2010/10/21

İMAN ETDİKLƏRİNİ SÖYLƏDİKLƏRİ HALDA BƏDBƏXT OLAN İNSANLAR

Allah Quranda, Onlar Allah dərgahında (müxtəlif) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür! " (Ali İmran Surəsi, 163) ayəsiylə əhəmiyyətli bir həqiqətə diqqət çəkmişdir. Bəzi insanlar imanı heç qəbul etmirlər. İman edənlər isə ürəklərindəki Allah qorxuları və imanları baxımından öz aralarında dərəcə dərəcədirlər. Allah bir ayəsində:  "Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır...(Hucurat Surəsi, 14) hökmüylə imanın hələ ürəklərinə yerləşmədiyi kəslərdən bəhs edir. Allah bir başqa ayədə isə, "Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. " (Fatır Surəsi, 32) hökmüylə inananlar arasında geridə qalan, orta yolu tutan, ya da önə keçən kəslər ola biləcəyinə diqqət çəkir.
Quranda bildirilən bu insanlar arasında bir başqa qrup daha vardır ki, bu kəslər də 'imanlarını zülmlə qarışdıranlardır. 'İmanı zülmlə qarışdırmanın mənası, insanın Allahın ucalığını, haqq dinin üstünlüyünü qavradığı, dünya və axirət qurtuluşu üçün Qurana tabe olmaqdan başqa bir yol olmadığını anladığı halda, yenə də cahiliyyə əxlaqından tam olaraq qopa bilməməsidir. Bu insanlar imanı yaşamaqla birlikdə, nəfslərinə zidd gələn bir hal olduqda, ya da çətinliklə qarşılaşdıqları anlarda, Quran əxlaqına uyğun davranmaqdansa, dini yaşamayan insanlar kimi özlərini aparırlar.

Belə insanlardan danışarkən, ağla yalnız dinin hökmlərini açıq-aydın rədd edən, dinə müxalif hərəkətlər edən insanlar gəlməməlidir. Burada bəhs etdiyimiz kəslər, Quran hökmlərinin bir çoxunu tətbiq edib həyatlarının böyük hissəsində mömin kimi davrana bilərlər, ancaq bəzi mövzular da vardır ki, bunların Qurana görə səhv olduğunu anlamaq istəməyə bilər, ya da bunu gərəyi kimi qavramaya bilərlər. Bəzi insanlar Müsəlman olaraq yaşadıqları halda, bəzi inanc və davranışların Qurana müxalif olmadığını, halal və haram olaraq bildirilənlərə aid olmadığını düşünə bilərlər. Məsələn insanların çoxu duyğusallığın Quran əxlaqına uyğun bir davranış olmadığını anlamır, ya da anlamazlıqdan gəlir. Halbuki duyğusallıq Qurana müxalif bir xarakterdir və Quranın bir çox ayəsində bu açıqca bildirilib. Məsələn bir qohumu ölən zaman, Müsəlman bir adam onun yox olmadığını, sonsuz həyatı üçün yeni bir başlanğıc etdiyini düşünər və əgər bu yaxını mömin isə onun üçün cənnəti ümid edərək sevinər. Həmçinin ölüm Allahın bir təqdiridir və Allah hər hadisə kimi ölümü də xeyirlə yaradır. Bu səbəbdən mömin, bir yaxını belə olsa, onun ölümündə xeyir olduğunu bilər, Allahdan razı olduğunu göstərən bir ruh halı içərisində olar, amma insanların çoxu bu gerçəyi bilməsinə baxmayaraq, bir yaxını öldükdə cahiliyyədə olduğu kimi davranır, duyğusallıq edərək  həddindən artıq mənfi reaksiyalar verir.
Belə davranış pozuqluqlarının Quran əxlaqı ilə zidd olan xüsusiyyətlər olduğunu düşünməyən kəslər, bu cür davranmaqda bir yalnışlıq görməzlər. Həyatlarının bəzi anlarında, buna bənzər cahiliyyə xüsusiyyətlərini təcəssüm etdirərək, cahiliyyə insanlarının həyatına bənzər bir həyat yaşayarlar. Bu isə, bu kəslərin, möminlərin yaşamadığı, amma cahiliyyə insanlarında rast gəlinən çətinlikləri yaşamaları, möminlərin əksinə tez-tez bədbin ola bilmələridir.
Bu səbəblə 'iman edirəm' deyən hər insanın, Allahın Quran ilə möminlərə vəd etdiyi 'dünyada və axirətdə gözəl bir həyat yaşanması' xüsusiyyətinin özündə təcəlli edib etmədiyini, bu məlumatlara görə dəyərləndirməsi lazımdır. Əgər hələ də həyatının müəyyən anlarında az da olsa bədbinliklər, çətinliklər, əzablar varsa, bu xatırlatmalar üzərində düşünməlidir.
Bütün həyatı boyunca əzab və çətinlik çəkən bir insan üçün isə çarə , "... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...." (Bəqərə Surəsi, 185) ayəsiylə ifadə edildiyi kimi çox asandır: İnsanın gizli ya da açıq cahiliyyə əxlaqından qalan hər nə xüsusiyyəti varsa bunları tərk etməsi və bunun yerinə Qurana uyğun davranması əsas çarədir. Allaha iman edən və Qurana tabe olan hər mömin, Qurana daha səmimi yanaşmalı və ayələrdə izah edilən mömin əxlaqına əks olan hər cür davranış, ya da düşüncədən uzaq olmalıdır; Quran ilə bildirilən gerçəkləri yalnız nəzəri olaraq bilməyi kafi görməməli, bunları praktik həyatda da hər an hiss etməli və yaşamalıdır; Allahın hər yeri əhatə etdiyini, insanın içindən keçən gizli bütün niyyətlərini bildiyini, gizli səmimiyyətsizlikləri də gördüyünü unutmamalıdır.
Müsəlman insan ibadətlərini kafi bilib, içində yaşadığı səmimiyyətsizliyi əhəmiyyətsiz görməməli, Allahın səmimiyyətsizliyə qarşı hər an amansız bir əzab verməyə qadir olduğunu, tez ya da gec etdiklərindən hesaba çəkilib ona görə bir qarşılıq alacağını düşünməlidir. Dünya həyatındakı hər hadisəni Allah yaradır, bütün varlıqlar Allaha boyun əymişdir və Onun əmriylə hərəkət edir. Müsəlmanlar bu gerçəkləri unutmadan, hər hadisədə xeyir və hikmətlər olduğunu düşünərək, qədərə təslim olaraq yaşamalıdırlar.
Bir insan bu gerçəklərin şüurunda olaraq yaşadığında, özü üçün gözəl və fərqli bir həyatın başladığını görəcək. O günə qədər zövq aldığını sandığı nemətlərin dadını əslində heç almamış olduğunu, insanların xoşbəxtlik sandıqları şeylərin, gerçək xoşbəxtliyin yanında nə qədər bəsit zövqlər olduğunu anlayacaq. Yediyi yeməkdən, seyr etdiyi bir mənzərədən tənəffüs etdiyi havaya qədər hər şeyin sandığından daha böyük sevinclər verə bildiyini anlayacaq. Sevməkdən, sevilməkdən, gözəl əxlaq göstərməkdən, insanlardakı gözəllikləri, incəlikləri görməkdən, gülməkdən, əylənməkdən, dostluqdan, söhbətlərdən daha fərqli həzlər alacaq. Həyatı, dünyada ikən cənnət həyatını xatırladacaq hala gələcək.

Ancaq bu nöqtədə anlaşılması lazım olan əhəmiyyətli bir mövzu daha vardır; 'gözəl bir həyat yaşamaq' deyərkən nəzərdə tutulan, insanın heç çətinlik görməməsi mənasında deyil, çünki dünya bir imtahan mühitidir və insan, həyatının sonuna qədər müxtəlif hadisələrlə sınanacaq. İnsan, Allahın Quran ayələrində bildirdiyi şəkildə bəzən aclıqla, bəzən qorxuyla, bəzən də malından, canından, sevdiklərindən azaltmalarla sınanacaq, lazım olduğunda çətinlik və sıxıntını da dadacaq, amma bunların heç birisi, möminin burada izah edilən daxili hüzurundan, xoşbəxtliyindən heç bir şey aparıb azaltmaz, çünki mömin hadisələrdəki xeyirləri, hikmətləri görə bilən, görə bilmədiyində belə bu gerçəyə iman edib, təvəkkül edən və bunun gözəlliyini yaşayan insandır. Hadisələrin xeyirini düşünmək və sonsuz ağıl sahibi olan Allahın təqdirinə təslim olmaq insanlara daimi və gerçək xoşbəxtliyi qazandırır. Bu saytda  insanlara gerçək xoşbəxtliyin yolu göstərilərkən də nəzərdə tutulan insanın hər cür şəraitdə yaşadığı daxili hüzuru və xoşbəxtliyidir. Bu xoşbəxtlik, Allahın yalnız gerçək imana sahib, səmimi möminlərə verdiyi bir nemətdir.
Allah müjdənin dünyada və axirətdə inananlar üçün olduğunu ifadə edərək bu mövzunu insanlara belə açıqlamışdır:
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus Surəsi, 62-64)
Allah bir başqa ayədə isə, "İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. " (Ən'am Surəsi, 82) hökmüylə təhlükəsizliyin də yenə ancaq imanlarını zülmlə qarışdırmayan, səmimi qəlblə iman edən kəslər üçün olduğunu ifadə etmişdir.

Комментариев нет:

Отправить комментарий