2010/12/23

Allahdan başqa ilah olmadığını unutmamaq


Kainatda meydana gələn hər b ir hadisə ancaq Allahın istəyilə, Onun gücü və Onun iradəsilə həyata keçir. Allahdan başqa heç bir güc yoxdur. Quranda bu həqiqəti Allah bu sözlərlə bildirir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə Surəsi, 255)

Dünya həyatının faniliyini düşünmək


İnsanların bir qismi dünya həyatının faniliyini düşünməkdən qaçır. Amma əslində bu vəziyyət onların bu həqiqəti qavramadıqlarından irəli gəlmir. Çünki demək olar ki hər gün bu həqiqəti göstərən bir çox hadisə ilə üzləşirlər. Bəzən yaxın bir adamının iflasa uğradığına, bəzən qəzaya düşdüyünə, bəzən də həyatını itirdiyinə şahid olurlar. Ən mühüm olanı isə, başda özləri də olmaqla, bütün tanışlarının hər keçən gün ölümə daha da yaxınlaşdıqlarını şəxsən yaşayaraq görürlər. Yaşlılıqla birlikdə itən gözəllikləri, zaman ərzində üzə çıxan xəstəliklər, acizliklər və zəifliklər insanların dünya həyatının faniliyini anlamaları üçün kifayətdir.

DÜNYAYA BAĞLILIĞI ARADAN QALDIRAN MÖVZULARI DÜŞÜNMƏMƏK


Bəzi insanların imanı qavradıqları halda həyatlarının bəzi anlarını sıxıntı içində keçirmələrinin ən mühüm səbəblərindən biri dünyəvi istəklərə çox meylli olmaları və bu istəklərdən soyudan mövzuları düşünməkdən qaçmalarıdır.
Qurana baxdıqda insanların dünya həyatı ilə əlaqədar bağlandıqları məsələlərin hər zaman eyni olduğunu görürük. Var-dövlət toplama istəyi, yaşamaq istəyi, insanların gözündə hörmət qazanmaq istəyi və etibar qayğısı bu mövzuların ən əsaslarıdır.

2010/12/05

Duyğusallıq

Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görə bilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında  bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı  olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək  hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar.

2010/12/03

Maddi-mənəvi çirkab

Səmimiyyətsizliyin insanlar üzərində meydana gətirdiyi başqa bir dəyişiklik Quranda bu ayə ilə bildirilməkdədir:

Allah  anlamayanları əzaba (kəsafətə) düçar edər. (Yunus Surəsi, 100)

Mənəvi və fiziki problemlər


 Ağlında bulanıqlıq olan və  səmimiyyətsizliyinə davam edən insanların məruz qaldığı zərərlərdən biri də onlarda yaranan sıxıntıdır. Bu sıxıntı, vicdanlarının səsindən bilə-bilə üz çevirmələri səbəbiylə  meydana gələn təzyiqdən qaynaqlanır. Vicdan əzabının verdiyi mənəvi sıxıntı, həmin insanın həm ruh halına, həm də bütün fiziki funksiyalarına təsir edir. Belə insan, dünyanın ən gözəl, ən komfortlu evində, istədiyi hər neməti həmin an əldə edə biləcək qədər imkanlar içində, ən gözəl əxlaqlı insanlarla birlikdə yaşasa, sağlamlığı, gözəlliyi, zənginliyi dünyada ola biləcək ən mükəmməl səviyyədə olsa, yenə də içindəki bu sıxıntıdan xilas ola bilməz.

Səmimiyyətsizliyin İnsanlar Üzərində Meydana gətirdiyi Təxribatlar

Səmimiyyətsizlik insanlar üçün gizli bir bəladır; yalnız insanların həyatlarını çətinləşdirməklə, sıxıntı və bədbinliyə salmaqla qalmaz, eyni zamanda onları həm fiziki, həm də mənəvi cəhətdən sürətlə solğunlaşdırar. Bu insanlar onlarda yaranan bu problemdən bəzən xəbərsiz olurlar. İçlərindəki gizli səmimiyyətsizliklərinə görə problem yaşamadıqlarını hesab etdikləri üçün bunu bir həyat tərzi olaraq davam etdirirlər.

İNSANLAR ÖZLƏRİNİ NECƏ ALDADIRLAR?

İnsanları dünyada çətinliyə və görünməyən əzablara yönləndirən davranışlardan biri, özlərini aldatmaları və həqiqi olmayan şeylərə inanmalarıdır. İnsan təlqin yoluyla inanmaq istədiyi bir şeyə özünü istədiyi şəkildə inandıra bilər; hadisələri görmək istədiyi kimi şərh edər. Nəticədə  buna elə inanar ki, əksini müdafiə edənlər doğru söylədikləri açıq-aşkar bilindiyi halda yanıldıqarını düşünərlər.

Bunu belə bir misalla açıqlaya bilərik: Bir insan, öz-özünə etdiyi təlqin ilə,
dostlarının onu kifayət qədər sevmədiyini düşünə bilər. Qarşılaşdığı bütün hadisələri bu düşüncə ilə şərh edib haqlı olduğuna dair bir çox dəlil  tapar. Qarşı tərəf onun bu fikirlərinin tam əksini  izah  etsə belə, özünü düşüncəsinin doğruluğuna inandıran bir insan, bunların heç birinə inanmaz.

Qısqanclıq

Qısqanclıq, insanların dünyaya olan bağlılıqlarından yaranan əhəmiyyətli bir əxlaq pozuqluğudur. Allah Quranda
 "... Doğrusu, nəfslər xəsislik etməyə hazırdır...." (Nisa Surəsi, 128)
ayəsiylə insanların nəfsində belə bir duyğu olduğunu bildirmişdir.
 "Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. " (Şəms Surəsi, 9)