2010/10/22

Quran Əxlaqının Mükəmməlliyini Tam Olaraq Qavraya bilməmək

Bəzi insanların iman etdiklərini söylədikləri halda, hələ də gizlidən gizliyə cahiliyyə həyatının əzablarını çəkmələrinin əsas səbəbi, bu kəslərin Quranda göstərilən yola tam olaraq tabe olmamalarıdır. Allah, ayələrində inananları dünyada 'gözəl bir həyatla' müjdələmişdir, amma bunun üçün insanların Allahın əmrlərinə qeydsiz şərtsiz tabe olmaları, Onun bəyəndiyi əxlaqı əskiksiz şəkildə yaşamaları lazımdır. İnsan bir tərəfdən din əxlaqını yaşayarkən, bir tərəfdən də bir az olsun cahiliyyə əxlaqının təsiriylə hərəkət edirsə, bu zaman Quranda bəhs edilən gözəl həyat tam mənasıyla meydana gəlməz. İnsanların dünya həyatını Quranda vəd edildiyi şəkildə yaşaya bilmələri üçün əvvəlcə Quran əxlaqı xaricində insanın fitrətinə uyğun bir başqa həyat şəkli olmadığını anlamaları lazımdır.

Комментариев нет:

Отправить комментарий