2011/01/21

Gizli səmimiyyətsizliklər


Bu saytda bəhs etdiyimiz müxtəlif xarakterli insanlar həm Qurana uyğun davrandıqlarını söyləyirlər, həm də cahiliyyə əxlaqını gizli şəkildə, hiyləgərcəsinə yaşayırlar . Ancaq bütün bunları müəyyən bir sərhəd daxilində reallaşdırırlar.Bəlli bir sərhədin mənasi isə belədir : bu cür insanlar hər cür gizli səmimiyyətsizliyi isbat edilə bilməyəcək və Qurana açıq şəkildə zidd olmayacaq şəklə salaraq həyata keçirirlər.

Bütün gizli hərəkətlərinə həmişə çərçivəsindən çıxmayaraq davam edirlər. Bu sərhədi qoruya bilmək üçün lazım olduğunda kobud və mülayim davranış arasında keçidlər edə bilirlər. Kobud münasibəti əvvəlcədən seçirlər. Mülayim davranışa isə, etdiyi səmimiyyətsizlikləri möminlər özünə xatırlatdıqca müraciət edirlər . Məsələn, möminə aid bir söz danışdıqda, bunun mömin əxlaqına uyğun olmadığı özünə deyilsə, dərhal kobudluqdan mülayim üsluba keçirlər. Hər xatırladıldığında, kobudluqlarını  daha da azaldır, amma bunu yenə də səmimi etmirlər, şeytani şübhələr saxlayaraq edir və yenədə Quran ilə verilən nəsihətlərə təslim olmurlar. Gizli kobudluğu, gizli etirazlarını həmişə bu çərçivədə isbat edilməyəcək miqdarda istifadə edib biruzə verirlər.

Halbuki səmimiyyətsizlikləri saxlamaq və qorumaq üçün bu qədər çətinliyin və sıxıntının heç bir mənası yoxdur. Bu cür yaşamaq, daxilən özünü narahat edən vicdan əzablarını, sıxıntıları çəkmək böyük bir ağılsızlıqdır. Səmimiyyət deyilən anlayiş çox asan, çox  gözəl və çox sadədir. Əslində unudulmamalıdır ki, Allahın
 "O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!" (Haqqə surəsi, 18)
ayəsiylə bildirdiyi kimi, bütün səmimiyyətsizliklər Allah qatında mütləq görünür və bilinir.

Və "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).." (Zəlzələ Surəsi, 7-8)
 ayələriylə ifadə edildiyi kimi, hər davranışımızın axirətdə mütləq qarşılığını görəcəyik. Bu  səbəblədir ki, Allah ayələriylə insanlara günahın gizlisindən də, aşkar olanından da çəkinmələrini söyləyərək onları xəbərdar edir:

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!. (Ən'am Surəsi, 120)

(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!"
(Ən'am Surəsi, 151)

Комментариев нет:

Отправить комментарий