2010/11/19

Yalançılıq

Yalan danışmaq cahiliyyə cəmiyyətində son dərəcə məşhur olan pis əxlaq xüsusiyyətidir. İnsanların böyük əksəriyyəti, qarşı tərəfin anlamayacağı şəkildə yalan danışmağı məharət hesab edir. Çünki bu kəslər  yalnız insanlara qarşı  məsuliyyətləri olduğunu və insanları aldadıb razı saldıqdan sonra  hər hansı bir problemin olmayacağını düşünürlər. Halbuki insanın bütün məsuliyyəti Allaha qarşıdır və Allah Quranda,
"... yalan söz­­lərdən də çəkinin;" (Həcc Surəsi, 30)
ayəsiylə insanlara yalan danışmaqdan çəkinmələrini əmr edir. Bu səbəbdən nə qədər inandırıcı olub insanları inandırsa da, Allah gerçəyi bilməkdə, o insanın yalan danışdığını görməkdədir.
İman edənlər, yalanın Allahın insanlara haram etdiyi bir davranış olduğunu bilir və çox kiçik bir mövzuda belə olsa yalan danışmaqdan şiddətlə çəkinirlər, ancaq nəfslərinin təsiriylə hərəkət edən bəzi insanlar,  bu əxlaqlarınından hələ də uzaqlaşa bilmirlər. Əlbəttə ki, bu kəslərdən  soruşduqda Allahın haram etdiyi bir hərəkəti açıq - aydın  və bilə-bilə etməyəcəklərini söyləyirlər, amma  çətinliyə düşdükdə, dərhal yalan danışırlar.

Haram olduğunu bilə-bilə yalan danışan bir insan, ilk baxışda yalanıyla özünü qorumuş, bəzi şeylər qazanmış kimi görünə bilər, ancaq belə deyil. Yalan danışmaq, insanın vicdanını  narahat edir. Belə insan hər zaman yalanlarının aşkar olmasından  və bu səbəblə insanların gözündən düşməkdən qorxur, həmişə bunun gərginliyini yaşar. Daxilən, Allahın haram buyurduğu bir şeyi etdiyini bildiyi üçün rahat ola bilmir. Üstəlik bir dəfə yalan danışmağa başlayan insan, yalanının ortaya çıxmaması üçün, özünü arxa arxaya yeni yalanlar söyləmək məcburiyyətində hiss edir. Hər dəfə  bir az daha yalan bataqlığına batar və daxilən bundan xilas ola bilməmənin stressini yaşar. Həmçinin yalançı insanlar ətraflarında dərhal tanınırlar, bu səbəblə onlara etibar və hörmət edilmir. Bu isə, yalançının daha da alçalmasına səbəb olur. Özünü ucaltmaq və mənfəət əldə etmək  üçün yalan danışan bu tərz insanlar tam əksi ilə qarşılıq görürlər.
Allah, bu insanların şeytanın təsiriylə hərəkət etdiklərini Quranda belə bildirir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra Surəsi, 221-223)
Çarə, bütün səmimiyyətsiz davranışlarda olduğu kimi səmimi bir tövbəylə Allaha sığınıb, Quran əxlaqını əskiksiz yaşamaqdır. Bu zaman  bu kəslərin həm dünya həyatındakı sıxıntılı həyatları bitəcək, həm də axirətdəki sonsuz əzabdan xilas olmağı ümid edə biləcəklər.

Комментариев нет:

Отправить комментарий