2010/11/17

Kin və Qəzəbin İnsanlara Yaşatdığı Stress

İnsanların çətinlik və narahatlıq yaşamalarına  səbəb olan əxlaq xüsusiyyətləri arasında kin və qəzəbin  yeri də olduqca böyükdür. İnsanlar gündəlik həyatları boyunca xoşlarına gəlməyən bir çox hadisə, ya da münasibətlə qarşı-qarşıya qala bilərlər. İnsanların çoxu  isə, bu cür hallarda dərhal hirslənər, hətta bununla da kifayətlənməyib qəzəblərini  daxili  bir kinə çevirərlər.
İman edənlər nəfslərinin bu təlqinlərinə qulaq asmazlar, çünki Allah, razılığını qazanacaq və cənnətinə qovuşacaq qullarını,
 "O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir." (Ali İmran Surəsi, 134)
ayəsiylə bildirir. Bu səbəblə möminlər qəzəb və kindən Allaha sığınır və bunun üçün belə dua edirlər:
(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" (Həşr Surəsi, 10)
 İman edənlərə qarşı kin  saxlamaq, həqiqətən inanan  bir kimsənin qorxub çəkinməli olduğu haldır, çünki Quranda Allah,
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə Surəsi, 55)
ayəsiylə möminlərin bir-birlərinin vəliləri olduğunu bildirmişdir. Allahı sevən, Onun razılığını axtaran, Quran əxlaqını yaşayan və həyatını dini üçün yaşamağa həsr etmiş  insanlara qarşı, adamın ürəyində kin, ya da qəzəb  kimi duyğular saxlaması, imanı ürəyinə tam olaraq yerləşdirməmiş olduğunu göstərir. Allaha və inananlara qarşı ürəyində belə bir səmimiyyətsizlik olması, bu adamın imanın hüzurunu  və xoşbəxtliyini gözəl şəkildə  yaşaya bilməməsinə də səbəb olur.
Bu əxlaqı yaşayan insanlar rahatlıqla anlayış  göstərib bağışlaya biləcəkləri hadisələrin təsirindən heç cür xilas ola bilməzlər. Sadə bir hadisə, ya da bir kimsənin adi  bir səhvi bu kəslərin qəzəblənməsi  üçün bəs edir. Hətta bəzən də sırf əsəblə yanaşdıqları  üçün, insanların normal davranışlarını belə  qəzəblənəcək  davranışlar  olaraq qəbul edə bilirlər. Hirsləndikləri üçün doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv bir şəkildə qiymətləndirə bilməzlər. Allahın razılığının, qəzəblənməyib  xoşgörüşlü və əfvedici  davranmaqda olduğunu bildikləri halda, nəfslərinin təsiriylə hirslənməkdən özlərini saxlaya  bilməmələridir. Allah insanlara Quranda,
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Ə'raf Surəsi, 199)
deyə bildirməkdədir. Bu səbəblə, həqiqətən qəzəblənəcək  bir vəziyyətdə belə, Allahı sevən, Allahın razılığını axtaran mömin, mömin qardaşının səhvini bağışlayar.
Bununla yanaşı kin və qəzəbini  biruzə vermədən  daxilində  saxlamaları da bu kəsləri yanıltmamalıdır, çünki Allahın insanlardan istədiyi, bu əxlaqı gizli də olsa, açıq da olsa heç bir şəkildə yaşamamalarıdır. Bu insanlar, Allahın insanların ürəklərində gizlədiklərini də bilməkdə olduğunu unudarlar. Halbuki Allah bir ayəsində belə buyurur:
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? (Məhəmməd Surəsi, 29)
Bununla yanaşı  bütün digər əxlaq pozuqluqlarında olduğu kimi kin və qəzəb də hər kəsdən çox insanın özünə zərər verən duyğulardır. Çox vaxt ətarfdakıların, insanın  içərisinə düşdüyü bu çətinlikdən xəbəri belə olmaz, amma bu zamanda  bu insanlar başqa heç bir şey düşünə bilməyəcək qədər bu mövzuya qapılıb getmiş olarlar. Qəzəbi  ürəklərindən atmadıqları üçün diqqətlərini hər hansı başqa bir mövzu üzərində cəmləşdirmələri, ağıllarını istifadə edə bilmələri, işlərini görə bilmələri, ya da insanlarla təbii bir dialoq  qura bilmələri mümkün olmaz.
Həmçinin  əsəbləşməyin  insanlar üzərində fiziki olaraq  meydana gətirdiyi narahatlıq da  kiçik hesab edilə bilməyəcək ölçülərdədir; daxili  narahatlıqlar, baş ağrısı, mədə ağrısı, yuxusuzluq kimi xəstəliklərin təməlində ümumiyyətlə bu cür əxlaq pozuqluqları olur.
Bu cür davrananlar  o anda Allahı, qədəri, imtahan verdiklərini və axirətdə hesab verəcəklərini unutduqları üçün  qəflətə düşürlər.  Yoxsa saatlarla, günlərlə, ya da həftələrlə bir hadisəni,  ya da bir insanın davranışını düşünərək, ona  qarşı ürəklərində kin  saxlamaları mümkün olmaz. Allahdan gerçək mənada qorxan bir kimsə, nəfsinin özünü bu nöqtədə sapdırdığını bilib, Allahın bildirdiyi kimi davranar:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Ə'raf Surəsi, 201)
Kin və qəzəb, insanın səmimi bir dostluğu, sevgi və qarşılıqlı anlayışı yaşamasına  mane olar. Belə insanlar həmişə tək, dostsuz olarlar. Tək və dostu olmayan insanın isə, xoşbəxt olması, nemətlərdən zövq alması qeyri-mümkündür. İnsan, dostluqlardan, sevgidən, söhbətdən, sevincini bəziləriylə paylaşmaqdan, güvənəcəyi insanlarla birlikdə olmaqdan zövq alacaq şəkildə yaradılmışdır. Təklik insanın fitrətinə zidd olduğu üçün, insanı böhrana salar, çətinliyə salar. Hər nə qədər bəzi insanlar təklikdən zövq aldıqlarını, kimsəni sevmədiklərini, yalnız özlərini sevdiklərini və bu şəkildə rahatladıqlarını söyləsələr də, bunda səmimi deyildirlər. Onlar yalnız insanlara olan kinlərinə görə  və ya həqiqətən dost olabiləcəkləri  insanları tapa bilmədikləri üçün və qətiyyən  xoşbəxt deyildirlər. Yalnız insanlara xoşbəxt görünmək üçün bunları söyləyirlər. Dost tapa bilməyən insanların, çarəsizlikdən pişiklərini, itlərini, quşlarını dost seçmələrinin, onlara son dərəcə düşkün olmalarının, hətta bir insanla danışırmış  kimi onlarla danışmağa başlamalarının təməl səbəblərindən biri budur. Bu səbəblə kin və qəzəb, insanın fitrətinə ziddir və insanı təkliyə, bədbinliyə və çarəsizliyə aparar.
Unudulmamalıdır ki Quranda,
(Onlara deyiləcək): “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. (Hicr Surəsi, 46-47)
ayələriylə ifadə edildiyi kimi cənnət əxlaqında kin və qəzəb yoxdur. Bu səbəbdən cənnəti hədəfləyən bir möminin də dünyada bu əxlaq pozuqluğundan təmizlənməsi lazımdır.

Комментариев нет:

Отправить комментарий