2011/01/10

Səsdə əmələ gələn reaksiyalar

İnsanların duyğu və düşüncələrini insanlara çatdıran ən əhəmiyyətli vasitələrdən biri heç şübhəsiz ki, səsdir. İnsan sevincini, coşğusunu sevgisini, maraqlarını, qorxularını, narahatlığını, ya da hüzur və rahatlığını çox vaxt istər istəməz səs tonu ilə ətrafa bildirir.

Quran əxlaqını yaşayan
kəslər axirətinə aid bir xatırlatma olduqda həvəs və istəklə izah edilənləri anlamağa və onları tətbiq etməyə çalışır. Bu həvəs səsindən açıq-aydın bilinir.
Səmimiyyətsiz kimsə isə səmimiyyətsizliyinin
bilinməsindən duyduğu narahatlığı hər nə qədər saxlamağa çalışsa da, bəzən bu hal səsində özünü göstərir. Gündəlik həyatında istifadə etdiyi təbii, gur, canlı, axıcı, rahat və sağlam səs tonu aradan qalxır və yerini narahat, donuq, soyuq, batıq, boğuq, çətin eşidilən , nə dediyi heç aydın olmayan, çətin, sanki məcbur edilirmiş kimi və rəsmi bir səs tonu alır. Belə hallarda istifadə etdiyi bu səs və üslub, çox vaxt adamın hər zamanki, xüsusilə də şən olduğu anlardakı səsi deyil. Bunu anlamaq üçün ən yaxşı ölçü, özünə çox sevdiyi bir yemək ikram edildiyində, bəyəndiyi bir musiqi parçası səsləndiyində, ya da çox
istədiyi bir şey hədiyyə edildiyində adamın istifadə etdiyi səs tonu ilə o andakı səsini müqayisə etməkdir.
Çünki ümumiyyətlə insanın normal səs tonu, sevindiyi, sevincli və
rahat  olduğu anlarda istifadə etdiyi səsdir. Yaşadığı müsbət duyğular təbii olaraq səsinə də əks olunur. Özünə bir öyüd verildiyində, ya da nəfsinə ağır gələn  bir mühitlə qarşılaşdığında bu səsini itirməsi isə, qəlbində mənfi düşüncələrə yer verməsindən qaynaqlanır.

İnsanın səs tonunda əmələ gələn bütün bu detalların əlbəttə ki, bir mənası və daşıdığı mesajlar var. Adam, tənqid olunmaqdan xoşlanmadığının, mövzunun bir an əvvəl bağlanılmasını istədiyinin, əks təqdirdə qarşı tərəf ilə olan dostluğunun, yaxınlığının sona çatıb, arada soyuqluq yaranacağının
mesajını verir. Bu yolla, qarşısındakına özünün əskik və səhv xüsusiyyətləri  açıqlandığı təqdirdə tarazlığının pozulacağını, normal halındakı sevincini, hüzurunu itirəcəyini, bu səbəbdən özünə bu cəchətdə heç toxunulmaması və hətta geri addım atılması lazım olduğunu ifadə etmiş olur.

Belə bir kimsə, bu səs tonu ilə etdiyi söhbətlərdə, hər nə qədər müsbət şeylər söyləyirmiş kimi görünsə də, qarşı tərəfə bunların tam tərsini ifadə etmiş kimidir. Bəzən özünə xatırladılan mövzunu insanların yanında qəbul edir, amma ürəyində eyni qənaətdə olmadığı üçün istifadə etdiyi bu səs bir "rədd səsi" olur. Bu, saytın əvvəlindən etibarən üzərində dayandığımız gizli səmimiyyətsizliyin əhəmiyyətli göstəricilərindən biridir. İstifadə etdiyi səsin tonundan bu kimsənin özünə izah edilənlərə qatılmadığı, razı qalmadığı və tənqid olunmaqdan xoşlanmadığı çox açıq bir şəkildə aydın olur.
Ancaq sözləriylə, deyilənləri təsdiqləyirmiş kimi göründüyü üçün bu vəziyyəti adamın özünə açıqlamaq və onu etdiyinin səhv olduğuna inandırmaq mümkün olmaz.
Bu adam da onsuz da bunu bilərək bu cür şeytani taktika tətbiq edir, özünə görə gizli etiraz üsulundan yararlanır. Halbuki həqiqətən səmimi olan və səhvini düzəltmək istəyən biri, gözəl əxlaqa niyyət edərək,
rəftarıyla, danışığıyla və səsiylə təvazökarlığını, təslimiyyətini və tənqidləri qəbul etdiyini ən gözəl şəkildə qarşı tərəfə ifadə edə bilir, rahat və səmimi bir üslubla Qurana uyğun söhbətlər edərək, qarşı tərəfdə güvən hissi oyada bilir.
Bunun əksinə davranan kəslərin mənfi münasibətləri, onların əxlaqsız davranışlarını davam etdirmək və bu cəhətləriylə qarşı tərəfi narahat etmək istəyindən qaynaqlanır. Ancaq unudulmamalıdır ki, Quran əxlaqından uzaqlaşmağın ən böyük zərəri adamın özünədir. Əgər imana dəvət edildiyi, Quran ayələriylə xəbərdar edildiyi və özü də doğrunu gördüyü halda, gizli şəkildə səmimiyyətsizlikdə israr edirsə, bu zaman, dünya həyatında gizli əzaba, axirətdə isə cəhənnəm əzabına düçar ola bilər. Allah, möminləri aldatdıqlarını zənn edən bu kəslərin vəziyyətini Quranda belə açıqlayır:

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. (Bəqərə Surəsi, 9-10)

Комментариев нет:

Отправить комментарий