2010/12/03

Maddi-mənəvi çirkab

Səmimiyyətsizliyin insanlar üzərində meydana gətirdiyi başqa bir dəyişiklik Quranda bu ayə ilə bildirilməkdədir:

Allah  anlamayanları əzaba (kəsafətə) düçar edər. (Yunus Surəsi, 100)

Vicdanları qəbul etdiyi halda ağıllı davranmayan, səmimiyyətsiz yaşayan insanlar Allahın “əzab” olaraq ifadə etdiyi bir bəla ilə qarşılıq görərlər. Allah bir ayədə,

Qəlbində xəstəlik olanlara gəlincə, (o surə) onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər. ( Tövbə 125)

 şəklində buyurmuşdur.Bu, Allahın diləməsiylə insanlar üzərində həm maddi, həm də mənəvi bir əzab şəklində görünür. Allah diləsə bu insanlar həqiqətən fiziki cəhətdən də pis görünə bilır. Daxili narahatlıq və stress bədənlərinin normal haldan daha sürətli şəkildə qocalmasına, hətta cildlərinin qırışmasına, ağız və bədənlərinin  qoxmasına səbəb olar.

Bununla yanaşı bu insanlar nə qədər təmizlənsələr də, təmizliklərinə digər insanlardan daha çox diqqət göstərsələr də üstündəki mənəvi çirkdən xilas ola bilmirlər. Ətraflarındakı insanlarda hər zaman natəmiz insan təəssüratı yaradırlar. Bu əlbəttə ki, Allahın bu insanların səmimiyyətsizliyinə qarşılıq olaraq onlarda yaratdığı bir hissdir. Nə qədər təmiz olursa olsun, onun oturduğu yerdə oturmaq, yediyi yeməkdən yemək, əlinin dəydiyi bir şeyə toxunmaq belə insanlara narahatlıq verir. Bu da həmin insanın içində yaşadığı bir əzaba çevrilir. O Allahı unutmuş vэ insanların razılığını qazanmağı həyatının məqsədi etmişdir, amma razılığını qazanmaq istədiyi insanlar ondan qaçır, ona saymazyana munasibət göstərirlər. Bax elə bu da Allahın dünyada vicdanları
qəbul etdiyi halda gerçək imanı yaşamayan insanlara verdiyi gizli bir bəladır.


Məqalənin əvvəlki ayələrinin biriındə ifadə edilən mənəvi çirkabın bir təzahürü olaraq, səmimiyyətsiz insanların üzlərində də bir nursuzluq meydana gələr. Bu nursuzluq hər insanda eyni əlamətlərlə ortaya çıxmır. Bəzi insanların üzündə, iman edənlərin üzündə yaranan canlılığın, şövqün və xoş ifadənin olmadığı görünür. Bəzi insanlarda mənasız, həyatından bezmiş, boş baxışların olduğu müşahidə olunur. Bəzi insanlarda isə üzündə heç səbəb yoxkən bir qaralma diqqəti çəkir. Bütün bunlar həmin insanların içlərindəki qaranlıq ruhun əks olunmasıdır.

Burada diqqəti çəkən nöqtə isə, onların fiziki gözəlliklərinin bu ruh halına heç bir çəkildə təsir edə bilməməsidir. Dünyanın ən gözəl üzünə, ən mükəmməl bədəninə, ən gözəl rəngli, ən gözəl gözlərinə sahib bir insan belə, səmimiyyətsiz bir əxlaq göstərdiyi təqdirdə üzünə nursuz bir ifadə çökməsini mane ola bilməyəcək. Ortaya çıxan mənzərə həmişə gözəlliklərini tamamilə kölgədə qoyur. Bunun səbəbi də nurun ancaq Allah qatından səmimi qəlblə iman edən insanlara verilən bir xüsusiyyət olmasıdır. Allah bir ayəsində bu gerçəyi belə bildirməkdədir:

Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz. (Nur Surəsi, 40)

Allah səmimi və qeyri-səmimi insanların ruhlarında yaşadıqlarının bədənlərinə olan təsirinə Quranda belə bir müqayisə ilə diqqət çəkir:

Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!  (Yunus Surəsi, 26-27)


Allah, Ona səmimi qəlblə iman edən qullarına qatından bir gözəllik, sevgi
nur verir. Bu insanlar varlıqlarıyla getdikləri hər mühitə gözəllik və xoş təəssurat gətirirlər. Üzlərinə baxmaq, səslərini eşitmək, Allaha olan dərin imanlarını hiss etdirən səmimi söhbətlərinə davranışlarına şahid olmaq ətraflarındakı insanlar üçün bir nemət olur. Quranda səmimi
möminlərin bu xüsusiyyətlərinə və bunu ifadə edən, üzlərindəki 'səcdə izinə" belə diqqət çəkilir:

Muhəmməd  Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir... (Fəth Surəsi, 29)

Qeyri-səmimi həyat tərzi yaşayan bir insanın üzərində isə, möminlərin əksinə, mənfi bir hal müşahidə olunur. Öz daxili dünyasında yaşadıqları təvəkkülsüzlük, hüznlü və gərgin ruh halları, qüruru bu insanların getdiyi hər mühitdə mənfi bir abu-hava yaranmasına səbəb olur.

Heç danışmasalar, heç bir görməsələr belə olduqları yerdən ətrafa mənfi elektrik yayarlar. Gərgin ruh halları, əzab dolu üzləri və qəmgin səsləri insanlara bu vəziyyəti aydın şəkildə hiss etdirər.  Allaha qarşı tam səmimi olmadıqları müddətcə bu neqativlik onlardan uzaqlaşmaz. Ətraflarındakı insanlara pozitiv görünmək üçün hər nə edirsə etsinlər, müsbət bir təsir meydana gətirə bilməzlər.

Bu, Allahın insanlar üzərində yaratdığı möcüzəvi bir haldır. Belə neqativ bir halın səbəbini bəzən tam olaraq izah etmək çətin gələ bilər, amma insanların çoxu belələri ilə eyni mühiti paylaşmaq istəmirlər. Bu da, neqtiv ruh halına sahib həmin insanın yaşadığı sıxıntılardan biridir. Ancaq unudulmamalıdır ki, eyni insan ürəyini təmiz saxlayıb, Allaha qarşı səmimi olmağa niyyət etdiyi andan etibarən də, üzərindəki bu pis hal Allahın diləməsiylə dərhal dağılar və yerini nurlu bir görünüşə buraxar.

Bura qədər saydığımız xüsusiyyətlər Allahın gerçək imanı yaşamadıqlarından dolayı insanlara verə biləcəyi qarşılıqlardan yalnız bir neçəsidir.Unudulmamalıdır ki, Allahın gücü sonsuzdur. Əgər bütün bu açıq-aydın əlamətlərə baxmayaraq, həmin insan necə bir zərərə uğradığını görməzlikdən gəlir və Allaha sığınmırsa, Allah daha şiddətli qarşılıq da verə bilər.

Heç kim "onsuz da iman edirəm, ibadətlərimi yerinə yetirirəm" deyərək özünü
aldatmamalı, həyatının bir anında belə səmimiyyətsiz davranmadan  Allah üçün qəlbini təmizləməlidir.

Allahın

 "Xeyr; həqiqətən insan, azar. Özünü yetərli gördüyü üçün." (Ələq Surəsi, 6-7)

ayələriylə bildirdiyi nəticənin meydana gəlməsindən Allaha sığınmalıdır.
 

Комментариев нет:

Отправить комментарий