2010/10/30

səmimiyyətsiz davrananlar Axirətdə kor olaraq həşr edilməkdən qorxmalıdırlar

 Möminlərin bütün xatırlatmalarına və xəbərdarlıqlarına baxmayaraq Allaha olan imanlarını və bağlılıqlarını göstərmək yerinə səmimiyyətsizliklərini ifadə edənlər bu davranışlarına görə axirətdə hesaba çəkilə biləcəklərini unutmamalıdırlar.

Səmimiyyətsizlikdən qorxmalıdırlar

Quranda bildirilən səhv davranışları açıq şəkildə  deyil, gizli baxışları ilə, üz ifadələri ilə, ya da mimikalarla etməyə  çalışan insanlar bunun axirətdəki qarşılığını düşünməlidirlər.

2010/10/29

ALLAH Cəhənnəm əhli ilə danışmayacaq

 Ümumiyyətlə, ağla gələ biləcək hər mövzuda istədikləri kimi danışa bildikləri halda, nəfslərinə zidd olan bir mövzuda  möminlərə etiraz etmək üçün susanlar bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxa biləcəyini düşünməlidirlər. Allah axirətdə cəhənnəm əhlinin danışmasına icazə verməyəcək və onlarla danışmayacaq. Ayələrdə cəhənnəm əhlinin vəziyyəti bu sözlərlə izah edilir:

BƏDƏN ÜZVLƏRİNİN DİL AÇIB DANIŞMASI

 Onlara öyüd verən, gözəl əxlaqa çağıran insanları müxtəlif bəhanələr uyduraraq aldatdıqlarını düşünənlər bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxacağını bilməlidirlər. Dünyada ikən gizlədiklərini sandıqları hadisələr axirətdə ortaya çıxacaq. O gün insanın əlləri, ayaqları və dərisi öz əleyhinə şahidlik edəcək, etdiyi bütün səmimiyyətsizlikləri izah edib ortaya tökəcək. Bu da ikiüzlü davranan insanların əzabdan qurtula bilməyəcəklərinin göstəricisidir. Quranda bu həqiqət  belə bildirilir:

Möminlərə qarşı səmimi davranmayanlar

  Həyatlarını Allahın razılığını qazanmağa və Quran əxlaqını ən gözəl şəkildə yaşamağa həsr etmiş, inananlara qarşı candan, təvazökar və sevgi dolu bir əxlaq göstərən möminləri təqdir edə bilməyənlər sonsuza qədər bu üstün insanlardan uzaqda yaşamaqdan qorxmalıdırlar.

Sahib olduqları nemətlərə qarşı nankorluq edənlər


 Sahib olduqları gözəlliklərdən zövq ala bilməyən, əllərindəki nemətlərə qarşı nankorluq edən, Allahın lütfünü lazımi kimi təqdir edə bilməyənlər bu əxlaqlarından ötrü dünya həyatını bədbəxtliklə keçirərlər. Onlar Allahın verdiyi nemətlərə qarşı nankorluq etmələrinin qarşılığını cəhənnəm həyatı olaraq alacaqlar. Allah ayələrində dünya həyatında nankorluq edən bu insanlar üçün ən şiddətli əzabın olduğunu belə bildirir:
(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!” (Qaf surəsi, 24-26)

Dünya həyatında ümidsizliyə qapılanlar


Allahın sonsuz gücünü, rəhmətini, qullarına olan sevgisini, əfvediciliyini lazımi kimi təqdir edə bilməyən insanlar qarşılarına çıxan ən kiçik çətinlikdə belə dərhal ümidsizliyə qapıla bilər və Allahın rəhmətindən ümidlərini kəsə bilərlər. Halbuki "...Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf surəsi, 87) ayəsi ilə Allah bunun inkar edənlərə xas bir xüsusiyyət olduğunu bildirmişdir. Bu səbəblə Quranın bu hökmünü bildikləri halda əxlaqlarındakı bu əhəmiyyətli çatışmamazlığı aradan qaldırmağa çalışmayan insanlar sonsuzadək bu çətinlik içərisində qalmaqdan, axirətdə həqiqətən ümidsiz bir vəziyyətə düşməkdən çəkinməlidirlər. Allah Quranda cəhənnəmdəki insanların ümidsizliklərini belə bildirir:
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi 75)
O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.  (Rum surəsi, 12)

Eqoist davrananların Axirətdəki sonu

Dünya həyatında nəfslərini eqoistlikdən təmizləməyənlər fədakarlıqda ağır davrananlar bu əxlaqlarının axirətdə onlara zərər verəcəyini düşünməlidirlər.

Möminlərin nəsihətlərini dinləməyənlərin Axirətdə “Kaş ki, dinləsəydim” deyərək peşman olacaqları unudulmamalıdır


 
Dünya həyatında verilən nəsihətləri dinləməyənlər, bəhanələr gətirərək özlərini təmizə çıxarmağa çalışanlar bu davranışlarına görə özlərini qazanclı sanmamalıdırlar. Bəhanələrinin dünyada qəbul edilsə də, axirətdə onlara  heç bir fayda verməyəcəyini bilməlidirlər. Allah ayələrində buna qarşı insanları bu şəkildə xəbərdar edir:

Cəhənnəm əhlinin də bədbəxt olduğunu unutmamaq



İmanı qavradıqları halda dünya həyatını daim bədbəxtlik içərisində yaşamağı adi qarşılayan insanların bədbəxtliyin cəhənnəmə aid xüsusiyyət olduğunu unutmamaları lazımdır. Allah bu həqiqəti bu ayəsi ilə bildirir:
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. Ora ancaq azğın daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). (Leyl surəsi, 14-17)

2010/10/28

Mübahisə edənlər Cəhənnəmin daim bir-biri ilə mübahisə edən insanlarla dolu olduğunu unutmamalıdırlar


Müsəlmanların çağırışlarına əhəmiyyət verməyən, bunları gözəlliklə qarşılamayıb pis üslubla, mübahisə üslubu ilə cavab verənlər axirətdə ala biləcəkləri qarşılığı düşünməlidirlər. Axirətdə də, eyni şəkildə, sonsuza qədər əzab içərisində mübahisə edəcəklərini unutmamalıdırlar. Dünyada bu səmimiyyətsiz əxlaqın özlərinə yaşatdığı əzabın axirətdə sonsuz bir əzaba çevrilə biləcəyini bilməlidirlər. Bu əxlaq onların dünya həyatında heç kimlə dost olmamalarına, sevib-sevilə bilməmələrinə, bu nemətlərdən məhrum qalmanın əzabını yaşamalarına səbəb olar. Allah diləsə, eyni narahat mühiti bu insanlar üçün sonsuza qədər yarada bilər, çünki Quranda cəhənnəm əhlinin də daim bir-biri ilə mübahisə etdiklərini, atəşin ağrısı ilə bərabər, bir də bu narahat mühitin gətirdiyi mənəvi əzabı da daddıqlarından bəhs edilir:

Dünyada qürurlanan insanların axirətdə alçaldılıb hörmətdən salılacaqları unudulmamalıdır.

Nəfslərindəki qürur və eqoizmdən xilas ola bilməyənlər digər insanlara özlərini göstərmək,  hər zaman və hər yerdə hamıdan daha yaxşı və daha üstün olmaq üçün ciddi səy göstərirlər. Bu səy onların dünya həyatını bədbəxtlik və əzab içərisində yaşamalarına səbəb olur. Bu insanların axirətdə görəcəkləri qarşılıq hörmətdən salınma və alçaldılmadır. Allah bu insanlar üçün Quranda belə buyurur:

DÜNYADAKI GİZLİ ƏZABLAR AXİRƏTDƏ SONSUZ ƏZABA ÇEVRİLƏ BİLƏR

Blogun əvvəlindən bu yana qəlblərindəki səmimiyyətsizlikləri tam mənada tərk etmədikcə insanların yaşadıqları bədbəxt həyatdan, çəkdikləri gizli əzablardan xilas ola bilməyəcəklərini izah etdik.

2010/10/27

Qürur, Dünyada da, Axirətdə də Əzab və Sıxıntıya Səbəb Olur

Qürur Allahın bəyənmədiyi əxlaq xüsusiyyətidir. Qürurlu insan özündənrazılıq xəstəliyinə tutulmuş deməkdir. Bunun səbəbi isə, insanın özünə müstəqil bir mənlik verməsi, həm özünü, həm də ətrafındakıları Allahdan müstəqil varlıqlar olaraq görməsidir. Belə insan, etdiyi və sahib olduğu hər şeyi özündən bilir. Məsələn bir müvəffəqiyyət əldə etdiyində bununla qürurlanır, göstəriş edir, özünü ən üstün insan olaraq görür. Halbuki, o müvəffəqiyyəti ona lütf edən Allahdır. Bu gerçəyi görə bilmədiyi üçün özündənrazılığa  qapılır. Belə insan hər hadisədə, hər mövzuda üstünlüyünü və böyüklüyünü ətrafına da hiss etdirmək istəyir.

2010/10/26

DÜNYADAKI GİZLİ ƏZABLARIN ÇARƏSİ

Saytda izah edilənlər bəzi insanların böhranlı, bədbəxt, içinə qapalı, gərgin ruh halına sahib ola biləcəyini göstərir.

Həqiqi və əbədi sevgini əldə edə bilmək


Kitablarda, qəzetlərdə, televiziya proqramlarında, şeirlərdə, mahnılarda və söhbətlərdə sevgidən bu qədər çox bəhs edilərkən, bir çox adam həqiqi və əbədi sevginin heç cür əldə edilə bilməməsinin səbəbini düşünməz. Bu insanlar zamanla düşünsələr də, Quran əxlaqını tam olaraq bilmədikləri, ya da yaşamadıqları üçün həqiqi sevgini necə əldə edəcəklərini və ya yaşayacaqlarını tapa bilməzlər. Həyatını Allah üçün yaşayanlarla nəfsləri üçün yaşayanların sevgi ölçüləri müqayisə edildikdə ikinci qrupun niyə sevgidən məhrum olduğu daha dəqiq görünəcək.

İman etməyənlər səmimi sevgini niyə yaşaya bilməzlər?

Daha əvvəl də ifadə edildiyi kimi, əsl sevginin qaynağı Allaha hörmətlə yaşanan qorxu və dərin bir sevgidir, çünki ancaq Allahdan qorxan və Onun istəmədiyi əxlaqdan çəkinən bir insan sevilməyə layiq ola bilər. Allahdan qorxan bir insan nəfsinin oyunlarına və pisliklərinə qarşı hər zaman diqqətli olar, çünki Quranda bir ayədə Hz. Yusufun söylədiyi kimi insanın nəfsi dayanmadan onu pisliyə çağırır:

Allahdan başqasını ONU sevən kimi sevənlərin xətası

Allaha səmimi olaraq iman edən bir insan vicdanına uyaraq sevər. Vicdanlarının göstərdiyi sevgini rədd edən inkarçıların yol göstəriciləri isə nəfsləridir. Deməli, iman edənlərlə inkar edənlərin sevgi barədə düşüncələri fərqlidir. Allah bu fərqi Quranda belə bildirir:

(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. …" (Ənkəbut Surəsi, 25)

Allah rizası üçün sevənlər və öz nəfsləri üçün sevənlər

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə əsl sevgini tapanlardan çox, tapdığını zənn edib yanıldığını anlayanların şikayətlənmələrinə və peşmanlıqlarına rast gəlinir. Bu yanılma və peşmanlıqların səbəbi insanların bir çoxunun fərqinə varmadıqları bir həqiqətdir. Seviləcək varlıqları yaradan Allahdır və insana bu varlıqları sevmə qabiliyyətini verən də ancaq Rəbbimizdir. Dolayısıyla sevgi kimi böyük və bənzərsiz bir nemətə layıq olmaq üçün sevginin əsas sahibi olan Allaha səmimi olaraq iman etmək, ONU hər şeydən çox sevmək, ONA qəlbən bağlanmaq və ONU razı edəcək şəkildə davranmaq lazımdır.

2010/10/25

SEVGİSİZLİK


Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsl sahibi olan Allahdır. İnsana zövq verən hər şey Allahın üstün gözəlliyinin yaratdığı varlıqlardakı təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duymasını və daim gözəllik axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən ona ilham etdiyi sevgi duyğusudur.

2010/10/22

Quran Əxlaqının Mükəmməlliyini Tam Olaraq Qavraya bilməmək

Bəzi insanların iman etdiklərini söylədikləri halda, hələ də gizlidən gizliyə cahiliyyə həyatının əzablarını çəkmələrinin əsas səbəbi, bu kəslərin Quranda göstərilən yola tam olaraq tabe olmamalarıdır.

GİZLİ ƏZABA SƏBƏB OLAN İNANC VƏ DAVRANIŞ YALNIŞLIQLARI

Saytın əvvəlindən  bu yana, bəzi insanların imanı qəbul etdiklərini söylədikləri halda yenə də mütləq hüzur və xoşbəxtliyi yaşaya bilməmələrinin səbəbinin səmimiyyətsizlik olduğundan bəhs etdik. Allahın Quranda, " Onlar (imanla küfrün) arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən. " (Nisa Surəsi, 143) ayəsiylə də bildirdiyi kimi, bu  kəslər vicdani olaraq hər şeyi bildikləri halda, hələ cahiliyyə əxlaqı ilə Quran əxlaqı arasında tərəddüd edirlər. İman etdikləri halda bilə-bilə belə bir əxlaqda israr etmələri, bu kəslərin gizli əzablar çəkərək yaşamalarına səbəb olur.

XOŞBƏXT OLMAĞIN YOLU

Həyatınız boyunca bir çox insanla qarşılaşmısınız. Ailəniz, dostlarınız, məktəb və iş həyatınızda qarşılaşdığınız insanlarla yanaşı, hər gün qəzet səhifələrində dünyanın müxtəlif yerlərindən yüzlərlə insan görmüş, televiziya ekranlarında yüzlərlə insanın davranışlarını izləmisiniz. Bir an üçün yaddaşınızdakı bu görüntüləri gözünüzün qarşısından keçirin. Uşaqlığınızdan bəri görməyə alışdığınız üz ifadələrini, nitqləri xatırlamağa çalışın; bəzi insanların həyata dair fikirlərini, çətinliklərini, dərdlərini dilə gətirdikləri zamankı hallarını; iş yoldaşlarınızın hər gün təkrarlanan gündəlik danışıqlarını, ailəvi problemlərindən, maddi çətinliklərindən, insanlarla aralarındakı problemlərindən necə söhbət açdıqlarını; küçədə gördüyünüz insanları, avtobus dayanacaqlarında gözləyən, tıxacdan çıxıb evinə getmək istəyən, yanından keçən avtomobillərin su sıçratdığı insanların üz ifadələrini, öz-özü nələrdənsə şikayətlənmələrini gözünüzdə canlandırın.

2010/10/21

İMAN ETDİKLƏRİNİ SÖYLƏDİKLƏRİ HALDA BƏDBƏXT OLAN İNSANLAR

Allah Quranda, Onlar Allah dərgahında (müxtəlif) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür! " (Ali İmran Surəsi, 163) ayəsiylə əhəmiyyətli bir həqiqətə diqqət çəkmişdir. Bəzi insanlar imanı heç qəbul etmirlər. İman edənlər isə ürəklərindəki Allah qorxuları və imanları baxımından öz aralarında dərəcə dərəcədirlər. Allah bir ayəsində:  "Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır...(Hucurat Surəsi, 14) hökmüylə imanın hələ ürəklərinə yerləşmədiyi kəslərdən bəhs edir.

2010/10/20

İNSANLAR, XOŞBƏXT OLMAQ VAR İKƏN NİYƏ ƏZAB ÇƏKİRLƏR?

İnsanların böyük əksəriyyəti bütün səylərinə baxmayaraq heç cür gerçək mənada xoşbəxtliyi yaşaya bilməzlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yolu sınayarlar; hər dəfə yeni ideallar axtarar və bunları əldə etdiklərində xoşbəxtliyi də qazanacaqlarına inanarlar. Bəzən yaxşı bir dost, ya da yoldaş axtarışı, bəzən maddi mənfəətlər, bəzən də mənəvi istəkləri olar.