2010/12/03

Səmimiyyətsizliyin İnsanlar Üzərində Meydana gətirdiyi Təxribatlar

Səmimiyyətsizlik insanlar üçün gizli bir bəladır; yalnız insanların həyatlarını çətinləşdirməklə, sıxıntı və bədbinliyə salmaqla qalmaz, eyni zamanda onları həm fiziki, həm də mənəvi cəhətdən sürətlə solğunlaşdırar. Bu insanlar onlarda yaranan bu problemdən bəzən xəbərsiz olurlar. İçlərindəki gizli səmimiyyətsizliklərinə görə problem yaşamadıqlarını hesab etdikləri üçün bunu bir həyat tərzi olaraq davam etdirirlər.

Gerçək imanı yaşayan insanlar bu şəxslərdə meydana gələn zərərli dəyişiklikləri çox açıq şəkildə görə bilirlər. Çox vaxt bunu qarşı tərəfə də başa salmağa çalışır, onları səmimi olmağa cağırırlar. Ancaq bəzi insanların ruh halı, ona bunu izah etməyə səy göstərən insanlara da qeyri-səmimi şəkildə yanaşmalarına səbəb olur. Buna görə də onlara söylənilən həqiqətlərdən lazımınca istifadə edə bilmirlər.Səmimi olmamağın insanlar üzərində meydana gətirdiyi mənfi təsirlərdən bəzilərini belə sıralaya bilərik:

İmanın şərtlərini yaşamayan insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri ağılsızlıqdır. Allah, ağlı insanlara ancaq səmimi iman etdiyi zaman verir. İnsanın sahib olduğu bütün qabiliyyətlər ancaq zəkası ilə qazanılır. Bəlkə ilk baxışda zəkalı insanın da ağıllı insan ilə eyni xüsusiyyətləri malik olduğu düşünülə bilər. Onsuz da insanların yanılıb özlərini ağıllı sanmalarının səbəbi də budur, ancaq əslində belə deyil. Ağıl, Allahın insanlar üçün lütf etdiyi və insanın Qurana tabe olmasından qaynaqlanan bir üstünlükdür. Allah Quranın bir ayəsində

 "Ey iman edənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu yanlışdan ayıran bir nur və anlayış (furqan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir." (Ənfal Surəsi, 29)

sözləriylə ancaq Ondan qorxub çəkinənlərə verdiyi xüsusi bir anlayışdan bəhs edir. Bu anlayış, insanların ilk olaraq özləriylə bağlı və həyata dair hər mövzuda nəyin doğru, nəyin səhv olduğunu seçib ayırmalarını təmin edir.
           
Quran əxlaqından uzaqlaşıldığı zaman, ya da bəzi anlarda olsa belə səmiyyət itdiyində, insanlarda doğrunu yalnışdan ayırmaq qabiliyyətində zəiflik olur. Bunun ən mühüm əlaməti isə insanların xətalarını bilib həyatını Qurana uyğun şəkildə yaşamamaları , başqaları tərəfindən xatırladılsa belə bunu yenə də qavraya bilməmələridir.

Səmimi insanların ağıllarında yaranan dəqiqlik, sadəlik və aydınlıq bu insanlarda yoxdur. Əksinə bir bulanıqlıq və qarışıqlıq diqqəti çəkir. Xüsusilə də möminlərdə yaranan iti ağıl əlamətləriylə müqayisə edildiyində ortaya çıxan səhnə bu vəziyyəti daha qabarıq şəkildə göstərir. Ağlın dəqiqliyini və insanların necəliyini təyin etmə qabiliyyətinə bu insanların sahib olmaması əslində
onlar üçün dünyada bir əzab növüdür. Ağıllarının örtülü olması səbəbiylə bəzən  bunun bir əzab olduğunu bilməzlər belə. Amma gerçək imandan qaynaqlanan  ağlın rahatlığını heç bir zaman yaşaya bilməzlər. Bu insanların, digər insanlar, ya da hadisələr haqqında danışdıqları ağılsızlıqlarını çox açıq şəkildə əks etdirir.

Комментариев нет:

Отправить комментарий