2010/10/22

GİZLİ ƏZABA SƏBƏB OLAN İNANC VƏ DAVRANIŞ YALNIŞLIQLARI

Saytın əvvəlindən  bu yana, bəzi insanların imanı qəbul etdiklərini söylədikləri halda yenə də mütləq hüzur və xoşbəxtliyi yaşaya bilməmələrinin səbəbinin səmimiyyətsizlik olduğundan bəhs etdik. Allahın Quranda, " Onlar (imanla küfrün) arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən. " (Nisa Surəsi, 143) ayəsiylə də bildirdiyi kimi, bu  kəslər vicdani olaraq hər şeyi bildikləri halda, hələ cahiliyyə əxlaqı ilə Quran əxlaqı arasında tərəddüd edirlər. İman etdikləri halda bilə-bilə belə bir əxlaqda israr etmələri, bu kəslərin gizli əzablar çəkərək yaşamalarına səbəb olur.
İnsanların çoxu isə yaşadığı bu çətinlik və əzabın, içində gizli saxladığı səmimiyyətsizliklərinə bir qarşılıq olaraq yaradıldığının fərqində deyil. Onlar bütün bunların 'həyatın gerçəkləri', yəni hardasa  hər insanın yaşamaq məcburiyyətində qaldığı həyatın bir parçası olduğunu sanırlar. Halbuki özləri üçün bir əzab halına gələn bu davranışların heç biri həyatın dəyişməz bir gerçəyi deyil. Bu tip insanlar, Allahın " Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. " (İbrahim Surəsi, 1) ayəsiylə bildirdiyi, insanları 'qaranlıqlardan' aydınlığa çıxaracaq din əxlaqından üz çevirdikləri, ya da din əxlaqını gərəyi kimi yaşamadıqları üçün çətinlik və əzabı dadırlar.

Комментариев нет:

Отправить комментарий