2010/10/30

səmimiyyətsiz davrananlar Axirətdə kor olaraq həşr edilməkdən qorxmalıdırlar

 Möminlərin bütün xatırlatmalarına və xəbərdarlıqlarına baxmayaraq Allaha olan imanlarını və bağlılıqlarını göstərmək yerinə səmimiyyətsizliklərini ifadə edənlər bu davranışlarına görə axirətdə hesaba çəkilə biləcəklərini unutmamalıdırlar. Dünya həyatında səmimiyyətsizlikdən çəkinməyənlər axirətdə istəsələr də heç baxa bilməyəcək hala düşəcəklərindən qorxmalıdırlar, çünki bu vəziyyətdə artıq istəsələr də bu insanların gözlərində təbii bir ifadə meydana gələ bilməyəcək: baxışlarını qorxu və dəhşət bürüyəcək, gözləri korlaşacaq, üzləri sərtləşəcək. Allah qiyamət günü insanların baxışlarının alacağı şəkli belə bildirir:
 Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.  (İbrahim surəsi, 42)
O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq. (Taha surəsi, 102)
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür! (Məaric surəsi, 44)

Belə bir qarşılıq görməyi, əlbəttə, heç bir insan istəməz. Bundan xilas olmanın yeganə yolu isə dünya həyatında bütün səmimiyyətsizliklərdən təmizlənərək Allaha və möminlərə qarşı dürüst əxlaqa yiyələnməyə çalışmaqdır.

Комментариев нет:

Отправить комментарий