2010/12/03

İNSANLAR ÖZLƏRİNİ NECƏ ALDADIRLAR?

İnsanları dünyada çətinliyə və görünməyən əzablara yönləndirən davranışlardan biri, özlərini aldatmaları və həqiqi olmayan şeylərə inanmalarıdır. İnsan təlqin yoluyla inanmaq istədiyi bir şeyə özünü istədiyi şəkildə inandıra bilər; hadisələri görmək istədiyi kimi şərh edər. Nəticədə  buna elə inanar ki, əksini müdafiə edənlər doğru söylədikləri açıq-aşkar bilindiyi halda yanıldıqarını düşünərlər.

Bunu belə bir misalla açıqlaya bilərik: Bir insan, öz-özünə etdiyi təlqin ilə,
dostlarının onu kifayət qədər sevmədiyini düşünə bilər. Qarşılaşdığı bütün hadisələri bu düşüncə ilə şərh edib haqlı olduğuna dair bir çox dəlil  tapar. Qarşı tərəf onun bu fikirlərinin tam əksini  izah  etsə belə, özünü düşüncəsinin doğruluğuna inandıran bir insan, bunların heç birinə inanmaz. Hər hərəkəti öz fikirlərini daha da qüvvətləndirmək  üçün istifadə edər, mütəmadi olaraq özünü inanmaq istədiyi şeyə inandıracaq yeni dəlillər tapıb çıxarar. Halbuki ortada belə bir dəlil yoxdur, amma bu insan dünyanı özünün görmək istədiyi kimi görər, hadisələri də özünün istədiyi şəkildə qavrayar və bu səbəblə də davamlı əzab içində yaşayar.

Cahiliyyə insanlarının bir çoxunda olan bu xüsusiyyət, bəzən inandıqları halda imanı qəlbinə tam yerləşdirə bilməyən, hadisələri Quran ilə şərh etməyi həyatlarına tam olaraq hakim etməyən insanlarda da görür. Hadisələri, ya da insanların davranışlarını Qurana görə şərh etməmək isə insanı hər zaman yalnış istiqamətə yönləndirər, çünki Quran əsas alınmayan yerdə, insan cahiliyyə cəmiyyətinin dünyagörüşünə görə, yəni nəfsinin və şeytanın təlqini ilə düşünəcəkdir.

Bu səbəbdən ilk öncə özü haqqında olmaqla, ətrafında baş verən bütün hadisələri və insanların necəliyini yanlış qiymətləndirəcək. Məsələn, Quran əxlaqına  görə  bir məsələyə baxıldığında bir insanın özünü axmaq kimi apardığı açıq aşkar ortada olduğu halda, həmin adam cahiliyyə dünyagörüşüylə özünü çox ağıllı bir insan hesab edə bilər. Ya da Quran əxlaqıyla baxılsa qürurlu bir insan Quranı ölçü götürərək düşünmədiyi üçün çox təvazökar və həlim bir insan olduğuna inana bilər. Eyni şəkildə imanı zəif olan bir insan da özünü, Allahdan çox qorxduğuna, Quran əxlaqına əskiksiz tabe olduğuna, Allaha qarşı tamamilə dürüst və səmimi olduğuna da inandıra bilər. Ancaq əlbəttə ki, insanların öz-özlərini razı salmaq və vicdanlarının səsini boğmaq üçün istifadə etdikləri, Qurana uyğun olmayan bəzi məntiqləri vardır. Bu səhv məntiqləri öz içlərində hansı yollasa məqbul hala gətirib, özlərini bu fikirlərin din ilə zidd olmadığına  inandırırlar. Bu da bu insanların səmimilikdən uzaqlaşmalarına səbəb olur.

Özlərini aldadan insanlar, bir tərəfdən də təqva sahibi Müsəlmanlar olduqlarını iddia etdikləri üçün, iddiaları ilə davranışları  ziddiyyətli olur. Bu isə, onların həmişə çətinlik çəkmələrinə səbəb olur. Bir tərəfdən də şüuraltlarında özlərinin həqiqi üzlərini bildikləri və iddia etdikləri qədər gözəl əxlaqlı, gözəl düşüncəli olmadıqlarını bildikləri üçün, bunun vicdani sıxıntısı ilə yaşayırlar. Amma bunları hiss etdikləri zaman davranış və inanc problemlərini düzəltmək yerinə, özlərini aldatma, səhvlərinin üzərini örtmə yolunu seçirlər. Bu da həmin insanlar üzərində maddi və mənəvi müxtəlif problemlərin meydana gəlməsinə səbəb olur.

Комментариев нет:

Отправить комментарий