2010/10/25

SEVGİSİZLİK


Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsl sahibi olan Allahdır. İnsana zövq verən hər şey Allahın üstün gözəlliyinin yaratdığı varlıqlardakı təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duymasını və daim gözəllik axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən ona ilham etdiyi sevgi duyğusudur.
Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərinin fərqinə varmaq və bunlara daha gözəl tərzdə qarşılıq vermək kimi əxlaqi xüsusiyyət insanı digər canlılardan ayıran, sevmək və sevilmək kimi xüsusiyyətləri özündə daşıyan bu duyğu ilə reallaşır.İnsanın ruhundakı sevmək və sevilmək meyli bəzi insanlarda digərlərinə nisbətən daha güclüdür. İnsanların bir qismi varlıqlardakı sevilməyə layiq xüsusiyyətləri hərtərəfli araşdıra bilir və bu xüsusiyyətlər onların ruhuna dərin bir zövq verir. Sevgi, şəfqət və coşqu meydana gətirən cəhətləri görə bilməyən, ya da bunlara etinasız yanaşan insanlar isə donuq və qatı bir ruha malikdirlər. Başqa sözlə desək, insandakı sevgi duyğusu insanın ruh halı və yaşadığı əxlaqla əlaqəlidir. Dolayısıyla sevgini qəbul etmə və yaşama şəkli insanın səmimi olaraq iman etməsinə və imanın gətirdiyi bir nemət olan həqiqi mənada yaxşı, şəfqətli və mərhəmətli, ağıllı və etibarlı xarakteri  ilə bağlıdır.

Əsl sevgini yaşaya bilmək dünyada insana verilmiş ən böyük və ən gözəl nemətlərdən biridir. Bu nemət Allahın səmimi və dərin iman edən qullarına bir lütfüdür.

Комментариев нет:

Отправить комментарий