2010/12/23

DÜNYAYA BAĞLILIĞI ARADAN QALDIRAN MÖVZULARI DÜŞÜNMƏMƏK


Bəzi insanların imanı qavradıqları halda həyatlarının bəzi anlarını sıxıntı içində keçirmələrinin ən mühüm səbəblərindən biri dünyəvi istəklərə çox meylli olmaları və bu istəklərdən soyudan mövzuları düşünməkdən qaçmalarıdır.
Qurana baxdıqda insanların dünya həyatı ilə əlaqədar bağlandıqları məsələlərin hər zaman eyni olduğunu görürük. Var-dövlət toplama istəyi, yaşamaq istəyi, insanların gözündə hörmət qazanmaq istəyi və etibar qayğısı bu mövzuların ən əsaslarıdır. Allah insanların bağlandıqları bu istəkləri bir ayədə
 “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.” (Ali-İmran Surəsi, 14)
sözlərilə bildirmişdir. Bütün bunlar, əlbəttə, dünya həyatının nemətləridir. Allah insanları bu nemətlərdən zövq alacaq şəkildə yaratmışdır. Doğru olan yol bütün bu nemətlərdən hər birinin Allahdan gəldiyini bilərək, Ona şükür edərək faydalanmaqdır. Səhv yol isə bu nemətləri qazanmağı axirət həyatını qazanmaqdan daha mühüm hesab etmək və bunun üçün həddindən artıq meyl göstərməkdir.

Комментариев нет:

Отправить комментарий