2010/10/28

Dünyada qürurlanan insanların axirətdə alçaldılıb hörmətdən salılacaqları unudulmamalıdır.

Nəfslərindəki qürur və eqoizmdən xilas ola bilməyənlər digər insanlara özlərini göstərmək,  hər zaman və hər yerdə hamıdan daha yaxşı və daha üstün olmaq üçün ciddi səy göstərirlər. Bu səy onların dünya həyatını bədbəxtlik və əzab içərisində yaşamalarına səbəb olur. Bu insanların axirətdə görəcəkləri qarşılıq hörmətdən salınma və alçaldılmadır. Allah bu insanlar üçün Quranda belə buyurur:
 Özlərinə elm verilənlər, dedilər ki: "Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz! “Rəbbiniz  nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki, Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir! Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi. Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr isə: “Bu gün kafirlər rəzalətə və əzaba  düçar olacaqlar!” – deyəcəklər. Mələklər özlərinə zülm edənlərin canlarını aldıqda onlar təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək: “Xeyr, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!” (Nəhl surəsi, 22-29)
... sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin! (Ənam surəsi, 93)

Dünya həyatında üstünlük arzusuna qapılanlar axirətdə “üzüaşağı vəziyyətdə alçaldıcı bir süründürülmə ilə cəhənnəmə süründürülərək” göstərdikləri əxlaqlarının qarşılığını alacaqlar:

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. (Tur surəsi, 13)
Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq. (İnsan surəsi, 4)
... başlarına da qaynar su töküləcəkdir (Həcc surəsi, 19)
Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir. (Furqan surəsi, 34)

Комментариев нет:

Отправить комментарий