2010/11/13

MÖMİNLƏR, İNSANLARI SƏMİMİYYƏTƏ DƏVƏT EDƏRLƏR

Allah Quranda,
 "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali İmran Surəsi, 104)
ayəsiylə insanları yaxşılığa və gözəlliyə çağırmağı, onları etdikləri səhvlərdən çəkindirməyin möminlərin vəzifəsi olduğunu ifadə edir. Bir başqa ayədə isə Allah,
"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. " (Tövbə Surəsi, 71)
 sözləriylə möminlərin, bir-birlərinin qoruyucusu  olduğunu xatırladır.
Budur, möminlər Allahın bu əmrinə görə bir-birlərində gördükləri əskiklikləri yenə Quranda bildirildiyi kimi "sözün ən gözəlini söyləyərək" (İsra Surəsi, 53) bir-birlərinə izah edərlər. Qarşı tərəfin verəcəyi reaksiyanın, verilən öyüddən nəticə çıxarıb çıxarmayacağının, yaxşılığı əmr edən mömin baxımından bir məsuliyyəti yoxdur. Allah bir ayəsində
 "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır. " (Qəsəs Surəsi, 56)
sözləriylə bu gerçəyə diqqət çəkir və insanların doğrunu görə bilmələrinin ancaq Allahın diləməsiylə reallaşa biləcəyini xatırladır. Bu səbəblə möminlər bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışarkən bunu Allah üçün istəyərək edir və nəticəsi də hər nə olursa olsun buna təslim olurlar, ancaq əlbəttə ki səmimiyyətin gətirdiyi gözəllikləri və gerçək xoşbəxtliyi bütün insanların öyrənib yaşamasını da ən səmimi şəkildə arzu edirlər.
Bunun əksi olduğu zaman həyatın kənardan  normal görünsə belə daxilən insanı bədbinləşdirən, narahatlıq və sıxıntı verən əzablarla dolu olduğunu çox yaxşı bilirlər. Bəhs edilən kəslərin daxilən yaşadıqları  yaşatdıqları bu pis fikir və ruh halını gizlətmək üçün maddi və mənəvi əziyyət çəkdiklərini unutmazlar. Bu səbəblə qarşılarındakı insanda az da olsa səmimiyyətsizlik hiss etsələr, onu hər hansı bir şəkildə mühakimə etmədən, yalnız Quran əxlaqına dəvət edərlər. Hər cür gizli əzab və çətinliyin, narahatlıq və bədbinliyin tək çarəsinin Allahın razı olacağı bir əxlaqı yaşamaq olduğunu ən gözəl şəkildə xatırladarlar.

Комментариев нет:

Отправить комментарий