2010/12/03

Mənəvi və fiziki problemlər


 Ağlında bulanıqlıq olan və  səmimiyyətsizliyinə davam edən insanların məruz qaldığı zərərlərdən biri də onlarda yaranan sıxıntıdır. Bu sıxıntı, vicdanlarının səsindən bilə-bilə üz çevirmələri səbəbiylə  meydana gələn təzyiqdən qaynaqlanır. Vicdan əzabının verdiyi mənəvi sıxıntı, həmin insanın həm ruh halına, həm də bütün fiziki funksiyalarına təsir edir. Belə insan, dünyanın ən gözəl, ən komfortlu evində, istədiyi hər neməti həmin an əldə edə biləcək qədər imkanlar içində, ən gözəl əxlaqlı insanlarla birlikdə yaşasa, sağlamlığı, gözəlliyi, zənginliyi dünyada ola biləcək ən mükəmməl səviyyədə olsa, yenə də içindəki bu sıxıntıdan xilas ola bilməz.

Ətrafındakı bu nemətlərin heç birindən lazımınca zövq ala bilməz. Nə yediyi yemək, nə dostlarının səmimi söhbətləri, nə gözəl bir mənzərə, nə getdiyi gözəl bir yer bu insana zövq verməz. Hər kəsin əyləndiyi, gülüb oynadığı bir mühitdə o daxilən əzab çəkər. Özünü hər nə qədər sevincli və xoşbəxt göstərsə də, içindəki mənəvi əzab bir an olsun yüngülləşməz. Təbii sevinc və təbii
dincliyi heç zaman  yaşaya bilməz. Bunu ancaq xüsusi iradə və diqqət ilə əldə edə bilər. Əks halda üzərində daimi bir sıxıntı hiss edəcək. Bu, insanın əslində oyanıq olduğu halda bir növ yuxu halında yaşamasına səbəb olur; gözləri açıqdır, amma gözündəki rəngsiz və donuq ifadə, iman edənlərdəkindən olduqca uzaqdır. Baxışlarında da yorğunluq hakimdir.


Bu mənəvi təzyiqin səbəb olduğu sıxıntı həmin insana fiziki cəhətdən də təsir edir. Hisslərində, nitqində, əl qabiliyyətində və bədənin digər funksiyalarında zəifləmə müşahidə olunur. Normal halda olanda onun fiziki cəhətdən heç bir narahatlığı yoxdur. Amma beyində yaranan duman və donuqluq həyatını normal bir insan kimi yaşamasına mane olur. Şüuraltında hər an vicdan əzabından qaynaqlanan narahatlığı hiss edir. Bu narahatlığını həll etmədikcə də rahat ola bilməz. Allah, Quranda imanı ürəklərinə tam yerləşdirməyən bu insanların sıxıntılı ruh halını belə ifadə etmişdir:

Kim ki Mənim zikrimdən üz çevirsə, artıq onun üçün sıxıntılı bir dolanışıq vardır və Biz onu qiyamət günü kor olaraq həşr edəcəyik. (Taha Surəsi, 124)

Комментариев нет:

Отправить комментарий