2010/10/20

İNSANLAR, XOŞBƏXT OLMAQ VAR İKƏN NİYƏ ƏZAB ÇƏKİRLƏR?

İnsanların böyük əksəriyyəti bütün səylərinə baxmayaraq heç cür gerçək mənada xoşbəxtliyi yaşaya bilməzlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yolu sınayarlar; hər dəfə yeni ideallar axtarar və bunları əldə etdiklərində xoşbəxtliyi də qazanacaqlarına inanarlar. Bəzən yaxşı bir dost, ya da yoldaş axtarışı, bəzən maddi mənfəətlər, bəzən də mənəvi istəkləri olar. Bu istək və mənfəətlərin hər biri arzu etdikləri şəkildə reallaşsa belə nəticə yenə gözlədikləri kimi olmaz. Heç cür gerçək mənada, daimi bir xoşbəxtliyi dada bilməzlər. Çox vaxt daxili dünyalarında yaşadıqları bu təminsizliyi xaricə əks etdirməməyə çalışarlar, amma hər nə qədər özlərini xoşbəxt göstərsələr də əslində, daxilən  gizli bir əzab yaşayarlar. Halbuki əllərində xoşbəxt ola bilmək üçün hər cür imkan vardır. Allah bir ayədə insanlara verdiyi nemətlərlə əlaqədar olaraq belə buyurur:
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhm­­lidir. (Nəhl Surəsi, 18)
Allahın bu ayədə bildirdiyi kimi insan həyatı boyunca bir-birindən gözəl nemətlərlə qarşılaşar. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə təchiz etmişdir. Ancaq insanların gerçək mənada xoşbəxt ola bilmələri üçün, nə bütün bu nemətlər, nə də arxasından qaçdıqları idealları tək başına kafi olmaz. Bu kəslərin bədbəxtliyi, inanc sistemindəki pozuqluqdan qaynaqlanır.
Bədbəxt İnsanlar, Səhv İnanclara Sahib olan İnsanlardır
İnsanların böyük əksəriyyəti arasında geniş şəkildə yaşanan bir həyat şəkli vardır. Bu həyat şəkli, din əxlaqının olmadığı yerdə həyat tapan 'şeytanın sistemidir. Bu sistemin təməli səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizlik insanların həyatlarına elə daxil olmuşdur ki, xaricdən ən səmimi görünən kəslər, ya da ən səmimi sanılan davranışlar belə əslində son dərəcə səmimiyyətsiz niyyətlərə əsaslana bilir. Necə ki bu insanlar, hər nə qədər adını qoya bilməsələr də, özləri də yaşadıqları bu sistemdəki səhvin fərqindədirlər. Hər fürsətdə heç cür gerçək dostluğu, gerçək sevgini yaşaya bilmədiklərindən, gerçək mənada güvənə biləcək kəsləri olmadığından, insanların ikiüzlülüyündən şikayətlənirlər.Buna rəğmən, özləri də ətraflarındakı insanlara eyni əxlaqı göstərməkdən çəkinməzlər. Bu sistemdə, hər insan, etdiklərinin zərərini yenə özü görür. Bu insanlar hər yolu sınadıqları halda heç cür həqiqi sevinci, hüzuru və xoşbəxtliyi yaşaya bilmir və bunu da 'həyatın bir gerçəyi' olaraq qəbul edirlər. Yəni onlara görə, həyat onsuz da gerçək xoşbəxtliyin və hüzurun daimi olaraq tapıla bildiyi bir yer deyil.

Halbuki bədbəxtlik heç bir şəkildə həyatın bir gerçəyi deyil. Tam tərsinə insanların yaşadıqları bu çətinliyin həlli son dərəcə asandır. Allah Quranda, "... Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. " (Rə'd Surəsi, 28) ayəsiylə, insanlara gerçək xoşbəxtliyin ancaq iman ilə əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri gərəyi kimi təqdir edib, xoşbəxt olmağı bacara bilərlər.
Allah, " Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq." (Nəhl Surəsi, 97) ayəsiylə iman edən qullarına dünyada və axirətdə gözəl bir həyat yaşadacağını vəd etmişdir. Budur, Qurana tabe olanlar dünyada və axirətdə Allahın vəd etdiyi bu nemətdən faydalanırlar.
Amma bu nöqtədə də insanların göz ardı etməmələri lazım olan əhəmiyyətli bir gerçək vardır. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün, imanın ürəyə gerçək mənada yerləşməsi lazımdır. Yoxsa insanların yalnız dilləriylə iman etdiklərini söyləmələri ya da iman edənlərə yalnız müəyyən cəhətlərdə bənzəmələri, onları içərisində olduqları bədbəxtlikdən qurtarmaz. Gerçək xoşbəxtlik üçün insanların ürəklərini Allaha tam bir təslimiyyətlə bağlamaları və həyatlarının hər anını Quran əxlaqına uyğun bir şəkildə yaşamaları lazımdır. Əks halda daxilən həyatın hər mərhələsində əzabı dadmağa davam edərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də bacara bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi mənfiliklər hakim olar.
Göründüyü kimi xoşbəxt olmanın yolu əslində son dərəcə asandır. Allah, endirdiyi haqq kitab Quran ilə insanlara xoşbəxt ola bilmənin sirrini bildirmişdir. İnsan ancaq öz yaradılışına, Allahın özü üçün təyin etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl bir həyat yaşaya bilər. Allahın özlərinə rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola gərəyi kimi tabe olmayan insanlar, öz əlləriylə özlərinə bədbəxt bir dünya düzəltmiş olarlar. Allahın " Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. " (Yunus Surəsi, 44) ayəsiylə bildirdiyi kimi, bu insanlar öz özlərinə əzab edərlər.
Bu kəslərin yaşadığı bədbəxtlik, Allahın Quranda, " Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir. " (Tur surəsi, 45-47) ayələriylə bildirdiyi gerçəyin yaşanmasıdır. Allah insanlara etdiklərinin qarşılığını axirətdə verəcək, ancaq Allah, bundan əvvəl, dünya həyatında da, insanların çoxunun fərqində olmadığı bir əzabın başlayacağını xəbər vermişdir.
Yenə bir başqa ayədə isə Allah, " Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. " (Taha Surəsi, 124) hökmüylə, imandan üz çevirənlər üçün dünya həyatında yaşanacaq bir 'çətinlikdən və axirətdə alacaqları qarşılıqdan bəhs etmişdir. Allah insanlara bu çətinlikdən xilas ola bilmənin yolunu da göstərmişdir ki, bu daha əvvəl də ifadə edildiyi kimi, Allaha qarşı mütləq bir səmimiyyət və dərin bir imanı yaşamaqla mümkün olmaqdadır.

Комментариев нет:

Отправить комментарий