2011/01/14

Tez ümidsizliyə qapılmaları

Səhvlərinə görə tənqidlərlə qarşılaşan insanlar əgər Quran əxlaqını lazımi kimi yaşamırlarsa onların göstərdikləri ən əsas reaksiyalardan biri də tez ümidsizliyə qapılmalarıdır. Ümidsizliyə qapılmaq, Allahın sonsuz gücünü, inanan qulları üzərindəki rəhmətini və bağışlayıcılığını qavrayan insanların heç bir şəkildə etməyəcəyi davranışdır.
Allah, Quranda Hz. Yaqubun ümidsizlik haqqındakı bu sözlərini bildirir:

Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusuf Surəsi, 87) 

Əskik cəhətlərini bilmək insan üçün böyük bir nemət və fürsətdir. Bununla insan , səhvlərindən təmizlənmək imkanına sahib olur, amma bəzi insanlar, bir xatırlatma ilə qarşılaşdıqlarında və ya səhv bir hərəkət etdiklərində dərhal ümidsizliyə qapıla bilirlər. Bu, daxilən yaşadıqları təvəkkülsüzlüyün göstəricisidir. Təvəkkülsüzlük isə insan üçün dünyadakı ən böyük bəlalardan biridir. Çünki bəzi hadisələrin Allahdan müstəqil baş verdiyini zənn edən insan, hər hadisəni özü idarə etmək istəyir. Amma bunu da əsla bacara bilməyəcəyi üçün həyatını davamlı bir qorxu, çətinlik, narahatlıq, stress altında keçirir. Allahın sonsuz qüdrətini və hər şey üzərindəki hakimiyyətini unudan insanların yaşadıqları bu ruh halı, əslində özləri üçün dünyada yaradılmış əzablardan biridir.

Комментариев нет:

Отправить комментарий