2010/10/29

BƏDƏN ÜZVLƏRİNİN DİL AÇIB DANIŞMASI

 Onlara öyüd verən, gözəl əxlaqa çağıran insanları müxtəlif bəhanələr uyduraraq aldatdıqlarını düşünənlər bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxacağını bilməlidirlər. Dünyada ikən gizlədiklərini sandıqları hadisələr axirətdə ortaya çıxacaq. O gün insanın əlləri, ayaqları və dərisi öz əleyhinə şahidlik edəcək, etdiyi bütün səmimiyyətsizlikləri izah edib ortaya tökəcək. Bu da ikiüzlü davranan insanların əzabdan qurtula bilməyəcəklərinin göstəricisidir. Quranda bu həqiqət  belə bildirilir:
O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın, Haqq olduğunu biləcəklər.  (Nur surəsi, 24-25)
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz (axırda) Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından (çəkinib) gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. (Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz. (Fussilət surəsi, 20-24)

Комментариев нет:

Отправить комментарий