2010/11/14

ALLAH, SƏMİMİYYƏTSİZLİKDƏN ƏL ÇƏKMƏYƏNLƏR ÜÇÜN DÜNYA ƏZABINI ARTIRA BİLƏR

Rəbbimiz,
"Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər..." (Nisa Surəsi, 17)
 ayəsiylə, Öz qatında qəbul olunacaq tövbənin necə olması lazım olduğunu açıqlayır. Bir başqa ayəsində isə Allah saleh möminləri,
 "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Ali İmran Surəsi, 135)
 sözləriylə təyin edir.
Allah, cahillik, ya da məlumatı olmadığı üçün edilən, ancaq başa düşüldükdə dərhal imtina edilən və bilərək israr edilməyən səhvləri bağışlayacağını bildirir. Allaha qarşı mütləq səmimiyyəti qazanmaq istəyən mömin bu ayələrə görə düşünməli və daxilindəki bütün səmimiyyətsizliklər üçün Allahdan üzr istəməlidir.
Ancaq bu nöqtədə yenə səmimiyyətlə qiymətləndirilməli olan bir nöqtə vardır: Allah axirət günü insanı yalnız səmimiyyətsiz davranışlarına görə sorğuya tutmayacaq. Allah insanları, vicdani olaraq bildikləri, amma insanlardan gizlətməyə çalışdıqları gizli səmimiyyətsizliklərdən də sorğuya çəkəcək. Quranın bir ayəsində "... Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. " (Nur Surəsi, 29) hökmüylə xatırladıldığı kimi,  Allah insanın içindən keçənləri biləndir. Bu səbəbdən insan, özünü qiymətləndirərkən yalnız xaricdən görülə bilən  davranış pozuqluqlarını deyil, gizli səmimiyyətsizliklərini də düşünməlidir və bunların hamısından imtina edərək Allahdan bağışlanma diləməlidir.
Əksi olduqda, özünə xatırladılanlardan nəticə çıxarmaz, özünü müstəğni görər və üz çevirərsə,
"Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. " (Ələq Surəsi, 6-7)
ayələrində bəhs olunan insanlardan ola biləcəyini bilməlidir. Belə olduqda səmimiyyətdən boyun qaçıran , Allahın ayələrini bildikləri, doğru yolu gördükləri halda davranışlarını bilə-bilə dəyişdirmədikləri üçün, Allah bu insanların şüurunu tamamilə bağlaya bilər. Allah qullarını bu hala qarşı belə xəbərdar edir:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri gör-sələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”. (Ə'RAF Surəsi, 146)

Həm Quran ayələriylə, həm vicdanlarıyla, həm də səmimi möminlər vasitəsiylə açıqca xəbərdar edildikləri halda səmimiyyətsizliklərində israr edən insanların dünya həyatında ikən ala biləcəkləri qarşılıq bu qədərlə də qalmaya bilər. Allah Quranı yaxşı düşünməyən insanların, artıq istəsələr belə özlərinə verilən öyüdlərdən istifadə edə bilməyəcəklərini,  bəsirət gözlərinin korlaşa biləcəyini belə bildirir:
Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir. Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? (Məhəmməd Surəsi, 23-24)
Bütün bunlar səmimiyyətə dəvət oluduqları halda buna qarşı gələnlərə dünyada Allahın verə biləcəyi qarşılıqlardan yalnız bir neçəsidir. Unudulmamalıdır ki, Allah hər şeyi yaratmağa qadirdir. Diləsə dünya həyatında insanların əzabını artıra bilər. İnsanların səmimiyyətsizlikləri səbəbiylə yaşadıqları gizli əzablar, bütün mənliklərini əhatə edəcək hala gələ bilər. Allah istəsə dünyanı insanlara dar edər. Quranda, bir çox insan topluluğunun belə əzab qarşısında Allaha təslim olub səmimiyyətə yönəldiklərindən bəhs edilir. Bir ayədə isə Allah,
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apar­­dığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”.  (Yunus Surəsi, 22)
şəklində bildirərək insanların çarəsiz bir halda dənizin ortasında dalğalarla əhatə edilmiş halda qaldıqları zaman ' dini məhz Ona aid edərək ' olaraq Allaha yönəldiklərini xatırladır.
İnsanlara bu səmimiyyəti qazandıran, Allahın əzabını görərək, Onun gücünü və qüdrətini idrak etmiş olmalarıdır. Diqqət çəkən nöqtə isə, bu insanların o anda səmimi olmaq üçün heç çətinlik çəkməmələridir. Əzabı gördükləri anda vicdanlarını, iradələrini son nöqtəsinə qədər istifadə edib və Allahın razı olacağı əxlaqa yiyələnmək üçün əllərindən gələn bütün səmimi səyi sərf edirlər. Bu da insanın əzabla qarşılaşmadan da səmimi ola bilməyə gücünün çatdığını göstərməkdədir. Başqalarının özlərinə izah etməsinə, səmimiyyətsizliklərini isbat etməsinə əslində ehtiyac yoxdur. Yalnız vicdanlarına yönələrək, Allahın razı olacağı bu xüsusiyyəti qazana bilərlər. Buna baxmayaraq bir də özlərinə xatırladıldığı, səmimiyyətə dəvət edildikləri halda üz çevirsələr, bu zaman  Allahın dünya həyatında verə biləcəyi əzabdan şiddətlə qorxub çəkinmələri lazımdır, çünki Allah diləsə insanları səmimiyyətsizliyə cürət etdikləri anda heç gözləmədən də çəzalandıra bilər. Adamın əlindən bütün malını mülkünü, etibarını alıb, gücsüz və möhtac hala gətirə bilər. İnsanın düşünüb təxəyyül belə edə bilməyəcəyi bir mənəvi narahatlıq, bədbinlik və kədər verə bilər. Bədənini canlı saxlayıb ruhunu həyatının sonuna qədər heç bir nemətdən, heç bir gözəllikdən zövq almayacaq şəkildə qatılaşdıra bilər. Ölənə qədər sevmənin, sevilmənin, dostluğun, səmimiyyətin gözəlliyini dada bilməyəcəyi bir həyat yaşada bilər. Bu mənəvi əzablarla yanaşı Allah bu insanlara amansız dərd və xəstəliklər də verə bilər. Bir ayəsində Allah insanlara bu vəziyyəti,
 "De ki: "O, sizə üstünüzdən ya da ayaqlarınızın altından əzab göndərməyə və ya sizi parça parça bir-birinizə qırdırıb kiminizin şiddətini kiminizə daddırmağa güc çatdırandır." Bax, yaxşıca qavrayıb-anlamaları üçün ayələri necə müxtəlif formalarda açıqlayırıq?" (Ən'am Surəsi, 65)
hökmüylə xatırlatmaqda, əzabı ilə bütün insanları xəbərdar etməkdədir. İnsanın bütün bu ehtimallardan qorxub çəkinməsi və dərhal səmimiyyətə yönəlməsi lazımdır.
Özlərinə verilən müddət də insanları aldatmamalıdır. Allah, insanlara mərhəmətinə, əfv ediciliyinə və bağışlayıcılığına görə doğru yola yönəlmələri üçün müəyyən bir müddət verir. Əgər insan bu müddəti öz lehində istifadə etməzsə nəticə Quranın,
 Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzab)(­la) yaxaladım. Dönüş də ancaq Mənədir! (Həcc Surəsi, 48)
ayəsiylə xatırladıldığı kimi qaçınılmaz bir əzaba çevrilə bilər.
İnsan özü üçün təqdir edilən müddətin nə vaxt dolacağını bilə bilməz. Bu səbəblə hər an öləcəkmiş kimi, imanını gücləndirmək və əxlaqını gözəlləşdirmək üçün ciddi bir səy göstərməlidir. Unudulmamalıdır ki ölənə qədər hər insan üçün hər an yenidən başlama, yenidən iman etmə və səmimiyyətlə Allaha təslim olma yolu açıqdır.
Səmimiyyətsizlikdən xilas olmanın həlli çox asandır. İnsan, Quran ayələri əsaslanıb niyyətini bir daha nəzərdən keçirməli, həyatının heç bir nöqtəsində, heç bir mövzuda, gizli, ya da açıq heç bir səmimiyyətsizliyə imkan  verməməlidir.

Комментариев нет:

Отправить комментарий