2011/01/19

Haqsızlığa uğradığını düşünmək

Allahın ədalətini, inanan qulları üzərindəki mərhəmətini, eyni şəkildə mömin əxlaqındakı gözəllikləri lazımı kimi qavramayan  kəslər, bir xəbərdarlıqla qarşılaşdıqlarında, bunu özlərinə qarşı  haqsızlıq hesab edirlər. Xəbərdarlıq edən kəslərin, heç bir  mənfəət axtarmadan, yalnız qarşı tərəfin dünya və axirət həyatını gözəlləşdirmək  üçün səmimi səy göstərdiklərini  görə bilmirlər. Allahın,

 "Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə Surəsi,50) 

ayəsiylə bildirdiyi kimi, bunu cahiliyyə meyarlarıyla qiymətləndirirlər. Cahiliyyə cəmiyyətində insanlar bir-birlərinə qarşı üstünlük göstərmək, qarşı tərəfin mənfi xüsusiyyətlərini  tapıb onu hörmətdən salmaq və onları pərt etmək məqsədiylə tənqid edirlər. Bu düşüncəyə görə tənqid,məhz  qarşı tərəfin etdiyi bu cəhdi bəyənməmək, davranışlarını təsdiq etməmək üçün  istifadə  edilir; məqsəd mövzunu həll etmək, ya da qarşı tərəfin əskiklərini düzəltmək , onu daha yaxşı olana yönəltmək və sonsuz axirət həyatını qazanması üçün vəsilə olmağa çalışmaq deyil. Bu səbəblə hadisələri Qurana uyğun deyil, cahiliyyə sistemiylə qiymətləndirən səmimiyyətsiz kəslər də özlərinə təqdim edilən gözəlliyi öz əleyhlərində kimi qəbul edirlər.

Qurana uyğun davranmayan bu kəslər, nəfslərinə zidd olan  hadisələrlə qarşılaşdıqlarında, ümumiyyətlə haqsızlığa uğradıldıqlarını düşünür, çox vaxt da özlərinə xəbərdarlıq edən adama onu incidəcək sözlər söyləyir, hirslənir, küsür və soyuq münasibət  göstərirlər.  Ancaq bilmək lazımdır ki, bu davranışlarının heç biri Quran əxlaqına uyğun deyil. Hər şeydən əvvəl insanların üzərində Allahın mütləq ədaləti təcəlli edir. Və Allah,

 "Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırır və Öz tərəfindən böyük mükafat verər.." (Nisa Surəsi, 40) 

ayəsiylə, heç kimin haqsızlığa uğramayacağını bildirir. Mömin insan, hər zaman Allahın ədalətinin təcəlli edəcəyindən əmin olur, bu səbəblə təvəkküllü və sakit ruh halına səbəb olur.  Allaha iman etdiklərini söylədikləri halda, Onun ədalətini və gücünü unudanlar isə, haqsızlığa uğradıqlarını düşünərək davamlı sıxıntılı və gərgin həyat yaşayırlar.


Комментариев нет:

Отправить комментарий