2010/11/11

NANKORLUQ

Allah Quranda, "...Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. " (Şura Surəsi, 48)
 ayəsiylə, insanların çoxunun sahib olduğu pis əxlaq xüsusiyyətinə diqqət çəkir. Həqiqətən də bəzi insanlar, içərisində yaşadıqları sayısız nemətə baxmayaraq, Allaha qarşı nankorluq edirlər. Halbuki bəlkə də heç düşünməmişlər, amma bədbəxt həyat yaşamalarının əsas səbəblərindən biri, Allaha qarşı göstərdikləri bu əxlaqdır. Çünki Allah,
 " Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (Bəqərə Surəsi, 152)
ayəsiylə, insanlara nankorluqdan qaçınmalarını əmr edir. İman etdikləri halda Allahın rəhmətini və özlərinə verilən o qədər gözəlliyi təqdir edə bilməmələri, əlbəttə ki insanlara əzab olaraq geri dönür.

Bu kəslərin belə əxlaq göstərmələrinin əsl səbəbi təməldə dinin əslini tam olaraq qavramamış olmalarıdır. Qədərin mükəmməlliyini, yaxşı ya da pis görünən hər şeydə bir xeyir olduğunu düşünməmələri, hadisələrə mənfi bir gözlə baxmalarına səbəb olar. Halbuki bir hadisədə insanın nemət olaraq görüb sevinc duya biləcəyi yüzlərlə detal vardır, amma bu insanlar dünyagörüşlərindəki yalnışlıq səbəbiylə, bu nemətləri gərəyi kimi görüb təqdir edə bilməzlər. Bəzən də Allahdan özlərinə verilən bu gözəllikləri gördükləri halda, bunları özlərindən bilərək gərəyi kimi şükr etməzlər. Özünə, açarlarını belə daşıya bilməyəcəyi qədər çox xəzinələr verilən Qarunun, Allaha qarşı nankorluq edərək
 “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir...." (Qəsəs Surəsi, 78)
dediyi kimi, bu kəslər də sahib olduqları nemətlərə onsuz da layiq olduqları düşüncəsinə qapılırlar. Buna görə də bunları bir sevinc və xoşbəxtlik vəsiləsi nemətlər olaraq görmürlər. Dünya ehtirasını ürəklərindən tam olaraq atmadıqları üçün sahib olduqları onlara bəs etməz. Bu kəslər həmçinin neməti verənin də, alanın da, azaldanın da, artıranın da Allah olduğunu unudurlar. Buna görə də, nemət itkisinə uğradıqlarında böyük bir xəyal qırıqlığına qapılarlar. Halbuki bu Allahın bir sınağıdır və insanın əlindəki nemətlərin qiymətini anlaması üçün əhəmiyyətli bir təhsil fürsətidir.
İnsanın əsas etməsi lazım olan, qarşısına çıxan bu fürsətləri qiymətləndirərək, şükr edici əxlaqıyla Allahın razılığını qazanmağa çalışmaq olmalıdır. Çünki Allah əksini edəndə, Quranda nemət içərisində ikən Özünə qarşı nankorluq edən insanların nemət itkisi ilə qarşılıq görə biləcəklərini bildirməkdədir. Bu gerçəyi xəbər verən ayədə belə buyrulur:
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Mək­­kəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o (diyarın əhalisi) Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. (Nəhl Surəsi, 112)
Əgər ayədə bəhs edilən kəslər, nankorluq etmək yerinə şükr edici bir əxlaq göstərmiş olsalar, Allah onlar üzərindəki nemətini artıracaq. İman edən kəslər bu əxlaqın gətirdiyi hüzur və xoşbəxtliyi yaşayarlar. Hər şeyə iman və hikmət gözüylə baxdıqları üçün ətraflarındakı nemətləri, gözəllikləri və incəlikləri dərhal görə bilərlər. Dünya nemətlərinə ehtirasla bağlanmadıqları üçün əllərindəkilərlə kifayətlənməyi bilərlər. Ən çətin şərtlərdə, ən sıxıntılı  mühitlərdə belə bu əxlaqlarını davam etdirərlər. Hadisələrin mənfi cəhətlərini görüb bunlarla bədbin olmaqdansa, hər zaman gözəl tərəflərini görüb bunlardan sevinc duyarlar. Allah, səmimi möminlərin göstərdikləri bu gözəl əxlaqa qarşılıq olaraq Quranda,
 " O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. " (İbrahim Surəsi, 7)
 ayəsiylə bildirdiyi kimi bu əxlaqı göstərən kəslərin üzərindəki nemətlərini daha da artırmaqdadır.

Комментариев нет:

Отправить комментарий