2010/10/29

ALLAH Cəhənnəm əhli ilə danışmayacaq

 Ümumiyyətlə, ağla gələ biləcək hər mövzuda istədikləri kimi danışa bildikləri halda, nəfslərinə zidd olan bir mövzuda  möminlərə etiraz etmək üçün susanlar bu səmimiyyətsizliklərinin axirətdə qarşılarına çıxa biləcəyini düşünməlidirlər. Allah axirətdə cəhənnəm əhlinin danışmasına icazə verməyəcək və onlarla danışmayacaq. Ayələrdə cəhənnəm əhlinin vəziyyəti bu sözlərlə izah edilir:
 (Allah) buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! (Muminun surəsi, 108)
Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır. (Ali-İmran surəsi, 77)

Dünya həyatında kiçik kimi görünən bir səmimiyyətsizlik belə axirətdə insanın qarşısına mütləq çıxacaq. Burada möminlər xoş münasibət göstərə bilər və bağışlaya bilərlər, ancaq bu vəziyyət insanları aldatmamalıdır: əgər insanların ürəklərində saxladıqları bir səmimiyyətsizlik varsa, bunu Allah bilir və axirətdə bunun qarşılığını mütləq verəcək. Bu səbəblə qəsdən susan hər insan Allah qatında mütləq qarşılıq görəcəyini bilməli və belə bir davranışdan qorxub çəkinməlidir.

Комментариев нет:

Отправить комментарий