdə ortaya çıxacaq. O gün insanın əlləri, ayaqları və dərisi öz əleyhinə şahidlik edəcək, etdiyi bütün səmimiyyətsizlikləri izah edib ortaya tökəcək. Bu da ikiüzlü davranan insanların əzabdan qurtula bilməyəcəklərinin göstəricisidir. Quranda bu həqiqət  belə bildirilir:

Möminlərə qarşı səmimi davranmayanlar

  Həyatlarını Allahın razılığını qazanmağa və Quran əxlaqını ən gözəl şəkildə yaşamağa həsr etmiş, inananlara qarşı candan, təvazökar və sevgi dolu bir əxlaq göstərən möminləri təqdir edə bilməyənlər sonsuza qədər bu üstün insanlardan uzaqda yaşamaqdan qorxmalıdırlar.

Sahib olduqları nemətlərə qarşı nankorluq edənlər


 Sahib olduqları gözəlliklərdən zövq ala bilməyən, əllərindəki nemətlərə qarşı nankorluq edən, Allahın lütfünü lazımi kimi təqdir edə bilməyənlər bu əxlaqlarından ötrü dünya həyatını bədbəxtliklə keçirərlər. Onlar Allahın verdiyi nemətlərə qarşı nankorluq etmələrinin qarşılığını cəhənnəm həyatı olaraq alacaqlar. Allah ayələrində dünya həyatında nankorluq edən bu insanlar üçün ən şiddətli əzabın olduğunu belə bildirir:
(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!” (Qaf surəsi, 24-26)

Dünya həyatında ümidsizliyə qapılanlar


Allahın sonsuz gücünü, rəhmətini, qullarına olan sevgisini, əfvediciliyini lazımi kimi təqdir edə bilməyən insanlar qarşılarına çıxan ən kiçik çətinlikdə belə dərhal ümidsizliyə qapıla bilər və Allahın rəhmətindən ümidlərini kəsə bilərlər. Halbuki "...Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf surəsi, 87) ayəsi ilə Allah bunun inkar edənlərə xas bir xüsusiyyət olduğunu bildirmişdir. Bu səbəblə Quranın bu hökmünü bildikləri halda əxlaqlarındakı bu əhəmiyyətli çatışmamazlığı aradan qaldırmağa çalışmayan insanlar sonsuzadək bu çətinlik içərisində qalmaqdan, axirətdə həqiqətən ümidsiz bir vəziyyətə düşməkdən çəkinməlidirlər. Allah Quranda cəhənnəmdəki insanların ümidsizliklərini belə bildirir:
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi 75)
O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.  (Rum surəsi, 12)