Yalan danışmaq cahiliyyə cəmiyyətində son dərəcə məşhur olan pis əxlaq xüsusiyyətidir. İnsanların böyük əksəriyyəti, qarşı tərəfin anlamayacağı şəkildə yalan danışmağı məharət hesab edir. Çünki bu kəslər yalnız insanlara qarşı məsuliyyətləri olduğunu və insanları aldadıb razı saldıqdan sonra hər hansı bir problemin olmayacağını düşünürlər. Halbuki insanın bütün məsuliyyəti Allaha qarşıdır və Allah Quranda,
"... yalan sözlərdən də çəkinin;" (Həcc Surəsi, 30)
ayəsiylə insanlara yalan danışmaqdan çəkinmələrini əmr edir.