2010/10/29

Eqoist davrananların Axirətdəki sonu

Dünya həyatında nəfslərini eqoistlikdən təmizləməyənlər fədakarlıqda ağır davrananlar bu əxlaqlarının axirətdə onlara zərər verəcəyini düşünməlidirlər. Mallarını, canlarını, zamanlarını, əməklərini Allahın rizasına uyğun şəkildə istifadə etməyib, əvvəl öz rahatlıqlarını və öz mənfəətlərini güdənlər axirətdə böyük bir peşmanlığa qapılacaqlar. Onlar dünyada ikən arzu etdikləri, özlərinin olmasını istədikləri, fədakarlıq edib başqaları ilə paylaşmaq istəmədikləri nə varsa, bunların hamısını əzabdan xilas ola bilmək üçün fidyə olaraq vermək istəyəcəklər:
 Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; Övrətini və qardaşını; ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. (Məaric surəsi, 11-15)
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunus surəsi, 54)

Ancaq Allah dəyər verdikləri hər şeyi versələr də bu insanlardan fidyə olaraq heç nəyin qəbul edilməyəcəyini bildirir:
 Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məh-kum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)

Bu səbəblə nəfslərində eqoistliyə meyllilik hiss edən, öz nəfslərinin ehtiyac və istəklərini digər möminlərinkindən üstün tutanlar bu əxlaqı bilə-bilə davam etdirən insanların axirətdə görəcəkləri qarşılığı düşünməlidirlər.

Комментариев нет:

Отправить комментарий