2010/12/03

Qısqanclıq

Qısqanclıq, insanların dünyaya olan bağlılıqlarından yaranan əhəmiyyətli bir əxlaq pozuqluğudur. Allah Quranda
 "... Doğrusu, nəfslər xəsislik etməyə hazırdır...." (Nisa Surəsi, 128)
ayəsiylə insanların nəfsində belə bir duyğu olduğunu bildirmişdir.
 "Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. " (Şəms Surəsi, 9)
 ayəsiylə də insanın qurtuluşu üçün nəfsini bu pisliklərdən təmizləməsi lazım olduğunu bildirir. Əks halda Quranda,
 "Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır." (Şəms Surəsi, 9-10)
ayələriylə açıqlandığı kimi nəfsindəki bu pisliklər insanı məhv edər. Qısqanclığın səbəb olduğu fiziki problemlər və mənəvi əzab, ayədə bəhs edilən əzabın dünyada necə olacağını açıq şəkildə bildirir.
Cahiliyyə cəmiyyətində insanların qısqanclığa olan baxışları Quranda bildirilənlərdən çox fərqlidir. Bu kəslər qısqanclığın hər insanda az da olması lazım olan insani bir xüsusiyyət olduğunu düşünürlər. Hətta heç qısqanc olmadığını söyləyən kəslərə qəribə baxırlar. Özləri isə həyatları boyu birlikdə yaşadıqları insanların az qala hər şeyini qısqanırlar; zəkalarını, gözəlliklərini, qabiliyyətlərini, mallarını, uşaqlarını, evlərini, işlərini və s...
Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən, ya da müvəffəqiyyətindən zövq almaq, xoşbəxt olmaq yerinə bunlardan sıxılırlar. Qısqandıqları insanların sahib olduqları onları bədbinləşdirir   daxilən əzab verir.Bu qısqanclıq  onları qarşısındakı insanlara zərər vermə qədər apara bilər. Bu səbəblədir ki, Allah Quranda möminlərin, "həsəd aparanın şərrindən Allaha sığınmalarını" bildirir:
De: “Sığınıram sübhün Rəbbinə!  Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən!” (Fələq Surəsi, 1-5)
Möminlər isə cahiliyyə insanlarının öyündükləri bu xüsusiyyətin əslində çirkin bir davranış  olduğunu bilirlər. Qısqanclığın əksinə bir-birlərinin gözəl xüsusiyyətləri ilə fəxr edir, bir-birlərinin yaxşılığı, gözəlliyi üçün Allaha dua edirlər. Onsuz da Quranı bilən və yaşayan bir insan üçün bunun əksi düşünülə bilməz. Ancaq buna baxmayaraq, iman etdiklərini söylədikləri halda, bu əxlaqı gərəyi kimi yaşaya bilməyən kəslər də vardır. Bu kəslər cahiliyyə cəmiyyətlərində olduğu kimi qısqanclığı məqbul görmür bu əxlaqı müdafiə etmirlər. Ancaq bəzən nəfslərinin bu mövzudakı təlqinlərinə qapıla bilirlər. Bəzən də özlərincə qanuni gördükləri bəzi hallarda bu hissləri yaşamağın Qurana müxalif olmayacağını düşünərək özlərini aldadırlar. Məsələn qanuni və Qurana uyğun bir istək olaraq, möminlər arasında sevgi, dostluq, etibarlılıq kimi mövzularda ən öndə olmaq istəyərlər. Əlbəttə mömin, Allahın, Onun Rəsulunun və möminlərin sevgisini, dostluğunu və etibarının ən çoxunu qazanmaq istər. Amma özü kimi digər möminlərin də bu nemətləriən çox qazanmalarını istər. Əgər bir başqası özündən daha gözəl  əxlaq göstərə bilirsə, bu zaman onunla fəxr etməli və ona ancaq qibtə gözüylə baxmalıdır. Qısqanclığın mömin əxlaqında yeri yoxdur.
Əslində bu insanların hər biri din əxlaqını yaxından tanıdıqları üçün yaxşıyla pisi, doğruyla yalnışı çox açıq bir şəkildə ayırd edə biləcək bir anlayışa sahibdirlər. Quran ayələri və vicdanları nəyin qısqanclıqdan, nəyin isə məşru(halal) istəklərdən qaynaqlandığını özlərinə göstərir. Buna baxmayaraq öz özlərini aldadırlar. Özlərini aldadarkən istifadə etdikləri üsullar isə tamamilə Allaha qarşı səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizlikləri səbəbiylə də mömin əxlaqının hüzurunu yaşamaq əvəzinə, daxilən bu cahiliyyə əxlaqının çətinliyini yaşamaq məcburiyyətində qalırlar. Ürəyində qısqanclıq hisslərini yaşadan insanlar davamlı bədbin olarlar. Özlərindən daha yaxşı, daha gözəl, daha qabiliyyətli insanların varlığı, bir başqasının təriflənməsi və ya başqasına göstərilən sevgi, hər an kədər və sıxıntı yaşamalarına səbəb olar. Allahın özlərinə verdiyi nemətlərlə kifayətlənmək, bunlara şükr edib bunlarla xoşbəxt ola bilmədikləri üçün əzab çəkərlər.
Daxilən yaşanan bu gizli əzabdan xilas olmağın tək yolu isə nəfsi bütün pisliklərdən təmizləmək və hər şeyi Quran ayələri ilə qiymətləndirməkdir. Belə insan bütün gözəlliklərin, malın, mülkün gerçək sahibinin Allah olduğunu, Rəbbimizin bütün bunları dünyada insanlara fərqli şəkillərdə verərək onların əxlaqlarını sınadığını biləcək. Artıq bu gerçəyə görə yaşadığına görə hər gözəllik özü üçün zövq alacağı bir nemətə çevriləcək.

Комментариев нет:

Отправить комментарий