2010/10/29

Möminlərin nəsihətlərini dinləməyənlərin Axirətdə “Kaş ki, dinləsəydim” deyərək peşman olacaqları unudulmamalıdır


 
Dünya həyatında verilən nəsihətləri dinləməyənlər, bəhanələr gətirərək özlərini təmizə çıxarmağa çalışanlar bu davranışlarına görə özlərini qazanclı sanmamalıdırlar. Bəhanələrinin dünyada qəbul edilsə də, axirətdə onlara  heç bir fayda verməyəcəyini bilməlidirlər. Allah ayələrində buna qarşı insanları bu şəkildə xəbərdar edir:
 O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri də istənilməz! (Rum surəsi, 57)

Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirət yurdunun pis əzabı gözləyir. (Mömin surəsi, 52)

Bəhanələri qəbul edilməyən bu insanlar dünya həyatında verilən nəsihətləri dinləyib Allahın bəyənəcəyi əxlaqı yaşamadıqları üçün sonsuza qədər davam edəcək dərin bir peşmanlıq yaşayacaqlar:

Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!” (Mülk surəsi, 10)

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” (Əhzab surəsi, 66)

Allah dünyada ikən saysız tövbə imkanı verdiyi bu insanların peşmanlığını axirət günü qəbul etməyəcəyini bildirir. Ayələrdə dünya həyatında çağırışlardan üz çevirənlərin artıq heç bir yardımçılarının olmadığı və sonsuzadək əzab görəcəkləri bu cür ifadə edilir: 

Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatır surəsi, 37)

Belə bir peşmanlıq yaşamamağın yolu isə son dərəcə asandır. Bu yol qarşılarındakı adamın dünyadakı və axirətdəki qurtuluşunu hədəfləyən insanlardan gələn nəsihətləri bir nemət olaraq görmək, daha gözəl bir əxlaqa yiyələnə bilmək üçün bunları təslimiyyətlə qəbul etməkdir.

Комментариев нет:

Отправить комментарий