2010/10/29

Möminlərə qarşı səmimi davranmayanlar

  Həyatlarını Allahın razılığını qazanmağa və Quran əxlaqını ən gözəl şəkildə yaşamağa həsr etmiş, inananlara qarşı candan, təvazökar və sevgi dolu bir əxlaq göstərən möminləri təqdir edə bilməyənlər sonsuza qədər bu üstün insanlardan uzaqda yaşamaqdan qorxmalıdırlar. Allahın dostu olan və Onun razılığı üçün çalışan insanlar olduqlarını gördükləri halda, möminlərlə dost ola bilməyən, onlara qarşı səmimi davrana bilməyən insanlar axirətdə inkar edənlərlə yaşamaq məcburiyyətində qala bilərlər. Dünya həyatında ikən möminlərin yanında sıxılan, narahat olan, təbii davrana bilməyən, şövqsüz və soyuq münasibətlər göstərən, onlardan gələn nəsihət və xatırlatmalara pis gözlə baxan insanlar axirətdə onların yanındakı bu etibarlı mühiti peşmanlıqla axtara biləcəklərini unutmamalıdırlar. Belə bir əxlaqın qarşılığının eyni əxlaqı göstərən insanlarla birlikdə olacağı aydındır. Bu həqiqətin axirətdə fərqinə varanlar Allaha özlərini bu insanlarla birlikdə həşr etməməsi üçün son dəfə yalvaracaqlar, ancaq Allah ayələrində eyni əxlaqı göstərən bu insanların cəhənnəmdə görüşüb sonsuza qədər birlikdə yaşayacaqlarını bildirir:
 Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.  (Hicr surəsi, 43)

Artıq heç bir dostlarının olmadığını anlayan bu insanlar peşmanlıqla bu sözləri söyləyəcəklər:

İndi artıq nə şəfaət edən kimsələrimiz, Nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik; möminlərdən olardıq!” (Şuəra surəsi, 100-102)

İman edən insan dünyada və axirətdə insanların yeganə dostunun əvvəl Allah, sonra da Allahın elçiləri və saleh möminlər olduğunu bilməli, ürəyində inananlara qarşı ən kiçik bir kin belə buraxmadan onları bütün səmimiyyəti ilə sevməlidir, ancaq bu şəkildə axirətdəki sonsuz həyatında da bu insanlarla birlikdə ola biləcəyini unutmamalıdır.

Комментариев нет:

Отправить комментарий