2010/11/07

SƏMİMİYYƏTSİZLİYİN ANLAŞILMASI: 6-cı HİSS

 İçində gizlicə əxlaqsızlıq yaşayan insanlar, bu hallarını möminlərdən gizləmək üçün əllərindən gələn hər şeyi edərlər. Müşahidə edilərsə həyat tərzləriylə, söhbətləriylə, davranışlarıyla, ya da etdikləri işlərlə saleh möminlərin həyatını xatırladan bir həyat yaşayarlar. Əxlaqsızlıqlarını gizlicə davam etdirdikləri, bunun onlara verdiyi əzabı da gizlicə yaşadıqları üçün ortaya həqiqətən də qeyri-adi bir səhnə çıxmaz, amma bəzi davranışlar da vardır ki, ortada konkret dəlil olmasa da, bu insanların bəzi anlarda saleh möminlərdən fərqli bir ruh halına sahib olduqları aydın olar. Bu vəziyyəti isə yalnız möminlər deyil, cahiliyyə inancını mənimsəmiş bir insan belə müşahidə edərsə o insanın səmimi, ya da qeyri səmimi olduğu haqqında onda fikir yaranar.

Necə ki bu, cahiliyyə cəmiyyətlərində də qarşılaşdığımız bir həqiqətdir. Belə ki, bir hakim bir insanın günahkar olub olmadığına qərar verərkən əlindəki dəlillərlə bərabər adamın davranışına, nitqinə, istifadə etdiyi üsluba, baxışlarına və onda bunların nəticəsində yaranan hissə əhəmiyyət verir. Eyni şəkildə, ortada əleyhində heç bir dəlil olmasa belə günahkar bir insanın baxışları, nitqi və davranışları da qarşısındakı insanlara açıqlaya bilmədiyimiz bir şəkildə narahatlıq yaradır və bu insanlarda o adamın günahkar ola biləcəyini haqqında fikir formalaşır.

Bildiyimiz kimi şirkətlər işə qəbul üçün edilən müraciətləri dəyərləndirərkən həmin insanların yalnız təhsillərini və ya təcrübələrini qiymətləndirərək işə qəbul etməzlər. Təhsilləri və iş təcrübələri nəzərə alınan ilk seçimdən sonra, şirkətin səlahiyyətli nümayəndəsi müraciət edənlərlə söhbət edir. Bu görüş əsnasında soruşduğu suallara verilən cavablar və qarşısındakı adamın özünü aparma tərzi, şirkət nümayəndəsinə bu adam haqqında məlumat verir. Şirkət nümayəndəsi müraciət edən şəxsin şirkətdə işləməyə uyğun olub olmayacağı, çalışqanlığı, intizamı, etibarlılığı haqqında nəticəyə gəlir və bu görüş əsnasında əldə edilən təəsürat nəticəsində həmin şəxs işə qəbul edilir.

Məhz möminlərin arasında olub bəzi anlarda qeyri səmimi davranan insanların seçilməsi heç də bundan fərqlənmir. Hətta möminlər Qurana görə düşündükləri üçün, Allahın onlara verdiyi ağıl və anlayışla məsələlərə çox dəqiq diaqnozlar qoya bilirlər. Bu diaqnozlarını qarşı tərəfə izah etməyə çalışsalar, bəlkə fikirlərini konkret dəlillərlə isbat edə bilməyəcəklər, çünki bunlar dəqiq ifadə edilən şeylər deyil. İnsanlar arasında  'altıncı hiss' olaraq da adlandırılan bu diaqnoz qoyma qabiliyyətinə sahib kəslər Allahın ilhamıyla qarşı tərəfin səmimiyyətini, ya da qeyri-səmimi olduğunu hiss edirlər. Səmimi olmayan insan, hər kəs ilə eyni davransa, hər kəslə eyni oturub qalxsa, yemək yesə, içsə, gülsə, danışsa və bunları edərkən mənfi heç bir davranış göstərməsə də, möminlər bu insandakı qeyri adiliyi yenə də hiss edə bilərlər. Cəmiyyətdə tez-tez istifadə edilən "mənfi elektrik" ifadəsi burada işlədiləcək ən uyğun ifadədir. Möminlər bu tip insanların mənfi və Quran əxlaqından uzaq bir ruh halı içində olduqlarını ətraflarına yaydıqları bu mənfi elektrikdən anlayarlar, çünki onlar digər möminlər kimi rahat, səmimi, dinc ruh halına sahib deyillər.
 
Söhbətlərindəki qəribəlik də yenə altıncı hiss ilə anlaşılan bir başqa əlamətdir. Qeyri-səmimi kəslərin söhbətlərinbəlkə də qeyri-adi bir şey yoxdur və hardasa digər möminlərlə eyni cür danışırlar. Amma yenə də üslubundakı qəribəliyi hiss etmək mümkün olur. Danışdığı zaman səs tonunda, səsin çıxış şəklində, axıcılığında, eniş və qalxışında, səmimi insanların ürəyində şiddətli bir narahatlıq meydana gətirən bir gərginlik vardır. Ayrıca danışdığına  nəfsini ön plana çıxaran, eqoizmini qabardan ifadələr əlavə etməsi, ağlındakı bir plana və ya bir mənfi düşüncəyə görə danışması və s. səmimi olmadığı hallar də onu ələ verər. Bu insanların mənfi cəhətləri o otaqda olan hər kəs tərəfindən hiss edilir. Belə ki, fikirləri soruşulduğunda, hamısının bu barədə həmfikir olduqlarını görərik. İnsanların ortaq fikrə sahib olub eyni hiss etmələri də bir insandakı qeyri-səmimiliyi təyin etmək üçün vacib üsullardan biridir.

Ancaq bunu da unutmayaq ki; 'altıncı hiss' deyiləndə insanlar ümumiyyətlə gələcəyi görmək, hadisələri reallaşmadan əvvəl bilmək, qeyb haqqında xəbər vermək kimi Allahın diləməsi xaricində qeyri-mümkün olan halları nəzərdə tuturlar. Halbuki, "Qeybin açarları Onun qatındadır, Ondan başqa heç kim qeybi bilməz..." (Ən'am Surəsi, 59) ayəsiylə bildirildiyi kimi Allahdan başqa qeybi bilən yoxdur. Burada altıncı hiss anlayışı deyildikdə nəzərdə tutulan fərqli bir anlayışdır. İnsan altıncı hissi ilə gələcəyə aid deyil, hal-hazırda var olan, o ankı mövcud vəziyyəti hiss edə bilər və yalnız Allahın diləməsi ilə hiss edər.

Bu səbəblə səmimi olmayan bir insanın mövcud halını möminlərdən gizləməyə çalışması Allahın diləməsiylə o qədər də mümkün olmur. Quran əxlaqına uyğun olan isə, belə əziyyətdə insanın qəlbində xətalı və qüsurlu hansı cəhəti varsa bunları ortaya çıxarmaqdır. Bu zaman möminlərdən də dəstək alaraq, səhvlərini düzəldib səmimiyyəti qazanması çox asan olacaq. Əks halda gizlətmək istədiyi hər qeyri-səmimilik arxasınca başqasını gətirəcək və o insanı Quran əxlaqından daha çox uzaqlaşdıracaq.

Əlavə olaraq bunu da ifadə etmək lazımdır: Möminlər 6-cı hiss ilə bir insandakı əxlaqsızlığı, səmimiyyətsizliyi hiss edə bilərlər, amma vicdanları və ədalətli davranmaq gərəyi ilə bu insanları heç vaxt günahlandırmazlar. Çünki insan daim xəta edən bir varlıqdır və qəlblər Allahın əlindədir. Burada hiss edilən qüsur yalnız bir hissdir, bir dəlil deyil. Belə bir hissə qapılan mömin yarana biləcək zərərlərə mane olmaq üçün lazımi bütün tədbirləri görər, amma heç zaman qarşı tərəfin necə bir insan olduğu haqda qəti fikir söyləməz, "sən səmimi deyilsən" deyərək qarşı tərəfi zənn altında qoymaz. Çünki o insan açıq şəkildə etiraf etmədiyi müddətcə, ürəyində olanı yalnız Allah bilir.


Комментариев нет:

Отправить комментарий