2010/11/19

İnciklik və Küskünlük

İnsanların gizli əzab çəkmələrinə səbəb olan mənfi davranış xüsusiyyətlərdən biri də inciməkdir. Belə kəslər, heç bir səbəb olmamasına baxmayaraq, düşdükləri  duyğusal ruh halının təsiriylə, şahid olduqları hər hadisədən,eşitdikləri hər sözdən küsə  bilirlər. Halbuki deyilən sözlərin onlarla heç bir əlaqəsi yoxdur və ya bu kəslər özlərinə deyilən sözləri, incidikləri üçün  tamamilə fərqli şəkildə qəbul edirlər. Özlərinə bildirilən hikməti görmək əvəzinə, heç əlaqəsi olmayan nəticələr çıxararaq özlərinə inciyəcək  vasitələr taparlar və sonra da küsərlər.

Küsəyən kəslər, niyə  küsdüklərini, onları nəyin narahat etdiyini də açıq söyləmədikləri üçün, ətraflarındakı insanlar onların niyə belə davrandıqlarını anlaya bilməzlər. Onları başa düşmək  üçün müxtəlif yollar  sınayar, ancaq çox vaxt bu kəslərin niyə  icidiklərini  təsbit edə bilməzlər.
Küsəyənliyin əsas səbəblərdən biri, bu insanların ətraflarındakı insanları dost olaraq görməmələri, onların söz və hərəkətlərini  həmişə öz əleyhlərində qəbul etmələri və güvən duymamalarıdır. Bir başqa səbəb isə, bu insanların  daxili narahatlıq və səmimiyyətsizlikləridir. Çünki bu insanlar öz vicdansızlıqlarına şahid olduqları üçün, başqalarının da bunun fərqində ola biləcəyini və hər an bunları üzünə vura biləcəklərini düşünürlər. Bu səbəblə hər sözü öz əleyhlərində zənn edirlər. Allah, ikiüzlü insanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
 Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Munafiqun Surəsi, 4)

Bəzi insanlar da əslində həqiqətən küsəyən  olmadıqları halda qəsdən incimiş  kimi görünərək, haqsız olduqları mövzularda özlərini haqlı göstərməyə çalışırlar. Küsərək, qarşı tərəfi söylədiklərinə peşman etmək və geri addım atmasına nail olmaq istəyirlər. Halbuki bu cür üsul və hərəkətlər iman edənlərin tənəzzül etməyəcəkləri davranışlardır. Quran əxlaqında qarşı tərəf cahil, səhv, ya da düşüncəsizcə davransa belə, küsəyənlik ya da inciməyin  yeri  yoxdur, çünki mömin qarşılaşdığı hər hadisəni, hər hərəkəti, hər sözü Allahın yaratdığını bilir. Buna baxmayaraq  belə əxlaq göstərmək, Allaha qarşı edilən bir səhv olar. Bununla yanaşı möminlər Allahın razılığının, xoşgörüşlü, bağışlayıcı və əfvedici bir əxlaq tələb etdiyini də bilirlər. Allah Quranda bu əxlaqın əhəmiyyətini belə ifadə edir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura Surəsi, 40)

Küsəyən insanlar kimsəylə dost ola bilməz, kimsəni sevə bilməz və sevilə bilməzlər. Davamlı kədər və sıxıntı içində yaşayarlar. Hamıdan inciyib küsdükləri üçün həmişə tək başına yaşayar, tək qalarlar. Hər Müsəlmanın, küsəyənliyin və yaxınlarından küsməyin, Quran əxlaqına uyğun olmayan bir davranış olduğunu qəbul etməsi çox əhəmiyyətlidir. Müsəlman, haqlı da olsa, qarşısındakılara narahat  olduğu  mövzunu açıq deyər, əgər səhv özündə isə bunu düzəldər. Əgər səhv davranan tərəf bir başqası isə, ondan küsməz, əksinə ona, Quran ayələrini xatırladaraq xəbərdar edər.

Комментариев нет:

Отправить комментарий