2010/11/17

EQOiSTLiK

Allah, Quranda
 "Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır,  bir xeyir nəsib olduqda isə xəsislik edir.." (Məaric Surəsi, 19-21)
ayələriylə insanların nəfsində olan bir zəifliyi xəbər verir. İnsan arzularına qapılmağa meylli varlıqdır; hər fürsətdə özünü önə çıxarmağa, öz mənfəətlərini qorumağa və özünü hər kəsdən çox sevməyə meyllidir. İnsan, əgər Allah qorxusu ilə gözəl əxlaqını qorumazsa, nəfsi insanı davamlı olaraq 'yalnız mən sevilim', 'mən təriflənim',  'mən təqdir edilim' kimi eqoist istəklərə yönəldər. Bu cür əxlaqa  sahib insanlar üçün başqalarının rahatlığı, dincliyi, xoşbəxtliyi hər zaman ikinci planda olur. 'Əvvəl onların rahatlığı təmin edilsin' ya da, 'onların mənfəətinə uyğun olsun, lazım olsa mən öz mənfəətlərimdən güzəştə gedərəm 'başqaları xoşbəxt olsun, mən də onların xoşbəxtliyindən zövq alım' kimi fədakarca düşünməkdənsə, hər zaman  'nə olursa olsun, əvvəl mən' fikiriylə hərəkət edərlər.
İman edənlər nəfslərindəki bu istəyi  deyil, Allahın razı olduğu əxlaqı yaşayarlar, ancaq bəzi insanlar da, 'necə olsa dinin bəzi hökmlərini yerinə yetirirəm, hərdənbir  öz mənfəətlərimi həyata keçirməyin nəyi pis ola bilər ki,  şəklində səhv düşüncəyə qapılaraq, əxlaqlarındakı bu əskikliyi zərərsiz görərlər. Üstəlik insanın öz mənfəətlərini qorumasını  'həyatın bir gerçəyi' olaraq görərlər. Yəni hər nə qədər Quran ilə bunun səhv düşüncə olduğu  özlərinə izah edilmiş olsa da, şüur altlında yaşamaq üçün öz mənfəətlərini ön planda tutmaq lazım olduğunu zənn edərlər. Əks halda mənfəətlərini kimsənin qorumayacağını, əziləcəklərini və zərərə uğrayacaqlarını düşünürlər. Üstəlik, hər kəs bu əxlaqı göstərib öz mənfəətini qoruduqda, yalnız özləri fədakar və fədakarlıqlı olsalar, bu vəziyyətdə ağılsız mövqesinə düşəcəklərini sanarlar. Bu düşüncələrindən ötəri, fədakar və incə düşüncəli olmaq üçün nəfslərini öyrətməzlər. Halbuki insanın mənfəətlərini qoruya biləcək tək bir güc vardır; o güc Allahdır. Əksi olduqda insan nə eqoizmlə,  nə də öz mənfəətlərinin arxasınca getməklə özü üçün  bir mənfəət əldə edə bilməz. Allah bunu bir ayədə bu şəkildə açıqlayır:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Yunus Surəsi, 107)
İnsanların eqoistliyi ən çox  mala və cana olan istəkləriylə  ortaya çıxar. Gözəl və yaxşı olan  hər  şeyi  özləri istifadə etmək istəyərlər. Məsələn bir başqası əşyalarını istifadə etməni tələb etdikdə vermək istəmədikləri üçün yalan danışıb  o əşyanın özlərində olmadığını söyləyə bilərlər. Ürəklərindəki bu eqoist istəklər, həyatlarının hər mərhələsində ortaya çıxır. Gözəl yeməyin özlərinə qalmasını istəyirlər. Bunu başqalarıyla paylaşmamaq üçün tək qalanda, evdə kimsə yoxkən yeməyə çalışırlar. Məcburən kiminləsə paylaşsalar belə, yeməyin ən gözəl olan yerini özlərinə ayırıb, digər kəslərə qalan qismini  ikram edirlər. Eyni şəkildə çətin bir iş olduğunda da müxtəlif bəhanələrlə bundan qaçaraq işi başqalarının boynuna atmağa çalışırlar. Öz canları hər kəsin canından daha şirindir. Bu səbəblə bir başqası daha yorğun, ya da məşğul olsa və özləri bu işi görə biləcək halda  olsalar belə bir qaçış yolu axtarırlar. Bu insanların ürəklərində gizlətdikləri bu ehtiras yalnız malı, yeməyi sahiblənmək duyğusu ilə məhdud deyil, bir çox mövzuda ortaya çıxa bilər. Nəfsində eqoistlik olan  insanlar  çox sadə şeylərə belə tənəzzül edər; həmişə öz istədiyi olsun istər, son sözü həmişə özü söyləməyi sevər. Məsələn  çoxlu insanın olduğu yerdə öz bəyəndiyi musiqinin dinlənilməsini, öz istədiyi televiziya kanalına baxılmasını istəyər. Başqalarının istəklərini isə heç zaman vacib  saymaz. Ən rahat yerə özü oturmaq üçün tələsər. Əmək bölgüsü varsa ən asan olan işi seçər, çətin olanı  həmişə başqalarına saxlamağa çalışar. Yorğunluq, ya da fədakarlıq tələb edən bir yerdə ağır davranar, daim özünü bir addım geridə tutar. Söhbət edərkən  anlayışlı olmaq əvəzinə  həmişə haqlı olmağı üstünlük  sayar.
Halbuki kiçik mənfəətlər əldə etmək üçün etdiyi bu cür davranışlar iman etdiyini söyləyən və Quran əxlaqından xəbərdar olan insanı böyük bir səmimiyyətsizliyə aparar. Səmimiyyətsizlik isə insanı davamlı narahatlıq içərisində yaşadar. Öz mənfəətini  güdən  insan davamlı gizlidən gizliyə ətrafındakı insanları aldada bilmək üçün böyük bir əmək sərf edər. Davamlı bu gizli səmimiyyətsizliyinin ortaya çıxması, ətrafdakıların bunu bilməsi  qorxusuyla yaşayar.
Saleh müsəlmanlar isə heç zaman belə qorxular yaşamazlar. Quranda səmimi müsəlmanların Allahın razılığını qazanmaq üçün canlarından və mallarından keçdikləri, heç bir qarşılıq gözləmədən yaxşılıq etdikləri, digər müsəlmanların ehtiyaclarını özlərininkindən önəmli  gördükləri bildirilir:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Həşr Surəsi, 9)
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan Surəsi, 8-11)
Göründüyü kimi, fədakar əxlaqlarına görə Allah Müsəlmanlara bir aydınlıq və nur verir. Bunun əksinə olduqda, yəni eqoistlikdə isə Allah insanlara gizli bir əzab yaşadır. Eqoistlik  edərək, insanlara tələ qurduğunu və özünün ağıllı olduğunu zənn edən bu insanlar, həqiqətdə öz qurduqları tələyə düşürlər. Bu, Quranda bildirilən sirlərdən biridir. Fədakar insan bu əxlaqa sahib olduğu üçün daha çox yorulur, malını, pulunu xərcləyir, öz qanuni haqqlarından və istəklərindən güzəştə gedər, amma vicdani olaraq, rahat, xoşbəxt, gözəl bir həyat yaşayar. Eqoist və nəfsinə düşkün bir insan isə, daim nəfsini qorumağa çalışdığı üçün sıxıntılı və çətin bir həyat yaşayır. Nəfsinə gələn ən kiçik bir çətinlik belə onu bədbin və narahat etməyə bəs edər.

Комментариев нет:

Отправить комментарий