2011/01/14

Səmimiyyətə dəvət edildikdə səmimiyyətsizliklə cavab verənlər


 Allaha qarşı gerçək bir təslimiyyətin necə olması lazım olduğunu qavrayan kəslərin, bu gerçəkləri başqalarına da izah edə bilmək üçün əllərindən gələn bütün səyi göstərdiklərindən bəhs etdik. Ancaq mövzuya bir də öyüd verilən kəslər baxımından baxıldığında, bəzən bəzi insanların bu xatırlatmalara eyni şövq ilə yaxınlaşmadıqlarını və bunlara Qurana uyğun olmayan reaksiyalar verə bildiklərini görərik.
Halbuki başqa bir möminin, insanın özü üçün çalışması, onun yerinə çatışmayan cəhətlərini təsbit etməsi, həll yollarını düşünüb tapması, o insan üçün böyük bir qazancdır. Allahdan qorxan bir möminin etdiyi təsbitlər daim Qurana uyğun, səmimi və dürüst olur. Həmçinin obyektiv şəkildə qiymətləndirən biri olaraq, o kimsənin öz-özünə tapa bilməyəcəyi bir çox davranış və inanc pozuqluğunu açıq şəkildə təsbit edə bilər və mömin yoldaşına kömək edə bilər. Bu səbəbdən səmimi bir müsəlmanın xatırlatdıqları, təşviq üçün söylədikləri hər zaman son dərəcə əhəmiyyətlidir və ciddi şəkildə nəzərə alınmalıdır.
Buna baxmayaraq bəzi kəslər, bütün bunları çox yaxşı bildikləri halda, bəzən özlərinə deyilən tənqidləri qəbul etmirlər. Ancaq onlar hər nə qədər anlamazlıqdan gələrək tənqid və nəsihətləri qəbul etməsələr də,
Allah "Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!" (Qiyamət Surəsi, 14-15)
ayələriylə, bu insanların gerçəkləri bildiklərini bildirmişdir. Bu səbəbdən də insan hər nə qədər əvvəl özünü, sonra da ətrafındakıları razı salmaq, ya da aldatmaq istəsə də vicdanən həqiqəti bilir. Üstəlik vicdani olaraq çox yaxşı bildiyi gerçəkləri həyatına keçirməməsinin daxilən çətinliyini yaşayır ki, bu da tam səmimi olmağa  niyyət etməyənlər üçün dünyada verilən gizli əzablardan biridir. Amma bəzi insanlar bu gerçəyi qəbul etmək istəməzlər. Daxilən yaşadıqları çətinliyin və narahatlığın qaynağının öz yalnış davranış və düşüncələri olduğunu anlamazlıqdan gəlirlər. Bu səbəblə də özlərinə verilən nəsihətlərə Qurana uyğun olmayan qarşılıq verirlər. Bu da əslində özlərinə deyilənlərin nə qədər doğru olduğunu isbat edən ikinci bir dəlil olmuş olur. Çünki Qurana uyğun davranan səmimi bir möminin daha gözəl əxlaqa dəvət edildiyində göstərməli olduğu münasibət bu dəvəti qəbul etməkdir. Allah səmimi möminlərin, səhvlərini gördükdən sonra davranışlarının necə olduğunu belə bildirmişdir:
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Ali İmran Surəsi, 135)
Bu səbəbdən insan əgər iddia etdiyi şəkildə mütləq səmimiyyətə nail olmuşsa, səhvini anladığında dərhal Allaha sığınmalı və bu davranışında 'bilə-bilə israr etməməlidir. Səmimi möminin məqsədi, hər zaman Allahın razılığını və sevgisini qazanmağa çalışmaqdır. Allahın sevgisini qazanmanın yollarından biri isə Quranın bir ayəsində "... Allah təmizlənənləri sevər" (Tövbə Surəsi, 108) sözləriylə açıqlanır.
İman etdiklərini söyləyən bu insanların səmimiyyətə dəvət edildikdə Qurana uyğun olmayan reaksiyaları, bu kəslərin təməldə imanı lazım olduğu kimi qavraya bilməmələrindən qaynaqlanır. Allah, Quranda kimlərin öyüd almağa meylli olduqlarını belə bildirir:
"Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!" (Yasin Surəsi, 11)
İrəliləyən hissələrdə, bəzi insanların, səmimiyyətə dəvət edildikdə göstərdikləri davranış pozuqluqlarına toxunaraq bütün bunların Qurana uyğun davranışlar olmadığını bildirəcəyik. Çünki insanların açıq şəkildə sübut oluna bilməyən bu gizli səmimiyyətsizliklərdən xilas olmaları, bütün bunların Qurana müxalif olduğunu və Allah qatında günah ola biləcəyini anlamalarıyla mümkün olacaq. Unudulmamalıdır ki, bu gerçəyi görüb davranışlarını səmimiyyətlə dəyişdirənlər üçün:
"Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Maidə Surəsi, 39)
ayəsiylə xatırladıldığı kimi Allahın əsirgəməsi və əfvi vardır.
 

Комментариев нет:

Отправить комментарий