2010/10/30

Səmimiyyətsizlikdən qorxmalıdırlar

Quranda bildirilən səhv davranışları açıq şəkildə  deyil, gizli baxışları ilə, üz ifadələri ilə, ya da mimikalarla etməyə  çalışan insanlar bunun axirətdəki qarşılığını düşünməlidirlər. Allah diləsə, bu insanların üzlərini istəsələr də, istifadə edə bilməyəcəkləri hala gətirə bilər. Unudulmamalıdır ki, Allah Quran ayələrində cəhənnəm əhlinə verəcəyi qarşılıqlardan birinin  də bu insanların üzlərinə təsir edəcək alçaldılma olduğuna diqqət çəkir:

Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar.  (Qəsəs surəsi, 42) 

O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Qiyamət surəsi, 24) 

Biz onun burnuna damğa vuracağıq. (Qələm surəsi, 16) 

(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? (O gün) bir çox üzlər zəlil görkəm alacaq; zəhmət çəkib yorulacaq; Yanar oda girəcəkdir (Ğaşiyə surəsi, 1-4)

Hər bir insan Allahın ayələrdə bildirdiyi bu qarşılığı düşünməli və səmimiyyətsizlikdən xilas olub saleh möminlərə xas olan ixlaslı xarakteri qazanmağa cəhd göstərməlidir. Bundan başqa, hər insan axirətdə belə bir əzabla qarşılaşmaması üçün dünyada ikən mömin kimi davranmaq məsuliyyəti daşıyır.

Комментариев нет:

Отправить комментарий