2010/12/23

Dünya həyatının faniliyini düşünmək


İnsanların bir qismi dünya həyatının faniliyini düşünməkdən qaçır. Amma əslində bu vəziyyət onların bu həqiqəti qavramadıqlarından irəli gəlmir. Çünki demək olar ki hər gün bu həqiqəti göstərən bir çox hadisə ilə üzləşirlər. Bəzən yaxın bir adamının iflasa uğradığına, bəzən qəzaya düşdüyünə, bəzən də həyatını itirdiyinə şahid olurlar. Ən mühüm olanı isə, başda özləri də olmaqla, bütün tanışlarının hər keçən gün ölümə daha da yaxınlaşdıqlarını şəxsən yaşayaraq görürlər. Yaşlılıqla birlikdə itən gözəllikləri, zaman ərzində üzə çıxan xəstəliklər, acizliklər və zəifliklər insanların dünya həyatının faniliyini anlamaları üçün kifayətdir.
Buna baxmayaraq bəziləri bu mövzunu düşünməkdən qaçırlar. Bunun səbəbi, əgər düşünsələr, dünyaya bağlana bilməyəcəklərini bilmələridir. Əgər insanlar həyatın çox qısa olduğunu, hər an heç gözləmədikləri hər hansı bir səbəbdən öləcəklərini, gözəllik, zənginlik, etibar kimi dəyərlərini hər an itirə biləcəklərini düşünsələr, bunlara sadəcə layiqincə dəyər verəcəklər. Bunun nəticəsində isə dünyəvi istəklərə meyllənməyin məntiqsizliyini anlayacaq və ona görə tamamilə Allahın rizasını və axirət həyatını qazanmağa yönələcəklər.
Cahil cəmiyyətdə geniş yayılmış düşünməkdən qaçma xüsusiyyətini bəzən iman gətirdiklərini deyən insanlarda da görmək olar. Bu şəxslərin dünya həyatına olan düşüncə tərzləri, əlbəttə, cahil insanlarınkından çox fərqlənir. Amma onların içinə düşdükləri xəta dünya həyatının əsl məqsədini bildikləri halda bunu həyatlarına lazımi qaydada tətbiq etməmələridir. Dünyəvi işlərlə bağlı heç bir şeyə meyllənməməyi, ən çox 60-70 il yaşayacaqlarını, insanın əslində axirətdəki sonsuz həyatı üçün cəhd etməli olduğunu çox yaxşı bilir və bunu hər fürsətdə başqalarına da izah edirlər. Ancaq bildiklərini öz həyatlarına tətbiq etmirlər.
Bu insanların vəziyyətini belə bir misalla açıqlaya bilərik: son markalı avtomobili olan bir şəxs hər fürsət düşdükdə bu avtomobilin dünya həyatının fani gözəlliklərindən biri olduğunu, ona görə buna çox bağlanmağın məntiqsiliyini izah edə bilər. Ancaq çox vacib anda başqasının onun avtomobilindən istifadə etməsi lazım gəlsə, bir anda bu izah etdiklərini unudar və ciddi şəkildə mal istəyinə bağlanar. Bu şəxs o ana qədər daima əksini izah etdiyi, bu cür davrananları qınadığı halda çəkdiyi misallar real həyatda öz qarşısına çıxdıqda davranışı dəyişir.
Bu şəxslərin vicdani cəhətdən çox yaxşı bildikləri bu məsələləri öz dünyəvi mənfəətlərinə zidd gəldikdə görməməzliyə vurmaları onlarda ciddi şəkildə vicdani sıxıntı meydana gətirir. Elə bu da sözügedən insanlarn doğru bildikləri həyat tərzini yaşamamalarının gətirdiyi mənəvi əzabdır. Buna görə daima sıxıntılı ruh halında olurlar.
Dünyəvi həvəslərə meyl edən bir insan üçün yaşlanmaq, xəstələnmək, etibarənə və mal-mülkünü itirmək kimi hadisələr də böyük gərginlik mənbəyidir. Halbuki bir gün öləcəyini, öldükdən sonra da heç bir əşyasını, pulunu və mülkünü özü ilə apara bilməyəcəyini bilən bir insan heç dünyəvi şeyə bağlanmaz. Hər şeyindən Allahın razı olacağı şəkildə comərdliklə istifadə edər, dünyadakı qısa ömrünü necə yaşayacağını deyil, axirətdəki sonsuz həyatının necə olacağını düşünər və bunun üçün çalışar.

Комментариев нет:

Отправить комментарий