2011/01/14

Duşünməmələri və ya düşünmək istəməməkləri


Şeytan iman edən insanları öz yoluna çəkmək  üçün əlindən gələn hər cür imkandan istifadə edən bir varlıqdır. Ən sevmədiklərindən biri də, iman edənlərin mütləq səmimiyyəti qazanıb, Allahın razı olacağı əxlaqa yiyələnmələridir. Bu səbəblə, insan həqiqi imana dəvət edildiyində şeytan mütləq ona əks təsir göstərməyə başlayir.
Şeytanın bu istiqamətdə olan fəaliyyəti belədir ki, insanların düşünmələrinə yəni təfəkkur etmələrinə  mane olur. Şeytan bunun üçün, insanları çoxlu səy göstərərək nəfslərini müdafiə etməyə, etdikləri səhvləri üçün özlərini təmizə çixarmağa və bu yöndə bəhanələr axtarmaga sövq edir.
Göstərilən bu bəhanələrə uyan və vicdanlarini təmiz saxlamağa çalişan insanlar, onlara doğruları xatırladan möminə qarşı kin saxlamaga başlayir, özünə haqsızliq edildiyini duşunur .Əslində düşünsə, həqiqətləri açıq-aşkar görəcəyini və səmimiyyətsizliyini etiraf etməyə məcbur olduğunu gördüyü üçün, düşünmə sistemini tamamilə bağlayır. Ağlı bu cür səmimiyyətsizliklərlə əylənən insan, əsl düşünməsi lazım olan mövzuları düşünüb səhvlərini düzəltməz.
Sözu gedən insanlar, bu hərəkətlərinin bir nəticəsi olaraq, diqqətlərini ancaq bu məntiqsiz düşüncələrə yönəldir və öz duşuncələrində dəyişməz fikirdə qalirlar. Bu məqsədlə, izah edilənləri mümkün olduqca dinləmirlər, eşitmirlər və anlamamağa  üstünlük verirlər. Qarşı tərəfin izah etdikləri nə qədər təsirli və nə qədər diqqət çəkici olsa da, öz düşüncələrində heç bir dəyişiklik olmur. Şeytan belə insanlara hərəkətlərini elə şiddətli bir hala gətirir ki, hətta onlara Quran ayələriylə edilən xatırlatmaları belə düşünməyəcək bəlkə də düşünmək istəməyəcək bir vəziyyətə salır. Belə halda, onlara Allahın varlığını, o anda onlari gördüyünu və onlarin əməllərindən  sorğu-sual edəcəyini, Qurana uyğun davranmamalarından dolayi sonsuz cəhənnəm əzabıyla qarşılıq görə biləcəkləri deyildiyində belə, onlar bu həqiqətlərdən təsirlənməyən laqeydlikdə və düşüncə boşluğundadirlar. Beləliklə düşüncələrini, şüurlu bir şəkildə təbliğə və izah edilənlərə bağlamış olurlar və deyilənləri qavramırlar. Ancaq  hər nə etsələr etsinlər, əslində şuuraltlarinda səhv olduqlarını da bilirlər. Buna görə özlərini, vicdanı bir sıxıntı və narahatlıq içində yaşamağa məhkum edirlər. Həm özlərinə edilən Qurana uyğun xatırlatmalardan uzaq, nəfslərinin istədiyi şəkildə bir həyat yaşamaq istəyərlər, həm də belə həyatın dünyada və axirətdə böyük bir hüsranla nəticələnə biləcəyini bilirlər. Bu səbəblə də davamlı bir ziddiyyət və sıxıntı içində ömürlərini keçirirlər, daimi rahatliq, xoşbəxtlik tapmırlar. Halbuki bu laqeydlik iman sahibi kəslərdə olmayacaq bir davranışdır. Belə olan halda möminlərin etmələri lazım olan bunun tam tərsinə düşünmələri və öyüd götürmələridir. Quranın bir çox ayəsində diqqət çəkilən bu vəziyyət Əla  surəsində də geniş göstərilir. Allah bu ayələrində düşünüb öyüd almanın Özündən içi titrəyərək qorxan kəslərin bir xüsusiyyəti olduğunu bildirir:

Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver! (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! Bədbəxt isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır! (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.  (Əla surəsi, 9-14)

Комментариев нет:

Отправить комментарий