2010/10/29

Dünya həyatında ümidsizliyə qapılanlar


Allahın sonsuz gücünü, rəhmətini, qullarına olan sevgisini, əfvediciliyini lazımi kimi təqdir edə bilməyən insanlar qarşılarına çıxan ən kiçik çətinlikdə belə dərhal ümidsizliyə qapıla bilər və Allahın rəhmətindən ümidlərini kəsə bilərlər. Halbuki "...Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf surəsi, 87) ayəsi ilə Allah bunun inkar edənlərə xas bir xüsusiyyət olduğunu bildirmişdir. Bu səbəblə Quranın bu hökmünü bildikləri halda əxlaqlarındakı bu əhəmiyyətli çatışmamazlığı aradan qaldırmağa çalışmayan insanlar sonsuzadək bu çətinlik içərisində qalmaqdan, axirətdə həqiqətən ümidsiz bir vəziyyətə düşməkdən çəkinməlidirlər. Allah Quranda cəhənnəmdəki insanların ümidsizliklərini belə bildirir:
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi 75)
O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.  (Rum surəsi, 12)

Комментариев нет:

Отправить комментарий