Türk İslam birliyi

Türk-İslam
Birliyi, bir sevgi birliyidir, söhbət birliyidir, könül birliyidir. Bu
birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik, mərhəmət,
xoşgörüş, anlayış və uzlaşıdır. Ayrıca insana hörmət, sənətdə, elmdə
və texnologiyada ən yüksək nöqtəyə çatmaq birliyin hədəfidir.Birliyin qurulmasıyla, yalnız Türk cəmiyyətləri və Müsəlmanlar deyil,
bütün dünya işıqlığa qovuşacaq.

 

İslam birliyinin təsis edilməsiylə Yəhudilər və Xristianlar da təhlükəsizlik içində ibadət edə biləcəkləri, dilədikləri kimi ticarətlərini edəcəkləri, istədikləri yerdə istədikləri kimi yaşaya biləcəkləri, özlərini tam mənasıyla güvəndə hiss edəcəkləri bir mühitə qovuşacaqlar. Türk İslam Birliyinin quruluşu da tək damla qan tökülmədən, Müsəlmanların sevgiylə bir yerə gəlməsiylə, şəfqətlə, gözəl sözlə, ağıllı və hikmətli izahatlarla dostluğun yayılmasıyla reallaşacaq.

 


Türk İslam Birliyi, Quran əxlaqına əsaslandığı üçün hər düşüncədən, hər inancdan, hər millətdən insana qarşı şəfqətlə və anlayışla yanaşan, hər kəsin haqqını qoruyan, hər kəsi rahatladan bir hüzur və sülh birliyi olacaq. Türk İslam Birliyi bütün qarşıdurmalara, terrora, anarxiyaya tam mənasıyla son qoyacaq, Türk İslam Birliyinin qurulmasıyla bütün fitnələr sona çatacaq.