
Halbuki möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri salam sifətinə sahib olması, yəni etibarlı insan olmasıdır. Ona bu etibarlılığı qazandıran Allahdan qorxub çəkinməsi, hər nə səhvi, ya da çatışmazlığı olursa olsun, bunları gizlətmək əvəzinə, düzəltmək üçün səmimi səy göstərməsidir. Bunun əksinə davranmaq, ən əvvəl Allaha qarşı səmimiyyətsizliyə, ardından da insanlara qarşı ikiüzlülüyə səbəb olur.
İkiüzlülük isə insana əzab verir, çünki səmimiyyət nə qədər asan və nə qədər rahat isə, ikiüzlülük də o qədər çətin və sıxıntılıdır. Səmimiyyətsizlik, insanın həyatı boyu bir an belə ara vermədən aktyorluq etməsini tələb edir. Bunun üçün, davamlı diqqətli olması lazım gəlir. Eyni şəkildə içindən gələn kimi davranmaması, gerçək xarakterin və təbii həyatının heç zaman yaşanmaması da insanları ciddi şəkildə bir əzaba salar. İnsanların belə bir əzab içində yaşamaqdansa, ürəklərindəki mənfilikləri müsbət anlayışa çevirmələri, gözəl əxlaq və gözəl düşüncəyə yiyələnmələri və bunun nəticəsində səmimi, təbii və rahat davranmaqdan çəkinməmələri çox asandır.
Dini və gözəl əxlaqı gerçək mənada yaşamaq və Allaha qarşı həqiqətən səmimi olmaq yerinə, bunun təqlidini etmə yolunu seçmək insanın həm dünyasını, həm də axirətini itirməsinə səbəb olar. Bu səbəblə insan ürəyində Qurana uyğun olmayan heç bir şey buraxmamalı və Allaha və möminlərə qarşı ən səmimi şəkildə davranmalıdır.
Комментариев нет:
Отправить комментарий