2011/01/18

SƏMİMİYYƏTSİZLİYİN DANIŞIQDAKI ƏKSİ


Danışma tərzi də, insanların səmimiyyətsizliklərini biruzə verən mövzuların ən diqqət çəkənidir.Belə insanlara Quran ayələri xatırladıldığında söz və davranışlarıyla
təslimiyyətləri dərhal görünən möminlərin əksinə, səmimiyyətsiz şəxslər çox vaxt Quran əxlaqıyla uyğun olmayan bir üslubda danışmağa başlayırlar.İnsanın özünü ifadə etməsində sanki bir ayna vəzifəsi görən danışıq üslubuna, Allah Quranda

 "Əgər Biz diləsək, sənə onları əlbəttə göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin söyləniş tərzindən də tanıyarsan. Allah, əməllərinizi bilər." (Məhəmməd Surəsi, 30) 

ayəsiylə diqqət çəkir.
Bu şəxslərin danışıqlarındakı qüsurlar bir neçə şəkildə ortaya çıxır. Bunlardan əsaslarını belə sıralaya bilərik:

-Danışıqlarındakı məntiqsizlik
Bu insanların bəzilərinin məntiqlərində çox böyük qüsurlar meydana gəlir. Bir başqasının rahatlıqla təsbit edə bildiyi bu məntiqsizlik, bu insanların özləri tərəfindən ümumiyyətlə hiss edilmir. Məsələn, onlara yönəldilən bir tənqidin səhv olduğunu isbat etməyə çalışarkən, tənqidin nə qədər haqlı olduğunu ortaya qoyan sübutlar irəli sürürlər. Bildirdikləri hər izah, əvvəlkindən də səhv bir məntiqə əsaslanır. Hər dəfə vəziyyəti öz lehlərinə dəyişmək istədiklərində daha da çürük bir məntiqlə qarşılaşırlar.

-Qurana uyğun olmayan danışıqlar:
Möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri həyatının hər anına Quran əxlaqını hakim etməsi, hər sözünün Quran ayələriylə üst-üstə düşməsidir. Nəsihət verilən, ancaq səmimi olmayan bəzi insanlar, Quran ayələrini deməkdən, Allahın adını xatırlamaqdan çəkinirlər. Çünki belə olduqda izah etdiklərini yaşamalı olduqlarını da bilirlər. Məsələn, onlara bir səhvləri deyildiyində Quranın,

 "Və 'çirkin bir həyasızlıq' işlədikləri ya da nəfslərinə zülmetdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötəri bağışlanma istəyənlərdir. Allahdan başqa günahları bağışlayan kimdir? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməyənlərdir." (Al-i İmran Surəsi, 135)

 ayəsində bildirilən mömin davranışını dilə gətirsələr, ayəyə uyğun olaraq səmimiyyətsizliklərindən də dərhal imtina etməli olduqlarını bilirlər. Həmçinin Allahdan başqa mütləq varlıq olmadığını, Allahın gücü qarşısındakı acizliklərini, hər şeyin Allahın təyin etdiyi qədərlə baş verdiyini, Allahın ürəklərin dərinliklərində gizlənənləri bildiyini, səmimiyyətsizliklərinə qarşılıq olaraq insanları dünyada və axirətdə cəzalandıracağını, cəhənnəmin sonsuz olacağını, buradakı ağrının mahiyyətini və davamlılığını bircə an belə olsun düşünüb desələr, səmimiyyətsizliklərinə davam etmək cəsarətini göstərə bilməyəcəkləri məlumdur. Bu vəziyyətdə olan insan artıq nəfsini müdafiə edə bilməz, cahiliyyəyə aid bir üslub istifadə edə bilməz. Hər şey tam tərsinə çevrilmiş olar, nəfsini təmin edə bilməz. Bütün davranışı, üslubu və hətta səs tonu belə normallaşar. Nə sünilik edə bilər, nə küsəyənlik edib küsə bilər, nə də qarşı tərəfə etiraz etmək məqsədiylə hərəkətlər edə bilər. Qüruruna nə qədər ağır gəlsə də,yaratmış olduğunu sandığı imicinə nə qədər uyğun gəlməsə də, səhvini qəbul edib heç vaxt itirmədən səhvlərini düzəltməyə çalişar . 

Quran ayələrinə uyğun şəkildə düşünməkdən qaçınan bu tərz insanları, düşünməyə yönəltmək üçün onlara xatırladıla biləcək ən əhəmiyyətli mövzulardan biri cəhənnəmdir. Bu insana, "Cəhənnəmin yanında olsan, edəcəyin davranışlara görə bir an sonra ya cəhənnəmə atılacaq, ya da xilas olacaq olsan, yenə də bu davranışlarına davam edərdinmi?" şəklində sual verildiyində, nəfsi tamamilə geri çəkiləcək. Çünki heç kim cəhənnəm atəşinin kənarında dayanarkən Quran əxlaqına uyğun olmayan şəkildə davranmağa cəsarət edə bilməyəcək.
Belə müqayisə, insanların çoxunun səmimiyyətsizliyinin, Allahın əzabını uzaq görmələrindən, ya da axirətə qəti bir iman ilə inanmamalarından qaynaqlandığını göstərir. Allah bir ayədə bu tərz insanları belə xəbərdar edir:

 Onlar, özlərinə mələklərin gəlməsinimi, ya da Rəbbinin gəlməsinimi və ya Rəbbinin bəzi ayələrinin gəlməsinimi gözləyirlər? Rəbbinin ayələrindən bəzilərinin gələcəyi gün, daha əvvəl iman etməmişsə və ya imanıyla bir xeyr qazanmamışsa, heç kimə imanı fayda təmin etməz. Də ki: "Gözləyin, biz də şübhəsiz gözləməkdəyik." (Ən'am Surəsi, 158)

Nəticə olaraq, insanın, yuxarıdakı ayəni yadından çıxarmaması, səmimi olaraq cəhənnəmi və etdiklərinin qarşılığının cəhənnəmdə əzab ola biləcəyini düşünməsi, səmimiyyətsizlikdən imtina etməsi, dürüst bir insan olaraq həyatına davam etməsi üçün vəsilə ola bilər.

-Güclü özünümüdafiə və etiraz etmək:
Səmimiyyətsizlikdə davam edən  bəzi insanlarin tənqidlər qarşısındakı sözlərində diqqət çəkən bir başqa xüsusiyyət isə bu insanlarin çox zaman izah edilənləri anlama səyindənsə, özünü müdafiə etmək psixologiyasında olmalarıdır. İnanan insanın, özü haqqında deyilən fikir, ya da tövsiyəni maraqla dinləməsi, soruşması, anlayıb öyrənməyə çalışması lazımdır. Belə insan özünə edilən xəbərdarlığı anladığını göstərərək Qurana uyğun qarşılıq göstərər. Amma bəhsi keçən xarakterdə belə bir səy çox vaxt görülməz.
Allah Quranda Hz.Yusufun gözəl davranışını möminlərə nümunə olaraq verir. Hz. Yusuf, böhtan qarşısında, haqlı olmasına baxmayaraq, nəfsini müdafiə etməyəcəyini bildirmişdir. Bu ayə belədir:

(Yenə də) Mən nəfsimi təmizə çıxara bilmirəm. Çünki həqiqətən nəfs, -Rəbbimin özünü əsirgədiyi xaricində- var gücüylə pisliyi əmr edəndir. Şübhəsiz, mənim Rəbbim, bağışlayandır, əsirgəyəndir. (Yusuf Surəsi, 53)

-Danışmamaq:
Səmimiyyətsizliyi biruzə verən bir başqa reaksiya da normal zamanlarda canlı, şən xarakterə sahib, həvəslə və ürəkdən danışan insanların tənqid qarşısında bir anda susqunlaşıb, danışa bilməz hala gəlmələridir. Həqiqi iman edən möminlər ən çətin vaxtlarinda belə,  şövqlərindən və iradələrindən bir şey itirmirlər. Hətta tam əksinə bu tərz hallarda daha da şövqlənərək, daha da böyük səy göstərərək imanlarının gücünü artırırlar. 

Əlbəttə ki, bu cür hallarda tam dolgun fikirlər söyləməkdənsə susmağı seçənlər, bunu açıq bir etiraz olaraq edirlər. Bu şəkildə, özlərinə doğrunu xatırladan mömin yoldaşlarını özlərindən uzaqlaşdırmaq istəyirlər. Ancaq özlərinə bu etdiklərinin pis davranış olduğu deyilsə, bu dəfə də deməyə bir söz tapmadıqları üçün danışmadıqlarını söyıəyərlər. Bu tərz davranışlar əlbəttə ki, hiyləgərcə edilir, ancaq altıncı hiss ilə anlaşıla bilir. Səmimiyyətsiz adam isə, dəlil olmamasından istifadə edərək, yalnış hərəkətlərini davam etdirir. Ancaq bu çirkin inadıyla  həm Allahın razılığını, həm də möminlərin güvən, hörmət və sevgilərini itirir. Buna baxmayaraq özünü ağıllı və qazanclı sayması isə, onun nə qədər kiçik bir ağla sahib olduğunun açıq göstəricisidir. Üstəlik sözügedən insan, hiyləgərcə qurduğu planlar səbəbiylə son dərəcə qarışıq ruh halına sahib olur. Etdiklərinin səmimiyyətsizlik olduğunu bilmənin vicdanı çətinliyini yaşayır. Buna görə davamlı narahatlıq və sıxıntı içində olur. Bu da, Allahın bu dünyada gizli səmimiyyətsizlik edənlərə verdiyi gizli əzablardan biridir.

-Süni danışıq:
Ürəklərində saxladıqlarını Allahın bildiyini unudan insanlar, hər hansı bir mövzuda yalnız ətraflarındakı insanları razı edə bilmənin yetərli olacağına inanırlar. Belə vəziyyətdə də içlərində olanı gizləyə bilmək üçün süniliyə müraciət edirlər. Ürəklərində olmayan şeyləri insanlara varmış kimi göstərə bilmək, eyni şəkildə ürəklərində olan, lakin gizləmək istədikləri şeyləri də insanlardan gizlədə bilmək üçün süni davranış və danışıqlarla qarşı tərəfi inandırmağa səy göstərirlər. Allah bir ayəsində belə kəslərdən belə danışmışdır:
 
... Sizi ağızlarıyla məmnun edərlər, ürəkləri isə etiraz edər. Onların çoxu fasiq kəslərdir. (Tövbə Surəsi, 8)

Daima bu ikiüzlü ruh halını davam etdirmək əlbəttə son dərəcə çətindir. İnsanın hiss etmədiyi şeyləri hiss edirmiş kimi görünməsi böyük bir güc sərf etməsini tələb edir. Bu da son dərəcə bezdirici haldır. Belə davranmağı davam etdirən insan öz-özünə əzab verir. Bu insanlar özlərinə bir öyüd verildiyində, deyilənləri şişirdilmiş mimika və vurğularla, detallı və uzun şərhlərlə qəbul etdiklərini izah edirlər. Halbuki daxilən çox vaxt tam tərsini düşünürlər və yalnız mövzunun bağlanmasını istədikləri üçün deyilənləri qəbul etmiş görünürlər. Qarşı tərəfin necə izah gözlədiyini hesablayaraq, heç düşünmədən, hiss etmədən və qavramadan qarşı tərəfi rahatlaşdıracağını düşündükləri sözləri söyləyərlər. Ancaq bu əsnada ümumiyyətlə davranışlarında müsbət cəhətdə bir dəyişiklik olmaz. Müsəlmanlar isə, yenə Allahın köməyi ilə bu insanın danışıqlarındakı süniliyi hiss edirlər. 

Bu hiyləgərliyi edən insan, o an özünü təmizə çıxarıb xilas olduğunu zənn edər, halbuki, Allah onun içindən keçənləri, gizlisinin-gizlisini bilir. Allah, Quranda ürəyindəkiləri gizlədiyini zənn edən insanlar üçün belə buyurur: 

Xəbəriniz olsun; həqiqətən onlar, ondan gizlənmək üçün sinələrini bükər (Haqqdan qaçınıb yan çəkər)lər. (Yenə) Xəbəriniz olsun; onlar, örtülərinə büründükləri zaman, O, gizli tutduqlarını da, aşkar etdiklərini də bilər. Çünki O, sinələrin özündə gizli dayananı biləndir. (Hud Surəsi, 5)

-Kobud üslub istifadə etmək:

Bəzi insanların özlərinə verilən öyüdü təsirsiz etmək üçün müraciət etdikləri üsullardan biri də, kobud üslubdan istifadə etmələridir. Bununla qarşılarındakı müsəlmanı yaxşılığı əmr edib, pislikdən çəkindirməkdən uzaqlaşdıra biləcəklərini zənn edərək yanılırlar. Çünki, saleh müsəlman yalnız doğruları göstərməklə məsuldur, qarşı tərəfin münasibəti onun Allahın razılığına uyğun davranmasına mənfi təsir etmir. Bu ikiüzlü insanlar, kobudluğu da digər davranış tərzi kimi, hiyləgərcə edirlər, əlamət və dəlil verməməyə çalışırlar. 

Danışıqlarında hər şeydən əvvəl gizli bir kobudluq var. Müəyyən mimika və vurğuların da dəstəyiylə qarşılarındakı adama gizlidən-gizliyə meydan oxuyurlar. Deyilən sözlər ilk baxışda hörmətli və məqbul görünə bilir. Ancaq bu sözlərin söyləniş tərzi, istifadə edilən vurğular, baxışlarındakı sərtlik və mimikalarındakı kobudluq adamın tam əksini söylədiyi təəssüratını verir.
Quran əxlaqında açıq da, olsa gizli də olsa kobud münasibətin heç bir şəkildə yeri yoxdur. Möminləri cahiliyyə insanlarından ayıran əhəmiyyətli bir xüsusiyyətləri təvazökar, təslimiyyətli, səbrli və şəfqətli kəslər olmalarıdır. Bütün bu xüsusiyyətləri insana qazandıra biləcək tək güc isə Allah qorxusudur. Bu səbəblə gizlicə kobudluq edən insan, Allahdan gücü çatan qədər qorxub çəkinərək bu əxlaqından dərhal uzaqlaşmalı və möminlərə qarşı təvazökar və təslimiyyətli bir əxlaq göstərməlidir.

Комментариев нет:

Отправить комментарий