2010/10/26

Allah rizası üçün sevənlər və öz nəfsləri üçün sevənlər

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə əsl sevgini tapanlardan çox, tapdığını zənn edib yanıldığını anlayanların şikayətlənmələrinə və peşmanlıqlarına rast gəlinir. Bu yanılma və peşmanlıqların səbəbi insanların bir çoxunun fərqinə varmadıqları bir həqiqətdir. Seviləcək varlıqları yaradan Allahdır və insana bu varlıqları sevmə qabiliyyətini verən də ancaq Rəbbimizdir. Dolayısıyla sevgi kimi böyük və bənzərsiz bir nemətə layıq olmaq üçün sevginin əsas sahibi olan Allaha səmimi olaraq iman etmək, ONU hər şeydən çox sevmək, ONA qəlbən bağlanmaq və ONU razı edəcək şəkildə davranmaq lazımdır.
Həyatları boyunca Allahın rizasını axtaranları iman etməyənlərdən ayıran xüsusiyyət onların Allahı hər şeydən çox sevmələri və Rəbbimizə qarşı duyduqları dərin sevgidir. Onlar Allah qorxusu sayəsində gözəl əxlaq göstərir və gözəl davranış nümayiş etdirirlər. Möminlər sevərkən də sevdikləri bütün varlıqları Allahın yaratdığını, onlara seviləcək xüsusiyyətləri verənin Allah olduğunu, Allah dilədiyi üçün sevgini hiss etdiklərini bilərək və sevgilərini əslində Rəbbimizə yönəltdiklərini unutmadan sevirlər. İman etməyənlər isə nəfslərinin pis təlqinlərinə aldanaraq, sevginin əsas sahibi olan Allahı yox, Onun yaratdığı varlıqları Ondan əlahiddə bir varlıq kimi sevərlər. Səmimi iman edənlərin sevgiləri hər zaman Qurandakı sevgi anlayışına uyğundur. Möminlər bu mövzuda son dərəcə diqqətli davranarlar. Bu, onları öz nəfsləri üçün sevgi axtaranlardan ayıran əsas faktordur.

Комментариев нет:

Отправить комментарий