2010/10/28

Mübahisə edənlər Cəhənnəmin daim bir-biri ilə mübahisə edən insanlarla dolu olduğunu unutmamalıdırlar


Müsəlmanların çağırışlarına əhəmiyyət verməyən, bunları gözəlliklə qarşılamayıb pis üslubla, mübahisə üslubu ilə cavab verənlər axirətdə ala biləcəkləri qarşılığı düşünməlidirlər. Axirətdə də, eyni şəkildə, sonsuza qədər əzab içərisində mübahisə edəcəklərini unutmamalıdırlar. Dünyada bu səmimiyyətsiz əxlaqın özlərinə yaşatdığı əzabın axirətdə sonsuz bir əzaba çevrilə biləcəyini bilməlidirlər. Bu əxlaq onların dünya həyatında heç kimlə dost olmamalarına, sevib-sevilə bilməmələrinə, bu nemətlərdən məhrum qalmanın əzabını yaşamalarına səbəb olar. Allah diləsə, eyni narahat mühiti bu insanlar üçün sonsuza qədər yarada bilər, çünki Quranda cəhənnəm əhlinin də daim bir-biri ilə mübahisə etdiklərini, atəşin ağrısı ilə bərabər, bir də bu narahat mühitin gətirdiyi mənəvi əzabı da daddıqlarından bəhs edilir:

Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi bir həqiqətdir! (Sad surəsi, 64) 

Onlar orada çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq! (Şuəra surəsi 96-97) 

(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. (Qaf surəsi, 28)

Allahın ayələrini oxuyan və bilən insanlar mübahisənin cəhənnəm əhlinin xüsusiyyəti olduğunu bilərək bu pis əxlaqdan şiddətlə çəkinməlidirlər.

Комментариев нет:

Отправить комментарий