2010/10/22

XOŞBƏXT OLMAĞIN YOLU

Həyatınız boyunca bir çox insanla qarşılaşmısınız. Ailəniz, dostlarınız, məktəb və iş həyatınızda qarşılaşdığınız insanlarla yanaşı, hər gün qəzet səhifələrində dünyanın müxtəlif yerlərindən yüzlərlə insan görmüş, televiziya ekranlarında yüzlərlə insanın davranışlarını izləmisiniz. Bir an üçün yaddaşınızdakı bu görüntüləri gözünüzün qarşısından keçirin. Uşaqlığınızdan bəri görməyə alışdığınız üz ifadələrini, nitqləri xatırlamağa çalışın; bəzi insanların həyata dair fikirlərini, çətinliklərini, dərdlərini dilə gətirdikləri zamankı hallarını; iş yoldaşlarınızın hər gün təkrarlanan gündəlik danışıqlarını, ailəvi problemlərindən, maddi çətinliklərindən, insanlarla aralarındakı problemlərindən necə söhbət açdıqlarını; küçədə gördüyünüz insanları, avtobus dayanacaqlarında gözləyən, tıxacdan çıxıb evinə getmək istəyən, yanından keçən avtomobillərin su sıçratdığı insanların üz ifadələrini, öz-özü nələrdənsə şikayətlənmələrini gözünüzdə canlandırın.


Televiziya ekranındakı əyləncə proqramlarında əks olunan insan mənzərələrini xatırlayın; kameraların qarşısında əylənirmiş kimi görünməyə çalışıb özlərini xoşbəxt göstərən,  bir-birləriylə dost olduqlarını söyləyən, amma hər fürsətdə bir-birinin arxasından nalayiq sözlər danışan , qısqanclıq, kin, ya da rəqabət kimi duyğular səbəbiylə stressdən xilas ola bilməyən bəzi insanların, ya da peşələri tələb etdiyi üçün başqalarını əyləndirməyə çalışdıqları halda, öz bədbəxtlikləri hallarından aydın olan bəzi insanların ruh hallarının necə olduğunu bir düşünün.

Bir də dünyada ola biləcək ən yuxarı həyat səviyyəsi olan, istədiyi anda istədiyi hər şeyi əldə edə biləcək qədər çox pulu olan, ən gözəl evlərdə yaşayıb ən son model avtomobillərlə gəzən, ən bahalı geyimləri geyən, karierasıyla, etibarıyla cəmiyyətdə ən hörmət edilən, ən çox sözü dinlənilən  insanların həyatlarına bir nəzər salın.
Bütün bunları diqqətlə nəzərdən keçirdiyinizdə çox əhəmiyyətli bir həqiqəti görəcəksiniz. Hansı şərtlər olursa olsun  bu insanları ortaq nöqtədə birləşdirən əhəmiyyətli bir bənzərlik vardır; insanların böyük əksəriyyəti xoşbəxt deyillər.

Nə sahib olduqları mal-mülk, nə etdikləri işlər, nə də sevdikləri insanlar bu insanları həqiqi mənada xoşbəxt etməyə kifayət etmir. Xoşbəxtlik, sevinc kimi xüsusiyyətlərin yerinə, bu insanların həyatına həmişə qəmginlik, pessimizm, ümidsizlik kimi neqativ hallar hakim olur. Bir çox insanın həyatının böyük hissəsini bu ruh halıyla yaşayır. Bu insanların xoşbəxt olduqları anlar isə həm keçicidir, həm də həqiqi xoşbəxtliklə müqayisə edildiyində son dərəcə səthidir. Hətta bəzən də, həm özlərini, həm də ətraflarındakı insanları aldatmağa yönəlmiş təqlidlərdən ibarətdir. Daxili dünyasında isə ətraflarındakı gözəlliklərdən həzz almağa mane olan gizli bir əzab yaşayırlar.
Yaxşı bu insanlar niyə xoşbəxt deyil? Niyə daxili dünyalarında əzab çəkirlər, niyə narahat bir həyat yaşayırlar?
Bu insanların, ən gözəl nemətlərin içərisində belə əzab çəkmələrinin və bədbəxt olmalarının səbəbi, Allahdan uzaq bir həyat yaşamalarıdır. Allah insanlara xoşbəxtliyi ancaq iman ilə verir, həyatın gözəlliklərindən sözün əsl mənasında zövq almalarını ancaq bu şəkildə mümkün edir. Qurana uyğun səmimi bir iman olmadığı müddətcə, insanların heç bir yolla, heç bir üsulla həqiqi xoşbəxtliyi əldə etməsi mümkün deyil. Allah insanları asan olana çağırır. Bəzi insanlar isə, özlərini əzaba sürüyəcək bir əxlaqı mənimsəməklə çətin olanı seçir və özlərinə zülm edirlər. Dünya həyatının gözəlliklərini, Allahın onlar üçün yaratdığı nemətlərdən həzz almaq, imanın bəxş etdiyi sevgi, səmimiyyət və əminlik  hissinin gözəlliyini dadmaq varkən, həyatlarını müxtəlif dərd və əzab içərisində keçirirlər. 

Halbuki xoşbəxt olmağın yolu çox asandır. Bunu yaşamaq heç kim üçün gec deyil. Allah;” Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm qulpdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! " (Loğman Surəsi, 22)
hökmüylə çarəni insanlara göstərir. Bir başqa ayədə isə Allah insanlardan hüznü, kədəri və qorxuları aradan qaldıracaq həll yolunu bu şəkildə açıqlayır:
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub : “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!  (Fussilət Surəsi, 30)
İnsanın məsuliyyəti Allahın bildirdiyi bu yola tabe olmaqdır. Allah bu əxlaqı yaşayan qullarına dünya həyatında da, axirətdə də xoşbəxtliyin, sevincin ən gözəlini yaşadacaq, onları sonsuz rəhmətinə qovuşduracaq. Qəlblərində hüzndən, çətinlikdən, əzabdan hər nə varsa bunları çıxaracaq, yerinə gerçək imanın gətirdiyi rahatlıq və əminlik hissini yerləşdirəcək.










 Məhz bu saytda bu əhəmiyyətli gerçəyə diqqət çəkəcək və insanları gerçək və səmimi imanı yaşamağa dəvət edəcəyik. İnsanların, xoşbəxt olmalarına, nemətlərdən zövq almalarına mane olan və onları əzaba aparan bu sistemi, əslində öz əlləriylə qurduqlarını izah edəcəyik. Bədbəxtlikdən və gizli əzablardan xilas ola bilmənin tək həllinin, Allaha səmimi bir qəlblə iman etmək olduğunu ortaya qoyacağıq. Allaha qarşı mütləq səmimiyyət qazanılmadığı müddətcə, insanların heç bir yolla həqiqi mənada xoşbəxtliyi yaşaya bilməyəcəklərini və dünyadakı bu gizli əzabların axirətdə sonsuz bir əzaba çevrilə biləcəyini xatırladacağıq.
Allah bir ayədə, "Möminlər həqiqətən nicat tapmışdır" (Muminun Surəsi, 1) şəklində buyuraraq, xoşbəxtliyi və qurtuluşu tapanların möminlər olduqlarını bildirmişdir.

Комментариев нет:

Отправить комментарий