2010/10/28

DÜNYADAKI GİZLİ ƏZABLAR AXİRƏTDƏ SONSUZ ƏZABA ÇEVRİLƏ BİLƏR

Blogun əvvəlindən bu yana qəlblərindəki səmimiyyətsizlikləri tam mənada tərk etmədikcə insanların yaşadıqları bədbəxt həyatdan, çəkdikləri gizli əzablardan xilas ola bilməyəcəklərini izah etdik. Bu hissədə isə xəbərdar edilib qorxudulduqları halda səmimiyyətsizlikdə israr edən və həqiqi imanı yaşamağa yanaşmayan insanların axirətdə də bədbəxt ola biləcəklərini xatırladacağıq. Unudulmamalıdır ki, insan dünya həyatında sınanmaqdadır: nəfsi ilə apardığı mübarizədə Allahın bəyəndiyi əxlaqı və imanı necə yaşaya bilsə, axirətdə də o cür  qarşılıq görəcək. Nəfslərini arındırıb təmizləyənlər cənnətlə, onu günahlarla örtənlər də cəhənnəmlə qarşılıq görəcək.
Dünyada ikən dürüstlüyü, səmimiyyəti yaşamayan, təvazökarlığı, təslimiyyəti bilməyən, dikbaşlılıq, üsyan və riyakarlıq edən insanlar axirətdə bu əxlaqlarına uyğun bir qarşılıq görəcəklər. Allah cənnəti bütün pisliklərdən, əskikliklərdən təmizləmişdir. Cənnətinə qəbul etdiyi insanlar da dünya həyatında nəfslərindəki bütün pislikləri təmizləməyə çalışmış insanlardır. Ruhunda hələ pislikləri saxlayan bir insanın cənnətdəki bu mühitə qəbul edilə bilməyəcəyi aydındır, çünki dünya həyatında pisliklərini mühafizə edən bir insan ölümlə birlikdə, bir anda yaxşı xüsusiyyət qazanmaz; gözəl əxlaqı yaşamayan, sevməyi, sevilməyi, gözəlliklərdən zövq almağı bacarmayan adam axirətdə birdən-birə bunlardan zövq alan bir insana çevrilə bilməz. Dünya həyatı bir təlim yeridir: insan burada nəfsinə hansı xüsusiyyətləri qazandırsa, axirətdə də həmin xüsusiyyətlərə sahib olacaq. Dünyada ikən nəfsini pis əxlaqdan təmizləməyən insan axirətdə də eyni çətinlikləri, əzabları və bədbəxtlikləri yaşamağa davam edəcək.
Bu səbəblə hər insan özünü gözləyən bu təhlükədən qorxmalı, buna qarşı hazırlıq etməli və hələ vaxt varkən imanı bütün səmimiyyətilə yaşamalı və Allahın bəyəndiyi əxlaqa yiyələnmək üçün əlindən gələni etməlidir.

Комментариев нет:

Отправить комментарий