2010/10/26

Həqiqi və əbədi sevgini əldə edə bilmək


Kitablarda, qəzetlərdə, televiziya proqramlarında, şeirlərdə, mahnılarda və söhbətlərdə sevgidən bu qədər çox bəhs edilərkən, bir çox adam həqiqi və əbədi sevginin heç cür əldə edilə bilməməsinin səbəbini düşünməz. Bu insanlar zamanla düşünsələr də, Quran əxlaqını tam olaraq bilmədikləri, ya da yaşamadıqları üçün həqiqi sevgini necə əldə edəcəklərini və ya yaşayacaqlarını tapa bilməzlər. Həyatını Allah üçün yaşayanlarla nəfsləri üçün yaşayanların sevgi ölçüləri müqayisə edildikdə ikinci qrupun niyə sevgidən məhrum olduğu daha dəqiq görünəcək.

Bu insanlar hər şeydən əvvəl sevəcəkləri insanı seçəndə əxlaq gözəlliyi yerinə fiziki gözəlliyə üstünlük verərlər. Halbuki bir insanı fiziki xüsusiyyətlərinə görə sevmək onu ancaq bir neçə il sevmək və yaşlanmağa başladığında artıq sevməkdən imtina etmək deməkdir. Müsəlmanlar isə kimi sevəcəklərinə qərar verərkən, bu insanın Allaha olan sevgisinin dəlillərini görmək istəyərlər. Allahı sevən bir insanın təbii olaraq əxlaqı da gözəl olacaq. Bu da bir həqiqətdir ki, əxlaqı gözəl olmayan bir insan fiziki olaraq nə qədər mükəmməl olsa da, o insana qarşı ürəkdə əsl sevgi yaranması mümkün deyil. Allah sevgiyə həssaslığın təqva sahibi olmaqla, yəni Allah rizasının ən çoxunu  axtarmaqla əlaqəli olduğunu Hz.Yəhya peyğəmbərin əxlaqını təriflədiyi bu ayə ilə bildirir:

"Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi". (Məryəm surəsi, 13)

Bir az əvvəl bəhs etdiyimiz bu fərqdən dolayı əxlaq gözəlliyi var olduqca iman edənlərin bir-birlərinə duyduqları sevgi də artaraq davam edir. Digər tərəfdən, ən dərin sevgi olaraq xarakterizə etdikləri duyğuların belə çox qısa sürdüyü iman etməyənlərin tez-tez dilə gətirdiyi bir haldır. Dünyəvi şərtlərə və nəfsə bağlı bir sevgi qısa müddətdə bitməyə məhkumdur, çünki nəfs əvvəl-axır ən təsiredici gözəlliklərdən belə bezəcək şəkildə yaradılmışdır. Allah qorxusuna və sevgisinə bağlı bir sevgi anlayışının yerinə eqoist sevgini seçənlərin bir-birlərini əslində sevmədikləri üçün uzun bir zamana ehtiyacları yoxdur. Bu insanlar bir-birlərinin acizliklərini gördükləri anda, qarşılarındakı adamın əslində zehinlərində böyüdüb heyran olduqları insan olmadığının fərqinə vararlar. Bu cür sevgi çürük təməllərə əsaslanan və bitəcəyi əvvəldən müəyyən olunan bir sözləşmə kimidir. Gözəllik bir qəza və ya yaşlanma nəticəsində itirildiyində, ya da maddi bir böhranla zənginliyin yaratdığı rahatlıq və güvən sona çatdığında, bu insanların bir-birlərinə duyduqları "sevgi" adlı sözləşmələri də bitmişdir. Bu əxlaqdakı insanların əslində bir-birlərinin eqoist və pis əxlaqını sevə bilmələri imkansızdır. Dolayısıyla əsl sevdikləri ancaq bir-birlərindən umduqları mənfəət ola bilər. Buna görə həyat boyu bağlanıp sevəcəkləri insan axtararkən əvvəl gözəl əxlaq, sədaqət, etibarlılıq deyil, maddiyyat, təhsil vəziyyəti və fiziki üstünlük axtararlar. Bir müddət sonra da artıq bir-birlərinin eqoist davranışlarına və pis əxlaqlarına dözə bilməyən insanlar bir-birlərinin az qala ən böyük düşməninə çevrilirlər.

İnsan həqiqi sevgini Allahı sevməyən və Quranda izah edilən gözəl əxlaqa tabe olmayan  insanlardan gözlədikcə, hər arayışda eyni nəticə ilə qarşılaşdığını görəcək. Sevilməyi sevginin əsl sahibi olan Allahdan istəmək yerinə, vasitələri ilahlaşdırıb (Allahı tənzih edirik) onlardan gözləyən insanlar bütün həyatları boyunca həqiqi sevgi yerinə onun təqlidi ilə qarşılaşıb hüsrana uğrayarlar, çünki nəfsi üçün sevən bir insan əsl sevginin deyil, qısqanc və eqoist ehtiraslarının arxasınca getməkdədir. Nəfsin bu xüsusiyyəti Quranda belə xəbər verilmişdir:

"…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur..." (Nisa surəsi, 128)

Həqiqi və əbədi sevgini əldə edə bilmək əvvəlcə sevgini ürəklərə ilham edən Uca Rəbbimizin rizasını əldə etməyə çalışmaqla mümkün ola bilər. Allahı hər şeydən çox sevən və Onun istədiyi gözəl xarakteri hər yerdə yaşayan insanlar bir-birlərini də dərin bir sevgi və hörmətlə sevərlər. Dünya həyatında cənnət bağçalarında olmağı ümid edərək Allah sevgisini eqoist sevgidən üstün tutan səmimi möminlər axirətdə Allahın iznilə sonsuza qədər sevdikləri ilə birlikdə yaşayacaqlar:

(Ya Peyğəmbər! Qiyamət günü) zalimləri qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət! (Şura surəsi, 22)

Комментариев нет:

Отправить комментарий